BİSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,71 Mb.
səhifə48/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   ...   44   45   46   47   48   49   50   51   ...   66

Xilafətin aqibəti.


Ömər ibn Xəttab Hicri-Qəmərinin iyirmi üçüncü ili Həccə getdi.Qayıddıqdan sonra ətraf şəhərlərdən bir dəstə əmir onunla görüş və məşvərət üçün Mədinəyə gəldilər.Müğəyrə ibn Şöbə( Kufənin əmiri) və onun xidmətcisi Piruz Əbu Lölö onların arasında idi.Buna baxmayaraq ki, xəlifə Əcəmlərin Mədinədə yaşamasına icazə vermirdi amma Muğəyrə xəifədən Firuzun Mədinədə qalmasının icazəsini istədi.Çünki o bir sənətkar insan kimi Mədinə camaatına xeyri dəyirdi.1Bir gün Firuz Mədinədə özünü xəlifəyə catdirib,ona öz ərbabından şikayət etdi ki, o hər gün məndən on dirhəm vergi alır və mənim bu qədər pulu verməyə imkanım yoxdur.Xəlifə soruşdu:Sənin peşən nədir?O cavabında dedi: Dülgərlik, dəmirçilik, rəngsazlıq.O dedi: Bu qədər peşə ele bu qədər məbləğ çox deyil.Eşitmişəm sən ele dəyirman düzəldirsən ki,günəşlə işləyir!O dedi: Əgər sağ qalsam sənin üçün elə dəyirman düzəldəcəyəm ki, Məğribə və Məşriqə səs salsın. O iki nəfər bir-birindən ayrıldıqdan sonra xəlifə dedi: Bu qul məni təhdid etdi. Bu hadisədən üç gün kecməmişdi ki,Firuz öz təhdidini əməli etdi.2

Sübh vaxtı xəlifə məsciddə namaz qılmaq istərkən Firuz ona hücüm cəkib qarnından xəncəl ilə necə zərbə vurdu.Göbəyinin altından dəyən zərbə xəlifənin ölümünə səbəb oldu.Deyirlər Firuz Ömərin arxasında dayanan Kəlib bin Bəkir Leysi və necə nəfəri öldürüb qacdı.Amma İraqdan olan bir nəfər onun üstünü palaz atıb tutdu.3Xəlifə bu hadisədən sonra üç gündən artıq yaşamadı.O Hicri –Qəməri ilinin 23 çü ili Zihiccə ayının axırı öldü.O öləndə 62 dən çox yaşı var idi.


Canişini təyin etmə planı.


Xəlifə Əbu Lölöün vurduğu zərbədən sağalmayacağına əmin olduqda özünə canişin təyin etmək üçün vəsiyyət etmək fikrinə düşdü.O yataqda olarkən hər an təzə söz danışırdı.O ya əfsuz edirdi ki, Əbu Ubeydə,Müaz bin Cəbər və Salim Mövla əbi Hüzeyfə sağ deyillər ki, onlardan birini özümə canişin secim.Çünki onların hər birisinin barəsində Peyğəmbərdən(s) eşitmişdi ki,bu da onların rəhbərliyinə ləyaqətli olmalarını gösdərir.O deyirdi: Rəsulullah(s) Əbu Übeydə haqqında buyurmuşdur:O, bu ümmətin əmin adamıdır.Salim barəsində də buyurmuşdur: O Allahı çox sevir və Müaz da öz dinində möhkəmdir.4 Bəzi vaxtlar isə ətrafında ki, insanları yaxşı tanimaq üçün xilafət məsələri haqqında onların rəyini öyrənirdi.Bundan məqsəd gələcək planların ən yaxşı tərzdə ölcülməsi və müəyyənləşdirilməsi idi.Birinci günlər belə güman edilirdi ki, öz canişinini haqqında iki yol ayrıcında idi.5Deyirdi:Əgər hər hansı bir şəxsi öz canişinim edərəmsə məndən yaxşısı(Əbu Bəkr) belə etmişdir.Amma əgər heç bir canişin təyin etməsəm yenədə məndən yaxşısı( Allahın Rəsulu) canişin təyin etməmişdir.Mən Allahın istədiyinə müştaqam.Çox istiyərdim xilafətdən xilas olum ki, nə ondan bəhrələnim və nə də ziyan görüm.6Bu zamana qədər xəlifənin danışıqları rəmzli və təəccübli idi.O bir cümləsində Həzrət Əli ibn Əbi Talibə işarə edərək deyir: Əgər bu kişini rəhbər secsəniz sizi düz yola hidayət edəcək. Amma Əbu Ubeydənin,Müazın və Salimin adını gətirməklə onların ölüsünü Həzrət Əlinin diriliyinə üstün tuturdu.Onun dedikləri ən azından rəhbərin secilməsində olan ölcüləri bir- birinə vurdu(diqqət et) bundan sonra bir- birinə zidd nəzər verməklə doğru yolu secmək xalq üçün çətin idi.Nəticədə o bildirmədi ki, xəlifənin secməsində düz üsul hansıdır! Xilafət məsələsi əgər Peyğəmbərin(s) nəzərinə əsaslanırsa bəz nə üçün o həzrət bu haqda öz nəzərini bəyan etməmişdi və ümməti xəlifəsiz qoymuşdu?! Amma əgər bu məsələdə müsəlmanların ümumi rəyi ölcü olarsa,Ömərin Əbu Bəkr tərəfindən secilməsi necə mənalandırılır?!Peyğəmbər(s) in sunnə və əqidəsi xəlifə təyin etməmək idisə hansı səbəbdən Ömər və eləcəd birinci xəlifə canişin təyin etdilər?!Əgər Əli(ə) insanları düz yola hidayət edirsə və xəlifə onu xilafətə secmə hüququna malik idisə, hansı səbədən onun rəhbərliyini qəbul etmədi?! O nəhayət elə bir plan irəli sürdiki hər kəs olsa başa düşərdi ki,Əli ibn Əbi Talib rəhbər olmayacaq və əgər təyin olunmuş rəhbərlə müxalifət etmək istəsə öldürülsün.Xəlifə Əbu Təlhə Ənsarini yanına cağırıb dedi:Ənsardan əlli nəfərini sec və bu altı nəfəri ( Həzrət Əli(ə),Osman,Təlhə,Zübeyr,Əbdülrəhman ibn Ouf) bir yere topla və siz sirilmiş qılınclarla o yerde dayanın.Onlara üç gün möhlət ver ki, öz aralarında məşvərət aparıb bir nəfəri secsinlər.Əgər beş nəfər bir fikirdə olsalar o biri bir nəfər müxalifətcilik etsə onun boynunu vur.Əgər dörd nəfər bir fikirdə olsalar,iki nəfər müxalifətcilik etsə o iki nəfərin boynunu vur.Əgər üç nəfərlik iki dəstəyə bölünsələr,əsil secilmiş təyin olana qədər oğlum Abdullah secdiyi qrupa haqq verilsin.Abdullahın öz rəyi yoxdu ancaq bu işə nəzarət edə bilər ki, qruplar bərabər olan surətdə qrupdan birinin yanında olsun.Əgər Abdullanın qəzavətinə razı olmasalar Əbdulrəhman olan qrupun dediklərinə əməl olunsun və o üç nəfər əgər müxalifətcilik etsələr öldürün.Amma əgər üç gün kecsə bir nəfəri secməsələr hər üç nüfəri öldür və müsəlmanları öz ixtiyarına burax ki özləri kimi istəyirlər xəlifə etsinlər.1Xəlifədən soruşanda ki, niyə görə öz oğlunu canişinliyə təyin etmir, deyir:İstəmirəm öz ailəmdən bir kəs xilafətdən bəhrələnsin.Bundan əlavə mənim oğlum hətta öz arvadını boşamaqdan belə acizdir, o ki qalsın müsəlmanların rəhbərliyi.2

Xilafət şurası məsələsinin müxtəlif cəhətləri.


Xəlifənin həyatı siyasi baxışlar və görüşlərlə zəngindin və əgər Əbu Bəkrin Səqifəyə və Fədək məsələsində ki,çıxışlarını və bacarığını gösdərirsə ikinci xəlifənin altı nəfərlik şuranı yaratmağında onun yüksək siayası baxışlara malik olmasını bildirir.Hər zaman o planın müxtəlif cəhətləri araşdırılsa o zaman aydın olacaq ki,Ömər ibn Xəttab nə qədər carə axtaran,ölcüb bicən və siyasətə tanışlığı var idi.Onun ətrafında dərrakəli adamlarda bilirdilə ki,neyə görə xəlifə belə bir plan təşəqqüsü irəli sürmüşdü.Bundan əlavə yalnız zaman onun işlərini açıqladı.Gələcək gödərdi ki, xəlifə hansı cəhətləri nəzərdə tutmuşdur və onun vəsiyyəti hansı işlərdə öz təsirini qoydu.O altı nəfərin hər biri öz qəbiləsinin rəisi və nümayəndəsi olmaqla yanaşı xüsusi mövqeyə malik idilər:

1.Əli bin Əbi Talib(ə) Bəni Haşim tayfasından

2.Osman bin Əffan( Bəni Ümüyyə)

3.Əbdülrəhman bin Ouf(Bəni Zöhrə)

4.Səd ibn Əbi Vəqqas ( atası tərəfdən Bəni Zöhrə tayfası ilə,anası tərəfdən Bəni Ümeyye tayfası ilə qohum idi).

5.Təlhə bin Übeydullah ( Bəni Təym)

6.Zübeyr bin Əvvan(Rəsulullahın(s) bibisi Səfiyyənin oğlu və Əbu Bəkrin qızı Əsmanın Əri).

Əvvəl bilmək lazımdır ki,bunların bir-biri ilə qahumluq və əqidə əlaqələri necədir!Səd bin Əbi Vaqqas Əbdülrəhmanın əmisi oğludur və ikisi Bəni Zöhrə tayfasındandırlar.Sədin qəlbində illər boyu Əli(ə) kinəsi var idi.Çünki Əbdüşəms qəbiləsindən olan dayıları onun əli ilə öldürülmüşdür.1Bu kinə əlli ildən çox davam etdi və onun oğlu (Əmr bin Səd) İmam Hüseyn(ə) əleyhinə ordu hazırlayıb və dedilər:Ey Hüseyn(ə) özün haqqında söylədiyin bütün fəzilətlərdən melumatımız var.Ancaq atan Əli(ə)- dən qəlbimizdə olan kinəyə görə seninlə müharibə edəcəyik... və sizin cənazələrinizin üstündə at capacayıq. Xilafət şurasının başqa bir üzvü olan Təlhə Əli(ə)-mın qədim düşməni, Osmanın zahiri dostu və Əbu Bəkrin əmisi oğlu idi.Bədr müharibəsində atası Əli(ə)-ın əli ilə öldürüldü.Əbu bəkrin xilafətindən sonra onun qəbiləsi ilə (Bəni Təym) və Bəni Haşimin əlaqələri pozulmağa başladı2.İmam Əli(ə) bu şuranın üzvlərinin siyasi və qəbilə daxili görünüşləri barədə buyurur: Şuranın üzvlərindən olan bir nəfər mənə qarşı olan kinəsinə görə məndən üz döndərdi.3Əbdülrəhman bin Ouf ( Osmanın bacısı əri) Bəni Zöhrə tayfasındandır və Bəni Haşim tayfasının qatı düşməni idilər.Xilafət şurasının planı bir sıra tədbirlərlə yanaşıdır.

1.Gizli tədbirlər elə xeyirxahlıqla təqdim olundu ki,yalnız agah insanlar onun dərinliklərindən xəbərdar idilər.

2.Xəlifə öz planının müxtəlif məqamlarını digərlərindən daha yaxşı tərzdə bilsədə bu layihə ilə kimin xəlifə olacağını əvvəlcədən müəyyənləşdirsə də,xəlifənin adını elam etməkdən və bir sıra məsuliyyətləri ona tapşırmaqdan imtina etdi.Xəlifənin bu işdən bir sıra məqsədləri var idi:

a) Xəlifənin canişini olacaq şəxsin qaranlıq olduğundan xəlifə onu səhfləri qarşısında hec bir məsuliyyət daşımırdı.Bu səhflərin məshuliyyəti müsəlmanların və şura üzvlərinin üzərinə düşürdü.O plana əsasən Osmanın xilafətə catması müsəlmanların baxışı ilə bir növ ümumi seçki düşünülürdü.Belə ki, xəlifə elm sahiblərini seçib və onlarda xalqın nümayəndəliyi ilə öz üstün adamını secsinlər.Elə ona görə Osman secildikdən sonra hec kim onunla müxalifətcilik etmədi.

b)Xəlifə ilə onun əlbir olma ehtimalı aradan qalxır.Xəlifə öz xilafətinin hökmünü Əbu Bəkr tərəfindən Osmanın səyi ilə və onun əli ilə almışdır.Bəziləri dəfələrlə Xəlifəyə və Osmana tənə vururdular ki, nəhayət xəlifə rəhbərliyi Osmanın kecmiş səylərini mükafatı olaraq ona verecek.Buna əsasən hiləgərlik tələb edirdi ki, Osmanın adını aparmasın.

v)Xəlifənin canişini onun acıq aşkar hökmü olmadan seçildiyinə görə xəlifə Həzrət Əli(ə)ın haqqının tapdalanmasına görə ittiham olnurdu.

Dəlillər və sübutlar göstərir ki, ikinci xəlifə ancaq Osmanın rəhbərliyinə üstünlük verirdi.

a)Ömərin Osmanla rəftarı on illil xilafətində elə bir səviyyədə idi ki, bütün xalq onu islam məmləkətinin ikinci şəxsi kimi tanıyırdılar1.

b)"Əl-Riyazun- Nəzərə" kitabının müəllifi yazır: Ömərin oğlu Abdulla deyir: Atam yaralanan zaman ona dedim: Ey Əmirül möminin! Nə olardı ki, bir şəxsi bu xalqın rəhbərliyi üçün öz yerinə secəydin!Atam dedi:Məni tanıyın...sonra dedi: والذی َ َ نفس عمر بیده لاردنها الی الذی دفعها الی اول مرة

Allha and olsun ki,Ömərin canı onun əlindədir.Rəhbərliyi o adama verəcəyəm ki,əvvəl onun məshuliyyətini mənə tapşırdı2.

v)Həcc miqatlarının birin də xlifədən(Ömər) soruşdulara ki, səndən sonraki xəlifə kimdir?O dedi:Osman

q)Abbas(Peyğəmbərin əmisi)xilafət şurasının planını eşidən kimi dərhal İmam Əli(ə) yə dedi:Onlar bu planı elə cızıblar ki,Osman xilafətə catsın.

ğ)Ət-Təbaqətül Kübra kitabının müəllifi yazır:Səd bin As Əməvi deyir: Bir gün ikinci xəlifədən evimi genişləndirmək ücün evimin yanında yer istədim... Sübh namazından sonra xəlifənin göstərişi ilə onun yanına getdim və onunla istədiyim yerə getdik.O ayağı ilə yerin üstünə bir xətt cekərək dedi:Buna sənin olsun! Ona dedim:Ey Əmirəl Möminin mənim külfətin çoxdur bir az artıq verin.O dedi:İndi bu bir parca yer senin ücün kifayət edər,ancaq sənə bir sirr acacağam ki,hec kimə deməyəsən!Məndən sonra elə bir adam xilafətə gələcək ki, qohumluq əlaqələrini nəzərə alaraq sənə hörmət edəcək və sənin bütün ehtiyaclarını ödəyəcək.Mən Ömər bin Xəttabın xilafəti zamanından Osman xilafətə catana qədər gözlədim və o Ömərin dediyi kimi mənimlə davrandı.

3.Əli bin Əbi Talibi xilafətdən uzaqlaşdırmaq: Yəqubi yazır:

Xəlifə ömrünün axır illərində xilafət canişinliyi haqqında bəzi admlardan nəzər alarkən İbn Abbasdan soruşdu:O neçə nəfərdən başqa Əli(ə)ni xilafətə layiq bilirsənmi?O, dedi:O keçmişi ilə,fəziləti,Peyğəmbərlə(s) qohumluğu və zəngin elmi ilə niye layiq olmasın!Ömər dedi:Allaha and olsun o,sən dediyin kimidir.O əgər xalqa hakimiyyət etsə onları düz yola hidayət edər və düz yolu gedər.Amma onun bəzi xasiyyətləri var!(onun xilafətdən uzaqlaşdırır).Xalq arasında zarafat edir və öz rəyinə söykənib xalqa etinasızlıq edir,bir halda ki,o cavandır.Ona dedim:Niyə görə Xəndəq müharibəsində onu az yaşlı saymırdınız,Əmr bin Əbdəvüd önə cixanda dilavərləri qaorxutdu və yaşlılar onunla üzbəüz olmaqdan cəkindilər!Bədr müharibəsində də düşmənlərin başını bədənindən ayıran zaman... və nəyə görə islamı qəbul edən zaman ondan qabağa düşmədiniz!Ömər dedi: Allaha and olsun əmin oğlu Əli(ə) xilafətə bütün xalqdan daha layiqdir.Amma Qüreyş onu fərmanına qulaq asmayacaqlar.O,xalqa hökimət etsə belə gərək onları düz yolu getməkdə elə məcbur etsin ki, qacan yerləri olmasın .Əlbəttə belə olan təqdirdə onun beyəti sındırılacaq və o vaxt onunla vuruşacaqlar.

Ömərin Həzrət Əli(ə) da eyib axtarmağında diqqət etsək bu danışıqlardan yaxşı aydın olur ki, Ömər öz planının çızılışında Əli(ə)ı rəhbər etmək istəmirdi.İmam Əli(ə) bu məsələni tam aydınlıqla acıqlamışdır.Bəziləri deyirlər:Ömərin Həzrət Əli(ə)ı secməməkdə məqsədi bu idiki, çünki o bilirdi xalq Əli(ə)-ın rəhbərliyini qəbul etməyəcəklər və xəlifə olan təqdirdə onunla vuruşacalar.Necəki Siffəyn,Cəməl və Nəhravan müharibələri baş verdi.Buna cavab olaraq qeyd etmək lazımdır ki,əgər Rəsulullahın(s) vəfatından sonra xalq Həzrət Əli(ə)-a itaət edib qulaq assaydılar Cəməl kimi xoşagəlməz hadisələr baş verməzdi.Peyğəmbərin(s) vəfatından sonrakı əvvəl günlərdə hətta necə illər sonra xalq elədə Peyğəmbərin(s) sünnəsindən uzaqlaşmamışdılar. Amma Osmandan sonra və xəlifələrin siyasi üslublarının Peyğəmbərin(s) sünnəsi ilə bərabərlişdikdən sonra,xalq elə bir üsluba adət etdilər ki,Əli(ə)-ın üslubu ilə düz gəlmirdi.Bu müvafiq olmayan amilləridə Peyğəmbərdən sonrakı rəhbərlər vücuda gətirdilər.İmam Əli(ə)-ın əmisi Abbasla danışıqda buyurur:Bilirəm ki,onlar elə bir üsul seciblər ki,rəhbərliyi bizden başqa yana yönəltdinlər.Abbas deyir:Siz necə onların planlarından agah oldunuz? İmam buyurur:Ömər məni Osmanla bərabər tutaraq dedi:Çoxluq təşkil edən qrup ilə olun.Əgər iki nəfər bir nəfəri secsə və iki nəfər başqa birni o iki nəfərki Əbdülrəhman onların yanındadır onlarla olun.Səd əmisi oğlu Əbdulrəhmanın istədiyi şeyi istəyir.Əbdülrəhman da Osmanın yeznəsidir.Nəticədə bu üç nəfər birlikdə olacaqlar.Belə olan təqdirdə iş iki haldan xaric deyil.Ya Əbdülrəhman Osmana rəy verəcək ya da Osman Əbdülrəhmana meyilli olacaq.Başqa iki nəfər mənimlə olsalar belə yenə xeyri yoxdur ki, o ki,qalmışdı mən onların birinə (Zübeyr)ümüd bəsləyəm2.Abbas Həzrət Əli(ə)-a deyir onlarla getmə:Həzrət Əli(ə)buyurur:Müxalifətcilikdən xoşum gəlmir... O cənab başqa bir yerdə buyurur:Mən bilirəm ki,xilafəti Osmana verəcəklər və bilirəm ki,ondan sonra bidətlər və necə hadisələr baş verəcək əgər sağ qalsam sizədeyecəyəm.O (Osman) əgər ölsə ya öldürülsə xilafəti Bəni Üməyyə arasında əldən ələ ötürəcəklər.İşin nətcəsində məlumatın olaola şuraya qatılıram.Çünki Ömər bu fərmanla məni xilafətə layiq görmüşdür.O bundan qabaq deyirdi:Rəsulullah(s) demişdir: Nüdüvvət və xilafət bir ailədə cəm olmaz.Buna görədə mən o şurada iştirak edəcəyəm ki,xalqa aydınlaşdırım ki,Ömərin etdiyi iş o söylədiyi rəvayətlər bir-birinə ziddir.1

4.O altı nəfəri namizəd etmək və ancaq bir nəfərin secilməsi bir tərəfdən onların razılığını əldə etdi və onların ictimai fəaliyətini və siyasi səhnədə qalmaq imkanını genişləndirdi və elə o qədərdə onların acıq siyasi fəza olmamaq bəhanəsini aradan aparır və başqa tərəfdən onlardan müxalifətcilik və üsyan etməməyi tələb edirdilər.Onlardan hər biri şurada iştirak etsəydilər nəticə etibari ilə rəy gətirə bilməyəcəkdilər və gərək təzə hökiməti və secilmiş xəlifəni müxalifətcilik etmədən rəsmiyyətlə tanısınla.Belə olan surətdə onlar secki namizədlərinə bənziyirlər,beləki bir qalib gəlir,o biri məğlub olur və etiraz etmədən gərək kənara getsin.



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin