BİSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,71 Mb.
səhifə46/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   ...   42   43   44   45   46   47   48   49   ...   66

Müğeyrət ibn Şö`bə


O, Taifin “Səqif” qəbiləsindən idi. Cahiliyyət dövründə Taifdə dərziliklə məşğur olur, fars dilini də bilirdi.6 Yazıçılıqda məharətli oduğundan, Peyğəmbəri-Əkrəm (s) onu katibliyə götürmüşdü. Tədbir, fərasət və uzaqgörənlikdə ərəb aləminin ən böyük siyasətçilərindən sayılsa da, əxlaq və dindarlıqda isə insanlığın ən aşağı dərəcələrində tanınırdı.

Əbdül-Həmid Mədayini onun haqda belə yazır: “O, ömrünün çox hissəsini cinsi əlaqələr və pis işlərlə keçirir və nəfsin istəklərə son həddə təslim idi.”7

Həmçinin imam Həsən (ə) ona buyurmuşdu: “Ey Müğeyrə! Peyğəmbəri-Əkrəm (s) sənin zinakar olduğunu bilirdi!”8

Onun İslamı qəbul etmə hadisəsi belədir: o, hicrətin 5-ci ilində 13 nəfər yoldaşını Taiflə İskəndəriyyənin arasında hiylə ilə qətlə yetirib, mal-dövlətlərini götürərək Mədinəyə qaçdı və elə orada canını qorumaq üçün zahirdə müsəlman olduğunu e`lan etdi. 9

O, Ömər ibn Xəttaba mö`minlərin əmiri deyən və bu ləqəblə ona salam verən birinci şəxs olmuşdur.10 Ömər onu Bəhreynin valisi tə`yin etdi. Camaat onun əli ilə çoxlu əzab-əziyyətə mə`ruz qaldıqlarını gördükdə, xəlifə şikayət etdilər11 və xəlifə onun yerinə Əbu Hüreyrəni vali göndərdi. (17-ci hicri qəməri ilində.)

O, Bəhreynin valiliyindən sonra Misirin valisi seçildi və orada rüsvay olub, çirkin bir işə qurşandığı üçün Mədinəyə çağırıldı.1 Lakin xəlifə onu çirkin işlərinə görə cəzalandırmayıb, azad etdi.2 Müaviyənin dövründə də yenidən Kufənin valiliyinə seçildi və 50-ci hicri ilinə qədər elə həmin vəzifədə olarkən vəfat etdi. Deyilənlərə görə, onun üç yüz, yaxud min arvadı olmuşdur.3


İşçiləri sorğu-suala tutmaq və onlara təskinlik vermək


“Əl-iqdul-fərid” kitabının müəllifi yazır: “Ömər ibn Xəttab bə`zən sərvətli işçilərini Mədinəyə çağırıb, onlardan mal-dövlətləri ilə bağlı sorğu-suala tutaraq, onun yarısını tələb edir, yarsını isə onların özünə qaytarıb, öz məqam və vəzifələrində saxlayırdı.4

Əli ibn Əbi Talib (ə) bu üslubu bəyənmədiyindən xəlifəyə belə buyururdu: “Əgər onları xilafkar və oğru bilirsənsə, onda, nə üçün xilafkarlıqla qazandıqları sərvətin yarısını özlərinə qaytarır, sonra isə öz vəzifə və məs`uliyyətlərində saxlayırsan?!

Bir gün sorğu-suala tutulanların biri xəlifəyə dedi: “Əgər bu əmlak Allahındırsa, nə üçün onların hamısını bizdən almırsan? Əgər mənim öz əmlakımdırsa, onda nə üçün onların yarısını bizdən alırsan?!”5

ƏRAZİ GENİŞLİYİNİN BAŞLANĞICI


a) Birinci xəlifənin dövründəki fəth və uğurlar:

Hicrətin on ikinci ilinin axırlarında kafirlər və müxalif qüvvələrlə müharibə müəyyən qədər sakitləşdikdən sonra qonşu ölkələrin fəth olunması üçün zəmin yarandı. Əbu Bəkrin qoşun yürütdüyü ilk məntəqələr Şam və İraq idi. Onun qoşun yürütməsi Əbu Bəkrin hökumət dairəsini genişləndirməklə yanaşı, ərəbləri qənimət yığmaqla məşğul edirdi.

Hicri qəməri tarixi ilə 12-ci ildə ordular Şama, 13-ci ildə isə İraqa e`zam olundu. Orduları İrana e`zamı isə İraqın fəthindən sonra baş versə də, qələbə ikinci xəlifənin dövründə müsəlmanlara qismət oldu.

Şamın fəth olunması


Əbu Bəkr orduları Şama e`zam etmək üçün əvvəlcə Xalid ibn Səd ibn Ası ordu sərkərdəsi seçdi. Lakin o, Əli ibn Əbi Talib (ə)-ın tərəfdarı olduğundan, Ömər ibn Xəttabın israrı ilə bu vəzifədən kənarlaşdırıldı və onun yerinə Əbu Übeydə Cərrah6, Əbu Süfyanın oğlu Yezid isə onun müavini seçildi. Bu iki sərkərdə, eləcə də Əmr ibn As Həms, Şam və Fələstinə doğru hərəkət etdilər. Müsəlmanlarla romalılar arasındakı qızğın müharibə ilə Əmr ibn As Fələstinə yerli hücum çəkib, oranı fəth edərək, Əbu Übeydə və Yezidin ordusuna qoşuldu. 13-cü h.q ilinin astanasında müsəlmanlarla Herqelin (Şərqi Romanın imperatoru Heraklyusun) qoşunları arasında müharibə üç ay davam etdi və hər dəfə Herqelin qoşunu məğlub olsa da, müharibənin nəticəsi mə`lum olmurdu. Elə bu zaman Əbu Bəkr, Xalid ibn Vəlidi kömək məqsədilə İraqdan Şama göndərdi və onu bütün ordunun sərkərdəsi tə`yin etdi.

Xalidin qoşunları çatmaqla romalılar məğlubiyyətə uğradılar. Elə həmin günlərdə xəlifənin ölüm xəbəri Xalidin qoşunlarına çatdı. Ömər ibn Xəttab Əbu Bəkrin ölüm xəbərini çatdırmaqla, Xalidi sərkərdəlikdən kənarlaşdırıb, onun yerinə Əbu Übeydə Cərrahı müvvəqqəti olaraq seçdi.1

Deyilənlərə görə, Şamın fəth olunmasında imam Əlinin (ə) bir dəstə dostu və şiələri iştirak etmişdir. Onlardan Abdullah ibn Məs`udu, Miqdad ibn Əsvədi, Zübeyr ibn Avvamı, Haşim Mirqalı, Fəzl ibn Abbasın adını çəkmək olar.

Əbu Übeydə, Xalid ibn Vəlidin yerinə sərkədə tə`yin olunmasına baxmayaraq, Şamın valiliyi Əbu Süfyanın oğlu Yezidin əlində idi. Əbu Süfyanın oğlu Yezidə valilik vəzifəsinin verilmə siyasəti Bəni-Üməyyə tayfası və onların rəisi Əbu Süfyana olduqca təskinlik verirdi. Yazılanlara görə, Yezidin (Müaviyənin qardaşı) valilik hökmü həqiqətdə Əbu Süfyana verilən sükut haqqı idi. Məhz bu səbəbdən də Əbu Süfyan bu hökmdən sonra Əbu Bəkrin hökumət və rəhbərliyi ilə müxalifətdən əl götürdü.2


İraqın fəth olunması


Keçmiş İraq ərazisi indiki İraqla fərqlənirdi. O zaman böyük İran ərazisi indiki İraq ərazisinin bir hissəsinə də aid olurdu. Buna əsasən, o dövrdə İraq, İran imperatorluğunun qərb sərhədlərinə deyilirdi.

İraqa qoşunun göndərilməsi 13-cü hicri qəməri ilinin Məhərrəm ayında Xalid ibn Vəlidin sərkərdəliyi ilə baş verdi.3 Xalid əvvəlcə Hiyrə şəhərinə4 hücum çəkdi, şəhərin hakimi ona doxsan min dirhəm pul verib, onunla əlaqəsini möhkəmlədi və müsəlmanlar şəhəri ələ keçirtdilər. Ondan sonra Xalid Ənbar şəhərinə hücum çəkib, oranı fəth etdi.

Tarixdə göstərilir ki, Əbu Bəkrin İraqı ələ keçirməkdə məqsədi İrana ordu göndərmək idi. Çünki İraqda yaşayan Müsənna ibn Harisə Şeybani (Bəkr ibn Vail qəbiləsinin rəisi) xəlifə xəbər göndərdi ki, İranın bu nahiyəsi İrana hücum çəkmək üçün münasib şəraitə malikdir. Müsənna, Əbu Bəkrin əmrindən sonra dəfələrlə İranın qərb məntəqələrinə yürüş edərək, qarətlə məşğul olmuşdur. Mədinədən ona kömək etmək məqsədilə heç bir ordu göndərilmədiyi halda, o, təklikdə İrana hücum etməyə hazır idi.

Xalid ibn Vəlidin sərkərdəliyi və Müsənna ibn Harisənin müavinliyi ilə Əbu Bəkrin qoşunlarının İraqa hücumu təqribən, bir il çəkdi və nəhayət, Xalidin Mədinəyə qayıdıb, Şama doğru hərəkəti ilə İraq ordusunun sərkərdəliyi Müsənna ibn Harisəyə tapşırıldı və o, Hiyrədən Babülə tərəfə yollandı.

b) İkinci xəlifənin dövründəki fəth və uğurlar:

İkinci xəlifənin dövründə İslam ərazisi daha da genişləndi. Bütün Şam nahiyəsi, Fələstin, indiki Livan, Ermənistan, İranın böyük ərazisi, Beytül-Müqəddəs, İskəndəriyyə, Misir, Tərablus (Libiya), İordaniya və Azərbaycan Ömər ibn Xəttabın xilafəti dövründə fəth olunmuşdur.

Bir sözlə, bu məntəqələrin bə`zilərinin fəth olunması ilə bağlı bir neçə incəliklərə toxunacağıq.


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin