Sənəd № 499
Dindirmə protokolu
1918-ci il, 10 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Dost Xanım Əli qızı, 10 yaşım var, Bakı şəhərində, Bolşaya Morska-
ya küçəsində, 12 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı ermənilər mənim anamı Um Xanım Nadir qı-
zını və qardaşım Bəymirzə Əli oğlunu öldürmüşlər və bizim mənzilimizi
qarət etmişlər. Bu zaman təqdim edilən siyahıda göstərilən və dəyəri köh-
nə qiymətlərlə 9750 rubl, indiki qiymətlərlə isə təxminən 30.000 rubl olan
əşyalarımızı aparmışlar.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 120.
209
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Sənəd № 500
Dindirmə protokolu
1918-ci il, 18 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Nisə Xanım İmam Əli qızı, 35 yaşım var, Bakı şəhərində, Bolşaya
Morskaya küçəsində, 87 №-li evdə yaşayıram. Savadsızam.
Bu il martın 19-da erməni əsgərləri göstərilən evə soxuldular, mənim
40 yaşlı ərim İsrafil Cəfər Qulu oğlunu öldürdülər və təqdim edilən siya-
hıda göstərilən və dəyəri 90.100 rubl olan əmlakımızı apardılar. Bundan
başqa, mənim ərimin cibindən 800 rublu çıxardılar.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 23.
Sənəd № 501
Dindirmə protokolu
1918-ci il, 18 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Balaxanım Kərbəlayı Hadı qızı, 28 yaşım var, Bakıda, Bolşaya Mors-
kaya küçəsi, 91 №-li evdə yaşayıram. Savadsızam.
Bu il martın 19-da erməni əsgərləri göstərilən evə soxuldular, mənim
atamı, 45 yaşlı Kəblə Hadı Mövsüm oğlunu və ərimi, 26 yaşlı Abbas Bay-
ram Əli oğlunu öldürdülər, ərimin cibindən 39.100 rublunu çıxardılar.
Qarət olunmuş əmlakımın siyahısının işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 23.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
210
Sənəd № 506
Dindirmə protokolu
1919-cu il, 16 yanvar, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Gülbacı Rəcəb Əli qızı, 46 yaşım var, Bakıda, Malaya Morskaya küçə-
si, 2 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı ermənilər mənim oğlanlarım Bala Kərimi və
Məmməd Hüseyni, gəlinimi və iki nəvəmi öldürmüşlər, sonra isə bütün
mənzili qarət etmişlər. 62.720 rubl dəyərində qarət olunmuş əmlakımın
siyahısını təqdim edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 29.
Sənəd № 510
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Bida Bədir qızı, 25 yaşım var, Bakıda, Budaqovskaya küçəsi, 119 №-li
evdə yaşayıram.
Mart hadisələri zamanı ermənilər mənim evimə basqın etdilər və tə-
piklərlə mənim bir yaşlı uşağımı – Ağəli Bəyəli oğlunu öldürdülər. Mənim
təqdim etdiyim siyahıda göstərilən 17.000 rubl dəyərində əmlakımı qarət
etdilər.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 183.
211
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Sənəd № 512
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xanım Mir Nəsrulla qızı, 35 yaşım var, Bakıda, Yenox-Budaqovskaya
küçəsi, 99 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı ermənilər mənim oğlum Abbas Heydər oğlunu
öldürmüş və mənim təqdim etdiyim siyahıda göstərilən 3525 rubl dəyə-
rində əmlakımı qarət etdilər.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 181.
Sənəd № 513
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Çimnaz Xanım Qədir qızı, 19 yaşım var, Bakıda, Budaqovskaya küçə-
si, 119 №-li evdə yaşayıram.
Bu ilin martında ermənilər mənim ərim Mirzə Əli Əli oğlunu öldür-
dülər və təqdim etdiyim siyahıda göstərilən 11.920 rubl dəyərində əmlakı-
mı qarət etdilər.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 183.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
212
Sənəd № 514
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Bənzər Sübhan qızı, 55 yaşım var, savadsızam, Bakıda, Budaqovska-
ya küçəsi, 83 №-li evdə yaşayıram.
Bakıda mart qırğınları zamanı ermənilər mənim ərim, 65 yaşlı Ab-
basqulu Novruz oğlunu öldürdülər və mənim ümumilikdə 12.000 rubl
dəyərində olan əmlakımı qarət etdilər. Təqdim etdiyim siyahının işə əlavə
olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 183.
Sənəd № 515
Dindirmə protokolu
1919-cu il, 8 aprel. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Anna Jumat qızı, 20 yaşım var, Bakı şəhərində, Bibiheybətdə, Məm-
məd Bağırbəyovun evində yaşayıram, müsəlmanam, savadsızam.
Mənim ərim Allahverdi Nəsrulla oğlu Bibiheybətdə “Mantaşevin” mə-
dənlərində işləyirdi. 1918-ci il mart hadisələri zamanı o, evdən çıxmış və
daha geri qayıtmamışdır. Mənim onun haqqında heç bir məlumatım yox-
dur. Güman edirəm ki, o, həmin vaxt ermənilər tərəfindən öldürülmüş-
dür, lakin məhz kimin tərəfindən, deyə bilmərəm. Elə həmin vaxt, mən
evdən qaçdığım zaman, ermənilər tərəfindən bizim bütün ev avadanlı-
ğımız, əyin paltarlarımız, yataq, qab-qacaq və s. qarət edilmişdir. Bütün
213
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
oğurlanmış əşyalar keçən ilki qiymətlərlə 16.200 rubl dəyərində idi. Əlavə
deməyə sözüm yoxdur.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: А.Kluge, A.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 43.
Sənəd № 516
Dindirmə protokolu
1918-ci il, 11 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mina Şahbaz qızı Abdulova, 50 yaşım var, Bakı şəhəri, Krasnovods-
kaya küçəsi, 98 №-li evdə yaşayıram.
Mart qırğınlarının ikinci günü bizim evimizə erməni əsgərləri gəldi və
oğlum Əli Hüseyn Paşa oğlunu hər iki qolunu biləkdən yaralayaraq ömür-
lük şikəst qoydular, bizim həyətdə olan 6 yaşlı oğlan uşağını və 7 yaşlı qızı
qətlə yetirdilər. Sonra bizi şəhər nəqliyyatının həyətinə əsir apardılar, evi-
mizi isə qarət etdilər və yandırdılar. Bizi əsirlikdən azad etdikdən sonra
yalnız oğlanın və qızın kömür kimi qaralmış sümüklərini tapa bildik.
Təqdim edilən və qarət edilmiş əşyaların sadalandığı ərizə Əli Hüsey-
nin adından yazılıb. Bizə vurulan ziyan 32.000 rubla bərabərdir.
Oxundu. Savadsız olduğuna görə Ağa Hüseyn Abdulov imzalamışdır (imza).
Komissiya üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 142.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
214
Sənəd № 517
Dindirmə protokolu
1919-cu il, 22 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Tükəzban Qurban Əli qızı, 40 yaşım var, Bakıda, Krasnovodskaya
küçəsi, 98 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı erməni əsgərləri mənim qardaşım Atamoğlan
Qurbanəli oğlunu və onun oğlu Mirzə Ağanı öldürdülər və onların təqdim
olunan siyahıda göstərilən əmlakını qarət etdilər. Əmlakın qiyməti 31.675
rubl idi.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 29.
Sənəd № 518
Dindirmə protokolu
1918-ci il, 10 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Bikə Hacı Tağı qızı, 39 yaşım var, Bakı şəhərində, Balaxans-
kaya küçəsi, 70 №-li şəxsi evimdə yaşayıram, savadsızam.
Mart hadisələri zamanı silahlı ermənilər məni və Balaxanskaya küçə-
sində yaşayan başqa müsəlman qadınları əsir apardılar və üç gündən
sonra mən azad edildikdə, evə gələrək gördüm ki, evim tamamilə qarət
edilmişdir; ermənilər ev əşyalarını – məs. xalçaları, qızıl şeyləri, ərzaq
məhsullarını, qənd, un və s. , ümumilikdə 40.000 rubl məbləğində – apar-
mışlar və bu məbləğin ödənilməsini xahiş edirəm.
Bundan sonra biz Şamaxı qəzasının Mərəzə kəndinin yolu ilə gedərkən,
215
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
molokanlar bizi saxladılar və 21 gün əsir qaldıq Yalnız Bakı şəhərində Mir
Həsən Vəzirov
93
adlı birisi işə qarışandan sonra biz azad edildik. Bununla
belə Stepan Lalayev və Əmirovun başçılıq etdiyi ermənilər 73 nəfər kişini
qətlə yetirdilər. Mənim qohumum doktor Məmməd Tağı Tağıyevi ermə-
nilər Bakıda öldürmüşlər.
İfadə oxunmuşdur. Savadsızdır.
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ələk. Xasməmmədov (imza).
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 126.
Sənəd № 522
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Sona Həbib bəy qızı Mahmudbəyova, 18 yaşım var, Bakı şəhərində,
Zavedenskaya küçəsi 27 №-li evdə yaşayıram, savadlıyam.
Artıq bitməkdə olan bu ilin mart ayında ermənilər şəhəri, o cümlədən
bizim küçəni – Şaxskaya – pulemyotlardan və s. bombalamağa başladılar.
Bu vaxt mən və mənim valideynlərim başqa müsəlmanlar kimi öldürülə
biləcəyimizdən qorxaraq, evimizi qoyduq və Nijnyaya-Priyutskaya küçə-
sinə qaçdıq. Ermənilər o vaxt bizim evimizi qarət etmiş və əmlakımızı
oğurlamışdılar. Həmin əmlakın siyahısını təqdim edirəm. Bizim evimizi
qarət edən erməniləri qonşularımız, eləcə də dayım Məşədi Əli Atakişiyev
və ev qulluqçumuz Olqa Poluxina görmüşlər. Olqa hazırda Bakıdan çıxıb
getmişdir, bəlkə də o, Bakıdadır, lakin mən onun ünvanını bilmirəm. Mə-
nim atam, Həbib bəy
94
, xəstədir və Sizin yanınıza gələ bilmir. Mən evin
böyüyüyəm. Ümumiyyətlə bizim evdən yeni qiymətlərlə 58.152 rubl məb-
ləğində əşyalar oğurlanmışdır.
İfadə oxunmuşdur. Savadlıdır. Mahmudbəyova Sona. İmza.
Komissiya üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 178.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
216
Sənəd № 528
Dindirmə protokolu
1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Şahzadə Mirzəli qızı, 45 yaşım var, Bakıda, 6-cı Parallelnaya küçə-
sində yaşayıram.
Ermənilər mənim ərimi və oğlum Əli Mirzəni öldürdülər, sonra evi
16.800 rubl məbləğində, eləcə də onun dükanını qarət etdilər. Əmlakın si-
yahısını təqdim edirəm.
Oxundu. Savadsızdır.
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ələk. Xasməmmədov (imza).
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 94.
Sənəd № 530
Dindirmə protokolu
1918-ci il, 14 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Həcər Xanım Məmməd Cəfər qızı, 60 yaşım var, Bakıda, şəhəri, 10-
cu Parallelnaya küçəsi, 20 №-il evdə yaşayıram, savadsızam.
1918-ci il mart ayının 19-da erməni əsgərləri yuxarıda göstərilən evə
soxuldular, mənim ərimi, 70 yaşlı Turab Nadir oğlunu öldürdülər və mə-
nim mənzilimi oğurlanan əmlaka dair təqdim etdiyim siyahıda göstə-
rilən məbləğdə qarət etdilər.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 199.
217
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Sənəd № 531
Dindirmə protokolu
1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Həcər Xanım Axundova, 40 yaşım var, Bakıda, Verxne-Kladbişens-
kaya küçəsi, 53 №-il evdə yaşayıram.
Martda, bazar ertəsi, ayın 19-da ermənilər tərəfindən mənim ərim Əla-
ğa Axundov öldürülmüşdür. Elə o vaxt bizim mənzilimizi qarət etmiş və
təqdim etdiyim siyahıda göstərilən əmlakımı – köhnə qiymətlərlə 10.400
rubl, yeni qiymətlərlə 30.000 rubl dəyərində, - aparmışlar.
Mart ayında mənim 19 yaşlı oğlum Ağa Hüseyn itmişdir və indiyə
kimi tapılmamışdır.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 144.
Sənəd № 533
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Səkinə Xanım Məşədi Məmməd Bəkir qızı, 32 yaşım var, Bakıda,
İçəri şəhər Qalasında, Sretenski döngəsi, 22 №-il evdə yaşayıram.
Mart hadisələri zamanı erməni əsgərləri mənim ərim Məşədi Əyyub
Ələkbərovun yorğan-döşək mağazasına basqın etdilər, ərimi öldürdülər
və mağazanı qarət etdilər; bu zaman 10.000 rubl məbləğində əşyalar və
döşəklər oğurlanmışdır.
Oxundu. Savadsızdır.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
218
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 179.
Sənəd № 539
Dindirmə protokolu
1918-ci il, 14 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hörmət Ağagül qızı, 35 yaşım var, Bakı şəhəri, Vasilyevski döngəsi,
15 №-il evdə yaşayıram, savadsızam.
Bu ilin mart ayının 20-də mənim mənzilimi 9290 rubl dəyərində qarət
etmişlər. Qarət edilmiş əşyaların siyahısını təqdim edirəm. Mən ərimlə və
oğlumla birlikdə qaçırdım, lakin ermənilər küçədə bizi tutdular, 40 yaşlı
ərim Əli Qulu Əzim oğlunu və 19 yaşlı oğlum Məşədi Əbdül Əzim oğlunu
öldürdülər, məni və qızımı isə əsir götürdülər, həm də 9 yaşlı qızım İzzəti
qolundan yaraladılar.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 199.
Sənəd № 540
Dindirmə protokolu
1918-ci il, 14 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Həmşə Qafar qızı, 37 yaşım var, Bakıda, Vasilyevski döngəsi, 18 №-il
evdə yaşayıram, savadsızam.
Bu il mart ayının 19-da erməni əsgərlər yuxarıda göstərilən evə soxul-
219
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
dular, mənim iki oğlumu – 25 yaşlı Abbasqulu Əmi Baba oğlunu və 22 yaş-
lı Cəfərqulu Əmi Baba oğlunu öldürdülər, mənim mənzilimi 10.020 rubl
məbləğində qarət etdilər.
Qarət olunmuş əmlakımın siyahısının işə əlavə olunmasını xahiş
edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 24.
Sənəd № 542
Dindirmə protokolu
1918-ci il, 5 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Umnisə Hacı Zeynal Abdin qızı, Bakı sakini, 28 yaşım var, Verxnya-
ya-Naqornaya küçəsi, 193 №-il evdə yaşayıram, savadsızam.
Bu il mart ayının ortalarında, barışıq bağlanandan sonra, mən ərim
və uşaqlarımla bərabər Bakı şəhərindən Fatmayı kəndinə qaçırdım, yol-
da silahlı ermənilər bizi saxladılar və köhnə qiymətlə 2000 rubl dəyərin-
də olan, təqdim etdiyim siyahıda göstərilən bütün əşyalarımızı, sırğa və
başqa zinət əşyalarını, əlimizdən aldılar.
Bir neçə gündən sonra mənim ərim, qardaşım və qardaşım oğlu
şəhərə qayıtdılar. Mənim ərim Məşədi Hacı Ağa Əbdül Qədir oğlunu və
qardaşım oğlanları – İbadulla Abdulla oğlunu və Əmirulla Abdulla oğlunu,
eşitdiyimə görə, ermənilər öldürmüşlər. Ermənilər mənim 850 rubl pulu-
mu götürmüşlər.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 105.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
220
Sənəd № 543
Dindirmə protokolu
1919-cu il, 11 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ayna Xanım Rəsul qızı, 40 yaşım var, Bakıda, Ermənikəndin yanın-
da yaşayıram.
1918-ci il martında ermənilər mənim ərim Kərbəlayı Əbini öldürdülər
və təqdim etdiyim siyahıda göstərilən əmlakımı qarət etdilər. Mənə ümu-
milikdə, 10.000 rubla yaxın ziyan vurulmuşdur.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 12.
Sənəd № 544
Dindirmə protokolu
1919-cu il, 15 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Asiya Mirzə qızı, 50 yaşım var, Bakıda, Yuryevskaya küçəsi, 51 №-il
evdə yaşayıram.
1918-ci il martında ermənilər nəmin oğlum Xəlil Ağamalı oğlunu öl-
dürmüşlər və mən indi tamamilə vəsaitsiz qalmışam. Mənim 10.000 rubl
məbləğində qızıl əşyalarımı və ev avadanlığımı aparıblar.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 12.
221
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Dostları ilə paylaş: |