Sənəd № 545
Dindirmə protokolu
1919-cu il, 27 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ziba Məmməd Bağır qızı, 28 yaşım var, Bakıda, 6-cı Nikolayevski dön-
gəsi, dalan № 2, 8 №-il evdə yaşayıram.
Keçən ilin martında ermənilər mənim ərim Məmməd Rza Sadıq oğlu-
nu yaraladılar və mənim təqdim etdiyim siyahıda göstərdiyim əşyalarımı
apardılar. Mənə ümumilikdə, 32.300 rubl məbləğində zərər vurulmuşdur.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 48.
Sənəd № 546
Dindirmə protokolu
1919-cu il, 28 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Züleyxa Xosrov qızı, 30 yaşım var, Bakıda, 1-ci Razyezdnaya küçəsi,
71 №-il evdə yaşayıram.
1918-ci il martın ortalarında, deyəsən bu, martın 19-da baş vermişdi,
erməni əsgərləri yuxarıda göstərilən evə soxuldular, mənim ərim Əhəd
Rəhman oğlunu, 50 yaşında, öldürdülər, öldürməmişdən əvvəl onun 2500
rubl pulunu və 2200 rubl dəyərində qızıl zəncirli qızıl saatını götürdülər.
Erməni əsgərləri ərimin qardaşını, 30 yaşlı Yunusu da qətlə yetirdilər.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 50.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
222
Sənəd № 549
Dindirmə protokolu
1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zeynəb Əli qızı, 65 yaşlı, Bakı, Kisenevskaya (Kseniyevskaya) küçə-
si, № 12, Səfixan Qasımovun evi, savadsızdır.
Bu il mart ayının 19-da səhər tezdən erməni əsgərləri bizim hissəyə
hücum etməyə başladılar. Mən qaçmağa macal tapdım, amma mənim
ərimi, 80 yaşlı Dadaş Şəfi oğlunu erməni əsgərləri öldürdülər. Onlar mə-
nim mənzilimi 18.600 rubl məbləğində qarət etdilər. Əşyaların siyahısını
təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Oxundu.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 66.
Sənəd № 553
Dindirmə protokolu
1918-ci il, 26 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ziyarət Xanım Zülfəli qızı , 45 yaşım var, savadsızam, Bakı şəhəri,
Qoqolevskaya küçəsi, 83 №-il evin sakiniyəm, daimi olaraq isə Bakı
quberniyasının Binəqədi kəndində yaşayıram.
Bu ilin sentyabrında ermənilər Binəqədidə müsəlman kəndlilərini,
o cümlədən mənim 6 nəfər qohumumu, yəni 2 uşaq, 2 qadın və 2 kişini
xəncərlə doğramışlar. Bundan əlavə ermənilər ümumi dəyəri 28.800 rubl
olan əmlakımı qarət etmişdilər. Oğurlanmış əmlakın siyahısının işə əlavə
olunmasını xahiş edirəm. Qatillərin adını bilmirəm.
223
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Oxundu. Ziyarət Xanım Zülfəli qızı. Savadsızdır.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 78.
Sənəd № 554
Dindirmə protokolu
1919-cu il, 20 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ədəybanu Ağarza qızı, Balaxanı kəndinin sakiniyəm (4-cü polis
sahəsi), qardaşım Əli Heybət Ağa Rza oğlunun evində yaşayıram.
1918-ci ilin sentyabrının əvvəlində erməni dəstələri Balaxanıya
basqın edərkən, ermənilərin müsəlmanlara qarşı vəhşi münasibətlərin-
dən xəbərdar olan müsəlmanlar Balaxanı kəndini tərk etdilər. Müsəl-
manlar Balaxanı kəndindən qaçarkən, ermənilər mənim ərim Əli Hacı
Baba oğlunu öldürdülər, bizim ümumilikdə 52.400 rubl dəyərində olan
bütün əmlakımızı isə ermənilər qarət etdilər. Qarət edilmiş əşyaların si-
yahısını işə daxil etmənizi xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: А.Hacı-İrzayev, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v.79.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
224
Sənəd № 557
Dindirmə protokolu
1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Qızılgül Zərbalı qızı, 35 yaşlı, Bakı şəhərinin sakini, Ramana kən-
dində, 13 №-il evdə yaşayıram.
Mart ayında, ermənilər bizim müsəlmanlara qarşı silahlı çıxış edən-
də mən də onların zorakılıqlarının qurbanı oldum. Mənim 10 yaşlı oğlum
qorxudan öldü. Mən qaçdım, onlar isə məni 8635 rubl məbləğində qarət
etdilər. Əmlakımın siyahısını təqdim edirəm.
İfadə oxundu.
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ələk. Xasməmmədov (imza).
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 92.
Sənəd № 559
Dindirmə protokolu
1918-ci il, 17 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xanımana Hacı Əmrah qızı, 50 yaşlı, Ramana kəndinin sakini, elə
orada yaşayıram.
Bu il sentyabr ayının ortalarında erməni əsgərləri Ramana kəndinə
girdilər və mənim evimi 40.865 rubl məbləğində qarət etdilər. Oğurlanmış
əmlakın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Mən qaçmağa macal tapdım, amma mənim ərim Ramanada qaldı, və er-
mənilər ona nə etdilər, mən indiyədək bilmirəm. Çox güman ki, erməni
əsgərləri onu öldürmüşlər.
225
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v.79.
Sənəd № 561
Dindirmə protokolu
1918-ci il, 18 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Durna Hacı Gülmirzə qızı, 28 yaşlı, Ramana kəndinin sakiniyəm,
elə orada yaşayıram.
Erməni əsgərləri geri çəkilərkən Ramana kəndinə girdilər, mənim
ərim Yəhya Bala Şahbaz oğlunu öldürdülər və mənim evimi və mənzilimi
11.000 rubl məbləğində qarət etdilər. Oğurlanmış əmlakın siyahısını təq-
dim edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v.25.
Sənəd № 565
Dindirmə protokolu
1918-ci il, 23 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Sona Eyvaz Əli qızı, 32 yaşlı, Bakı qəzası, Ramana kəndində yaşayıram.
Sentyabr ayında ermənilər bizim evə soxuldular, mənim ərim Nağdəli
İsgəndər oğlunu öldürdülər və mənim təqdim etdiyim ərizədə sadaladığım
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
226
əşyalarımızı apardılar. Bizə 15.933 rubl məbləğində zərər vurulmuşdur.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 183.
Sənəd № 566
Dindirmə protokolu
1918-ci il, 26 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Şəpi Kərbəlayı Zərbəli qızı, 40 yaşlı, Ramana kəndində 343 №-il evdə
yaşayıram.
Bu ilin sentyabrında Ramana kəndində ermənilər mənim ərimi, 60 yaş-
lı İmam Məmmədi öldürdülər və mən 11 yaşlı oğlum Əmir Hacı ilə qaldım.
Ermənilər tərəfindən bizim əmlakımız qarət edilmişdir və onların siyahısını
işə əlavə etməyi xahiş edirəm. Əmlakımızın 19.805 rubl dəyəri var idi.
Oxundu. Şəpi Kərbəlayı Zərbəli qızı. Savadsızdır.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 77.
Sənəd № 567
Dindirmə protokolu
1919-cu il, 24 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Gövhər Nuru qızı, 30 yaşlı, Ağamalı Niftəli oğlunun dul arvadı, Sa-
bunçu-Balaxanı Polismeysterliyi, 2-ci polis sahəsi, Ramana kəndinin
sakiniyəm, elə orada, 13 №-il evdə yaşayıram.
1918-ci ilin sentyabrında, erməni əsgərləri Ramana kəndinə hücum
227
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
edəndə, mən rəhmətlik ərim Ağamalı və uşaqlarımla birlikdə Maştağa
kəndinə qaçmaqla xilas olduq. Biz orada çox əziyyətlərə düçar olduq və
mənim ərim xəstələnərək öldü. Mən əlimdə azyaşlı uşaqlarla binəsib
dul qaldım: ermənilər bizim 10.650 rubl məbləğində (yeni qiymətlə) bü-
tün əmlakımızı qarət etmişlər. Oğurlanmış əmlakımızın siyahısını işə
əlavə etməyinizi xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: A.Hacı-İrzayev, А.Kluge, (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 86.
FƏSİL III
MÜXTƏLİF MİLLƏTLƏRDƏN
OLAN BAKI SAKİNLƏRİNİN
VƏ XARİCİ VƏTƏNDAŞLARIN
ŞAHİD İFADƏLƏRİ
229
FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ
Sənəd № 568
Dindirmə protokolu
1919-cu il, 1 yanvar. Bakı şəhəri.
Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual
Məcəlləsinin 443-cü maddəsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda
adı çəkilən şəxs göstərmişdir:
Mən, Aleksandr Naumoviç Kvasnik, Bakı şəhəri, Serkovnaya küçəsi,
138 №-li evdə yaşayıram, yəhudiyəm, həddi-buluğa çatmışam.
1918-ci ilin mart ayının 17-dən 21-dək olan müddət ərzində Bakı şəhə-
rində baş vermiş hadisələr haqqında aşağıdakıları deyə bilərəm.
Bu ilin 17-21 mart tarixlərində Bakı şəhərində baş vermiş hadisələrə tə-
miz vicdanla belə ad vermək lazımdır: “Müsəlmanların fiziki olaraq məhv
edilməsi, bütün əmlakının mənimsənilməsi və onların bütün rifahının
və siyasi üstünlüyünün ermənilərin əlinə keçməsi məqsədilə, əvvəlcə
Bakı şəhərində, sonra isə ucqarlarda erməni əhalisinin müsəlman əhali-
sinə qarşı təşkil edilmiş qanlı sui-qəsdi”.
18-21 mart hadisələrinədək bu iki xalq arasında münasibətlər qənaətbəxş
idi və ildən-ilə yaxşılaşırdı. Son 12-15 il ərzində onların qarşılıqlı münasibəti-
ni heç nə pozmamışdı. Həmçinin, onların maddi maraqları da toqquşmurdu,
çünki müsəlman əhalisi əsasən əkinçilik sahəsində üstünlük təşkil edir, ətraf
kəndlərdən insaflı qiymətə kənd təsərrüfatı məhsullarını gətirir, şəhərdə isə
elə də böyük olmayan hüdudlarda ticarət və sənaye ilə məşğul olurdu, yəni,
Bakıda müsəlmanların sayca üstünlük təşkil etdiyi hesaba alınmaqla, müsəl-
man tacirlərin faizi ermənilərin faizindən aşağı idi. Müsəlmanların ziyalı
təbəqəsinə gəldikdə isə, o, son dərəcə kiçik və cüzidir. Ermənilər isə əksinə,
ziyalı - peşəkarların böyük hissəsini təşkil edir və tədricən müəssisələrdə,
şirkətlərdə, şəhər institutlarında və s. bütün yerləri tuturlar.
Məsələn, Bakı Neft Sənayeçilərinin Qurultayı Şurası
95
bütünlüklə er-
mənilərin əlinə keçmişdi, çünki, onun çoxsaylı müəssisələrində bütün
yerlər erməni mühəndislər, həkimlər, kontorçular, hesabdarlar və digərlə-
ri tərəfindən tutulmuşdu. Beləliklə, burada üstün mövqe müsəlmanların
özlərinin heç bir müqaviməti olmadan müsəlmanlardan ermənilərə keç-
mişdir, çünki müsəlmanların öz rəqibləri ilə rəqabət aparmaq iqtidarında
olan şəxsi ziyalı peşəkarlar heyəti yox idi.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
230
Lakin nə bu, nə də vəzifələrin tutulmasına bənzər digər hallar (şəhər
ictimai özünüidarəetmə və digər müəssisələrdə) heç də onların qarşılıqlı
münasibətlərini korlamamışdı, çünki müsəlmanlar üçün digər sahələrdə
hələ kifayət qədər fəaliyyət sahəsi qalmışdı (gəmiçilik, İran və Orta Asiya
ilə ticarət). Beləliklə, illər bu minvalla biri digərini əvəz edirdi, heç kim
əvvəlcədən deyə bilməzdi ki, biz belə rüsvayçı hadisələrlə üzləşəcəyik.
Rus inqilabını Bakı şəhərinin bütün əhalisi ... sevinclə qarşılandı. Əgər
bütün digər millətlər pis halda olan yerli bürokratiyanın zülmündən qur-
tarmaq və yaradıcı həyatın bütün sahələrində bərabərlik əldə etmək azad-
lığına sevinirdilərsə, ermənilər və müsəlmanlar bunlardan əlavə özləri-
nin milli dirçəliş azadlığına sevinirdilər. Onlar dərhal öz milli şuralarını
təşkil etdilər, tezliklə milli dəstələr də yaranmağa başladı. Bütün bunlar
“xalqların təyini-müqəddəratı” ruhuna da uyğun idi, odur ki, bu, onların
arasında heç bir ixtilaf yaratmırdı, xüsusilə “ərazi münasibətlərində” on-
ların maraqları toqquşmur. Lakin Rusiyada hadisələr son dərəcə sürətlə
inkişaf etməyə başladı: aprel inqilabını iyun inqilabı, iyun inqilabını isə
– oktyabr inqilabı əvəz etdi. Bolşevizm burada da peyda oldu. O, Tiflisdə
möhkəmlənməyə cəhd etdi, lakin uğursuzluğa düçar oldu. Onda Şaumyan,
Avakyan, Karqanyan və bolşevizmin digər liderləri öz fəaliyyət sahələri-
ni Bakıya keçirdilər, İctimai Təşkilatların İcraiyyə Komitəsi, Şəhər İcti-
mai Özünüidarəetmə və digər müəssisələrin işini sıfıra endirdilər, sonra
isə onları tamamilə ləğv etdilər və öz “Mən”lərini üzə çıxardılar. Məlum
oldu ki, bütün ermənilər bolşevik olmuşlar. Onlar tez bir zamanda erməni
əhalisi, habelə rusların və digər millətlərin bəzi yuxarı təbəqələrini təb-
liğ edərək inandırdılar. Çox tezliklə aydın oldu ki, Fəhlə, kəndli, əsgər və
matros deputatları Sovetinin İcraiyyə Komitəsi bütünlüklə ermənilərdən,
təxminən (99%) ibarətdir.
Müsəlman əhalisi, bu şübhəli millətin hakimiyyəti ələ keçirməsi ilə
onu gözləyən təhlükəni dərhal hiss etdi və bolşevizmdən, menşevizm-
dən və ümumiyyətlə, bütün çalarlarda sosializmindən üz döndərdi. Er-
məni kütləsini isə yaranmış vəziyyət şok halına gətirdi və o, Şaumyanı
və digərlərini sevinclə qarşıladı, belə ki, onların simasında sanki öz giz-
li niyyətlərinin reallaşmasının – Bakıda hakimiyyətin hərtərəfli ermə-
nilərin əlinə keçməsinin, Bakının ardınca isə digər yerlərdə də və bütün
sahələrdə müsəlmanların sıxışdırılmasının təcəssümünü gördü. Lakin
sonrakı hadisələr onların tamah və vəzifələrini daha da genişləndirdi
231
FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ
və onlar müsəlmanların fiziki cəhətdən məhv edilməsi barədə xəyallara
düşdülər. Onlar 1905-ci ili xatırlayaraq, müsəlmanlara qarşı istədiklərini
törədəcəkləri halda, o hadisələrin ermənilərin nöqteyi-nəzərindən, onla-
ra bəraət kimi xidmət edəcəyini düşündülər. Ermənilər unudurdular ki,
əgər onlar 1905-ci ildə zərər çəkmişdilərsə, bu məsələdə bütün bu çıxışları
təşkil edən rus hakimiyyətini də, həmçinin digər iqtisadi, milli səbəbləri
də müqəssir bilmək lazımdır. İstənilən halda o dövrdəki hadisələr indiki
- heç bir səbəb, bəlkə də yalnız ermənilərin qaniçənliyi, kini, qəddarlığı
və satqınlığından savayı, qəti olaraq heç nə ilə izah edilməyən 17-21 mart
hadisələri ilə müqayisədə tamamilə solğun görünür,
Rusiyada bolşevizmin bərqərar olması ilə talanlar və qarşılıqlı qırğın-
lar başlayanda, bu özbaşınalıqların uzaq uğultusu burada, Bakıda da eşi-
dildi. Təxminən yanvar ayından etibarən “hazırlanan hadisələr” haqqın-
da şayiələr gəzməyə başladı. Bu şayiələr bizim üçün, dinc əhval-ruhiyyəli
insanlar üçün tamamilə anlaşılmaz idi və çətinliklə ağla sığışırdı. Lakin
tədricən bu şayiələr real formalar almağa başladı. Gecələr əvvəlcə tək-tək
güllə səsləri, sonra isə bütün gecələr fasiləsiz atışmalar eşidildi. Silah tə-
darükünün görülməsinə başlandı və silahın qiyməti ağlasığmaz həddə
yüksəldi. Məsələn, orta keyfiyyətli sistemə malik tüfəngə görə 2000 rubl,
Naqan və ya Brauninq sistemli tapançaya görə isə daha çox pul ödəyir-
dilər. Artıq heç kim gecələr evdən çıxmağa cürət etmirdi, çünki bu həyat
üçün təhlükə demək idi. Bu …. və atışmalar müsəlman əhalisini çıxış et-
məyə sövq etmək, dinc əhali arasında təşviş yaratmaq, eləcə də müsəl-
manları şəhərin bitərəf əhalisinin gözündən salmaq məqsədilə təxri-
bat xarakteri daşıyırdı. Beləliklə, son nəticədə tamamilə aydın oldu ki,
bir neçə ay ərzində davam edən təxribat xarakterli atışmalar ermənilər
tərəfindən müəyyən sistem üzrə şəhərin müxtəlif yerlərində həyata ke-
çirilmişdir. Ermənilər şəhərdə söz buraxmağa başladılar ki, guya müsəl-
manlar “şəhəri və Qafqazı ələ keçirmək” üçün yaxın vaxtlarda öz vəhşi
diviziyası ilə qalan əhalini “qırmağa” başlayacaqlar. –“Hazırlaşın, silah
ehtiyatı görün, çünki tezliklə tatarlar
96
qırğına başlayacaqlar və heç kimə
rəhm etməyəcəklər; onlar əhalinin qalan elementlərindən azad olmaq
istəyirlər və tezliklə çıxış edəcəklər”. Ermənilər bu yolla şayiələr yayır və
bitərəf insanların beyninə həyəcan toxumu səpirdilər.
Bu vaxt isə erməni əhalisi var gücü ilə odlu və hətta soyuq silah ehti-
yatı görürdü. Elə bir ev yox idi ki, orada ən azı 2-3 tüfəng və 2-3 revolver,
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
232
qılınc və odlu silah üçün sursat olmasın. Heç bir qiymət qarşısında dayan-
mırdılar, silahı Qafqaz cəbhəsini tərk edən rus əsgərlərdən alırdılar, digər
yerlərdən gətizdirirdilər və ümumiyyətlə, mümkün olan hər yerdən əldə
edirdilər. Bu sətirləri yazan bir neçə il ərzində erməni evlərinə gedib-gə-
lirdi və bütün bu tüfəng və revolverlərin və onlarla meydan oxumaqların
qarşısında – yalnız heyrətini bildirirdi. Lakin cavab bir idi: “Tezliklə, çox
tezliklə tatarlar gələcəklər və Sizi doğrayacaqlar və Siz bizim silah ehti-
yatı görməyimizin səbəbini onda anlayacaqsınız, lakin artıq gec olacaq”.
– İzn verin, söyləyim ki, artıq mən uzun illərdir bu adamların arasında
yaşayıram. Onlar yəhudilərlə mehriban dolanırlar, bizim aramızda heç bir
anlaşılmazlıq yoxdur, onlar birdən-birə məni necə öldürə bilər. – “Bəli, biz
deyəndir, görəcəksiniz. Onlar qalan əhalidən yaxa qurtarmaq və burada öz
padşahlıqlarını yaratmaq istəyirlər”. Bax, ermənilər, onların dediklərinə
görə, qarşıdakı müsəlman çıxışlarını və ermənilərin niyə silah ehtiyatı
gördüklərini bununla əsaslandırırdılar.
Bakı mətbuatı qəfildən əhalini gözləyən təhlükə haqqında danışmağa
başladı. Mətbuat bu həyəcanlı əlamətlərə reaksiya verir və “bunun bizdən
yan keçməsi üçün” uğurlu çıxış yolu axtarırdı. Artıq real forma daşıyan bu
həyəcanlı şayiələri – milli zəmində qanlı çıxışlar haqqında şübhələri da-
ğıtmaq üçün ümumxalq ibadət – mitinqləri təşkil etmək qərarına gəldilər
ki, hər bir millət xalq kollektivi qarşısında dini-təntənəli şəraitdə öz dəru-
ni düşüncələrini büruzə verə bilsin. İlk ibadət mərasimi Aleksandr Nevski
kilsəsində
97
keçirildi. Mərasimin keçirildiyi kilsənin həyəti sonsuz sayda
adamlarla dolu idi, çünki dua edənlərin hamısının məbədin içinə sığışma-
sı mümkün deyildi. Müsəlmanlar xristianlarla birlikdə dua edirdilər. İn-
cilin yanında Quran qoyulmuşdu. Müsəlmanlar “Allah” deyərək, haray və
fəryadla üzü üstə düşür, sülhün göndərilməsi və Bakı şəhərində qan tökül-
məməsi üçün səylə dua edirdilər. Onlar açıq ürəklə və səmimi münasibətlə
isti göz yaşları axıdır və hər hansı bir millətə qarşı heç bir kinli məqsəd
və niyyətlərinin olmadığına and içirdilər. Məşhur Topçubaşovun
98
dili ilə
“Yaşa və başqalarına yaşamağa imkan ver” şüarı elan edildi.
Sülhün faydası və qan tökülməsinin və düşmənçiliyin məhvedici ol-
ması mövzusunda bir çox çıxışlardan sonra, camaat evlərinə dağılışdı və
sanki ürəklərdə bir yüngüllük yarandı. İkinci ibadət mərasimi “Təzəpir”
məscidində keçirildi və daha təntənəli və səmimi olmaqla, heç bir məkrli
niyyətlər güdməyərək yaxın gələcəyə müəyyən inamsızlıqla sirayətlən-
233
FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ
miş insanlara böyük yüngüllük gətirdi. Üçüncü ibadət mərasimi Parapet-
dəki erməni kilsəsində keçirilirdi. Erməni keşişlər yan qapıların ağzında
duraraq, “imtiyazlı əhalini” içəri buraxır və müsəlmanlar qarşısında tə-
zim edirdi, camaat isə kilsəyə giriş qapılarından daxil olurdu. Təntənə
çox, lakin səmimiyyət az idi, ürəkaçıqlığı ondan da az idi. Xorun oxuması
çox vaxt apardı. Müsəlmanların sayı çox idi, onlara iltifat edir, səcdəgaha
yaxın və qabaq sıralarda yer göstərirdilər. Lakin ermənilərin gözlərində
müsəlmanlara qarşı acı kinayə və istehza qarışıq nə isə sezilirdi. Uzun-u-
zadı oxuma bitdi. Nitqlər başlandı. Müsəlman mollalar hər çıxışdan qabaq
dua edir, sonra isə öz nitqlərində, iki xalqın sülh içində yaşadığı, dövlətin
eyni hüquqlu üzvləri kimi ümumdövlət işlərində dostcasına iştirak etdik-
ləri uzaq işıqlı vaxtları xatırlayırdılar. Bu çıxışlardan çox fərəhləndirici
təəssüratlar yaranırdı. Hər cür şübhələr itib gedirdi. Ermənilərin çıxışla-
rından və zəhərli baxışlarından isə belə alınmırdı.
Xarakteristika üçün Bakı şəhərinin köhnə sakini və ictimai xadimi olan
hörmətli doktor Q.-nin mənə danışdığı sözləri misal gətirəcəyəm. Doktor
Q., ictimai xadimlərin yığıncağında iştirak edirmiş və bu xadimlər arasın-
da erməni X. da varmış. Saatını çıxararaq X. deyir: “Artıq saat 12-dir, mən
gərək erməni kilsəsində barışıq haqqında ibadətə tələsim”. Doktor Q: “Niyə
tələsirsiniz?” – “Lazımdır. Əvvəlcədən bilirəm ki, bu komediyadan heç nə
çıxmayacaq, amma hər halda fason üçün iştirak etmək lazımdır. Bundan
heç nə alınmayacaqdır. Tam əminliklə söyləyirəm”. Ermənilərin əsl astarı
və qan tökülməsindən qurtulmağa qarşı münasibəti bax belə idi.
Əlamətdar hadisələr ərəfəsində ermənilərin ayrı-ayrı evlərdə, elə bil ki,
mənzillər üzrə yığıncaqları keçirilirdi. Bu yığıncaqların təfərrüatını bil-
mirəm, amma mövzu eyni idi: hazırlaşmaq lazımdır, çünki çıxış etmək
günü yaxınlaşır və indi bütün yığıncaq üzvləri fəal əməliyyatlar üçün bu
barədə məlumatlandırılacaqdır. Mən özüm şəxsən 2 belə yığıncağın şa-
hidi olmuşam. Yığıncaqların keçirildiyi bu evlərə mən artıq neçə illərdir
ki, hər gün gedib-gəlirəm. Orada heç vaxt ictimai xarakterli yığıncaqlar
olmurdu. Mən heyrətlə onlara baxaraq hansı məqsədlə toplaşdıqları-
nı soruşurdum, lakin onlar mənə cavab vermirdilər. Mən bütün bunlara
şübhə ilə yanaşırdım, lakin anlaya bilmirdim. Sonralar, yalnız ev yiyələ-
rindən biri ilə söhbətlərdən hər şey aydın oldu. Orada müzakirə edirdilər,
və ya bəlkə də heç müzakirə etmirdilər, yekdilliklə qərara gəlmişdilər ki,
müsəlmanların bolşeviklərə olan mənfi münasibətlərinə görə bolşeviklər
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
234
müsəlmanlara əyani dərs hazırlayırlar. Və odur ki, əvvəlcədən razılaşdı-
rılmış şərti işarə əsasında ermənilər müsəlmanlara qarşı çıxış etməli və
onlarla köhnə hesabların əvəzini çıxmalıdırlar. Bundan əlverişli imkan
onların əlinə heç vaxt düşməyəcəkdir. Vuruşanlar bolşevik əsgərləri ola-
caq ki, onların arasında çoxlu ruslar vardır və bu zaman əsgər formasın-
da olan, yaxud əsgər formasına oxşar paltar geyinmiş ermənilər onlara
qarışa bilərlər və heç Allahın özü də baş aça, ya onları ayırd edə bilməz.
Beləliklə, onlar öz qəddar işini görə biləcəklər, özləri isə kənarda qalacaq-
lar: “Onlarla biz yox, bolşeviklər vuruşub. Bunun bizə nə dəxli var”. “Axı
bolşeviklərin arasında istənilən elementlər vardır”.
Əhalinin böyük hissəsinə qarşı sui-qəsd bax elə maskalanmışdı və
guya ki, onu açmaq çətin idi. Lakin bütün bunlar necə deyərlər, “ağ saplar-
la tikilmişdi” və elə ilk andan Bakı şəhərinin müxtəlif tərkibli əhalisinə
aydın oldu ki, bu cəhənnəm və rüsvayçılıq aktını qızışdıranlar və icraçıla-
rı kimdir. Artıq dediyim kimi, İcraiyyə Komitəsi başdan-ayağa ermənilər-
dən ibarət idi və beləliklə çıxış etmə vaxtını müəyyən etməli olan əsas
aparat onların əlində idi. Bunun üçün bəhanə isə tezliklə tapıldı. Çıxışlar
ərəfəsində Hacı Zeynalabdin Tağıyevin faciəli surətdə həlak olmuş oğlu
dəfn edilirdi. Dəfndə həlak olana hərbi ehtiram bildirmək üçün müsəl-
man vəhşi diviziyasının bir hissəsi iştirak edirdi. Həmin dəstə Ənzəliyə
üzüb getmək istədikdə, ona İcraiyyə Komitəsi adından ultimatum verildi
– tərksilah olunmaq. Həm də dəstəyə düşünmək üçün 24 saat vaxt verildi.
Bu, şənbə günü axşam baş vermişdi.
Həmin səbəbdən “İsmailiyyə”nin zalında mitinqlər başlandı. Deyir-
dilər ki, erməni hissəsini də tərksilah etmək lazımdır, hərçənd orada bir
hissə yox, başdan ayağa bütün erməni əhalisi silahlanmışdı, lakin heç nə
əldə bilmədilər. Bazar gününə keçən gecə Müsavatla Erməni Milli Şura-
sı arasında müşavirə keçirildi və, deyildiyinə görə, lazım olduğu təqdirdə
hakimiyyəti qəsb edənlərə – bolşeviklərə qarşı birgə çıxış etmək qərarı-
na gəldilər. Lakin bu, yalnız ermənilərin tatarlar üçün qurduğu məkrli
torlar idi. İcraiyyə Komitəsinin tərksilah olunmaq üçün müsəlmanlara
verdiyi müddət sona çatırdı. Ermənilər müsəlmanların cüzi tərəddüdlə-
rini belə diqqətlə izləyirdilər və bu əlverişli imkanı əldən verməməyə əv-
vəlcədən hazırlaşırdılar. Onlar bunun üçün zəruri olan hər şeyi edirdilər,
onların başçıları isə fasiləsiz olaraq məşvərətlər keçirirdi. Müsəlmanla-
rın nümayəndələri, qan tökülməsinin qarşısını almaq məqsədilə bütün
235
FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ
güzəştlərə gedəcəklərini bildirmək üçün İcraiyyə Komitəsinə gəldiyi za-
man, haradasa Şamaxinka tərəfdə gizlənən ermənilər tərəfindən təxribat
məqsədli atəşlər açılmağa başladı, hətta, deyilənə görə, bolşevik patrul-
larından yaralananlar da olmuşdu. İcraiyyə Komitəsində müsəlmanlarla
aparılan danışıqlar dərhal dayandırıldı, çünki telefonla xəbər verildi ki,
müsəlman kütləsi artıq qalxmışdır və müharibə faktiki olaraq başlanmış-
dır. Heç bir dəlil kömək etmədi, çünki qurulmuş torlar son dərəcə incə
idi və onları dərhal müəyyən etmək çox çətin idi. Beləliklə, müsəlman
nümayəndələr evlərinə dağılışdılar və mart ayının 18-də, bazar günü saat
6-da şəhərin bütün küçələrində atışma və əsl müharibə başlandı.
Bu amansız gecə ərzində əhali böyük iztirablar keçirmişdi. Başlanan
bu qırğının motivləri və əsl xarakteri ermənilərdən savayı hələ heç kimə
məlum deyildi. Lakin ertəsi gün hər şey hamıya aydın oldu. Mən o zaman
Qoqolevskaya və Tatarskaya küçələrinin arasındakı Serkovnaya küçəsin-
də yaşayırdım. Mən səhər tezdən azacıq açılmış pəncərə taxtalarının ara-
sından bu küçədə baş verən hadisələri müşahidə edirdim. Bir dəstə tatar
onların üzərinə hücum etmiş dəstələrlə atışmaqla pis müdafiə olunurdu.
Bu bolşevik dəstələrində müharibənin bütün qaydaları üzrə hücum edən
cəbhədə vuruşmuş əsgərlər var idi. Onlar tatarlarla döyüşərkən ədalətli
hərəkət etdiklərinə tam əmin idilər. Yəni bolşevik əsgərlər fikirləşirdilər
ki, tatarlar hakimiyyəti ələ keçirərlərsə, onlara – ölkənin indiki sahiblə-
rinə divan tutacaqlar və buna görə də öz hakimiyyətləri uğrunda döyüşür-
dülər. Amma rusların arxasınca kiçik erməni dəstələri irəliləyirdi, özü də
hər bir dəstədə başdan-ayağa silahlanmış 5-10 nəfər var idi. Bu dəstələrdə
bütün kişi erməni əhalisi – 2-3-cü sinif şagirdlərindən tutmuş yaşlı er-
mənilərədək – iştirak edirdi. Onlar hamısı əsgər və ya yarı əsgər forması
geyinmişdi, üzərilərində 3 və daha artıq qatar patrondaş var idi, tüfəng,
revolver və xəncərlə silahlanmışdılar.
Erməni əhalisinin bütün siniflərinin nümayəndələri bu “müharibədə”
iştirak etməyi özlərinə “borc” bilirdi; burada neft sənayeçiləri, mühəndis-
lər, həkimlər, kontorçular, bir sözlə, erməni əhalisinin bütün təbəqələri
“vətəndaşlıq” borclarını yerinə yetirirdilər. Tatarlar bizim məhəlləni bazar
ertəsi günü, saat 11-də tərk etmişdilər. İndi isə mənim gözümün qarşı-
sından yalnız ehtiyat məqsədilə atəş açaraq irəliyə hərəkət edən əsgərlər
keçirdi. Lakin, onlar ötüb keçən kimi gizlənmiş tatarları axtaran erməni
“dəstələri”, sonra isə başqaları gəlirdi. Onlar qapıları sındırır, bütün otaq-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
236
lara daxil olur, hər yeri axtarırdılar. Pul və zinət əşyalarını onlar dərhal
hamıdan alır, tatarları isə mənzildə, həyətdə, və ya qapı ağzındaca güllələ-
yirdilər. Tatarlardan heç kimə aman verilmirdi. Onlar bazar ertəsi bütün
günü çox qızğın “işləyirdilər”, şəhərin küçə və evlərində qan su yerinə
axırdı. Ən əvvəl onlar evləri atəşə tuturdular ki, qorxuya düşmüş sakinləri
evdən qovub çıxarsınlar və özgə malını maneəsiz qarət və talan edə bil-
sinlər. Onlar ərzaq ehtiyatlarına xüsusi diqqət yetirirdilər və ilk növbədə
kisələrlə un, düyü, qənd və tapdıqları hər şeyi daşıyıb aparırdılar. Görü-
nür, onlar qabaqcadan hiss edirdilər ki, 17 mart hadisələrindən sonra əsl
aclıq başlanacaqdır. Elə buna görə də ərzaqları götürürdülər, bununla da
erməni əhalisini bir neçə ay azuqə ilə təmin etdilər. Həqiqətən də, qalan
əhali, xüsusilə də müsəlman əhalisi sözün əsl mənasında küçələrdə ac-
lıqdan öləndə, bütün erməni məhəllələri və küçələri ilə iri çörəkxanalar-
dan evlərə və geriyə kömbə çörəklər daşıyırdılar. Ərzaqların ardınca pal-
tar və qiymətli metal əşyalarını götürürdülər. Mebel isə bir qayda olaraq
ancaq sındırılır və tullanılırdı. Talanlar arası hələ yaxın qohumlarının
gözləri qarşısında qadınlara təcavüz də edilirdi. Ermənilər şəhərin bütün
qeyri-erməni hissəsini beləcə “təmizləyirdi”. Bazarları onlar başqa üsulla
“təmizləyirdilər”: qapıları sındırıb və bütün malları furqonlarla daşıyan-
dan sonra mağazanı yaylım atəşi ilə yandırırdılar və alov küçənin bu ba-
şından o biri başınadək yayılırdı. Yanğınlara görə onların narahat olmağa
ehtiyacı yox idi, çünki bunlar şəhərin müsəlmanlar yaşayan hissəsində
baş verirdi. Lakin onlar, qabaqcadan bütün malları daşıyaraq, yalnız ma-
ğazaları yandırırdılar. Evləri isə ancaq əsaslı surətdə qarət edirdilər. Bütün
bu dəstələrdə hər bir müsəlman evini tanıyan ermənilər iştirak etdiyi
üçün, aydındır ki, onlar zəngin müsəlmanların evlərində qisasçılıq edir
və xüsusi səy göstərirdilər. Əliyev qardaşlarının Serkovnaya küçəsindəki
evini 3 gün ərzində “təmizləmişdilər” və “təmizləyib qurtarmaq” müm-
kün olmurdu, çünki bu 4 mərtəbəli ev sonsuz sayda otaqlardan ibarətdir,
onun var-dövləti isə hesaba gəlmirdi. Amma onlar bu evin işini birtəhər
bitirdilər. Və birinci qarətdən sonra salamat hər nə qalırdısa, 2, 3, 4-cü və
s. dəstələrin qarət mənbəyinə çevrilirdi. Bu küçələr artıq çoxdan “işğal
olunmuşdu”, lakin onlar yalnız gizlənmiş tatarları axtarır və özgə malı-
nı talan edirdilər. Rus əsgərlərinin və xüsusilə də matroslarının barəsində
düzünü demək lazımdır ki, onlar dinc əhalinin güllələnməsində iştirak
etmirdilər və imkan daxilində onları erməni qatillərindən xilas edirdilər.
237
FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ
Onlar müsəlmanları əsir götürərək böyük dəstələrlə “Rekord” və Mai-
lov teatrlarına qovurdular. Lakin yolda bir çoxlarını, hesaba gəlməz sayda
insanları güllələyirdilər. Ora qədər gəlib çıxanlar isə tutulur və teatrların
yaxınlığında güllələnirdi. “Daşnaksütun” partiyası guya əsirlərin toxu-
nulmazlığını qoruyurdu, amma bu mühafizə yalançı və məkrli idi. Ermə-
ni dəstələri bir-birinin ardınca teatrlara daxil olur və cüssəli, sağlam ta-
tarları seçir, binadan küçəyə çıxarır və güllələyirdi. Bunu həmin binaların
yaxınlığında yaşayan Torqovaya küçəsinin sakinləri görmüşdülər. Qətlə
yetirilənlərin paltarlarını və qiymətli əşyalarını çıxarır, sonra xəncərlə
onların qarınlarını yarır, daxili orqanlarını açır və tanınmayacaq dərə-
cəyə qədər eybəcər hala salaraq, cəsədləri təhqir edirdilər. Bütün küçələr-
də və küncdə-bucaqda qalaq-qalaq meyitlər yığılıb qalmışdı və hər tərəf-
də ölüm və dəhşət hökm sürürdü. Belə bir vaxtda müsəlmanların ayrı-arı
nümayəndələri, həyatlarını təhlükə altına qoyaraq, avtomobillərdə İcra-
iyyə Komitəsinə gəlir və şəhərin bütöv bir hissəsinə qarşı törədilmiş bu
görünməmiş qanlı qırğına son qoyulmasını xahiş edirdilər. Demək olar
ki, bütünlüklə ermənilərdən ibarət olan İcraiyyə Komitəsinin üzvləri bu
rüsvayçılığa son qoymaq istəmirdilər və hər dəfə öz tələblərini artırırdılar.
Belə ki, onlar əvvəl tərksilah olunmağı, sonra bolşeviklərin hakimiyyəti-
nin qeyd-şərtsiz tanınmasını, daha sonra isə müsəlmanların Tiflis yolunu
açmasını tələb edirdilər. Sanki, bağlı yolun açarları nümayəndələrin əlin-
də idi. Bununla onlar, maneələr uydurmaqla, qırğınları dayandırmaq istə-
mirdilər, çünki məqsəd bir idi – şəhərin bütün Cənubi Qafqazda öz zən-
ginliyi, nüfuzu və səxavəti ilə tanınan müsəlman əhalisini məhv etmək.
Onlar əmin idilər ki, hələ sülh olmayacaq və onlar başladıqlarını sona
çatdıra biləcəklər. Amma burada Caparidzenin adını hörmətlə çəkmək la-
zımdır, çünki o, canlı insan alverinə son qoydu və sülhün bağlanmasına
nail oldu. Çərşənbə günü səhər saat 11-də sülh elan edildi.
Lakin qana bulaşmış erməni əlləri barışıq elan edildikdən sonra da dayan-
madılar. Onlar bu barışığı tanımaq istəmirdilər və öz murdar cinayətlərini
davam etdirirdilər. “Sülh” sözünü eşidən bitərəf əhali küçələrə axışdı. Onların
arxasınca müsəlmanlar da ağ bayraqlarla çıxdılar. Lakin, təəssüf ki, qaniçən-
lər sanki yerin altından peyda oldular və müsəlmanları yerindəcə qətlə yetir-
məyə başladılar, və yaxud onları əsir aparır və oradaca öldürdülər. Bu dəhşət-
li mənzərələr bütün küçələrdə baş verirdi və heç kim bu vəhşilərin qabağını
ala bilmirdi, çünki hər kəsə öz həyatı qiymətli idi. Məhkum edilmiş xalqın
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
238
müdafiəsi üçün hər hansı bir tədbir görməkdə hamı özünü aciz hiss edirdi.
Yalnız ertəsi gün, cümə axşamı, bir neçə erməni cəzalandırıldıqdan, deyilənə
görə, hətta güllələndikdən sonra, rüsvayçı qanlı azğınlıqlar sona yetdi. Bü-
tün sonrakı günlərdə qələbəni təntənəli surətdə qeyd edən erməni əhalisi
küçələrə axışdı, onlar bir-birini “müharibəni udmaqları” münasibətilə təbrik
edir və sevinc dolu sifətlə öpüşürdülər.
Xəcalət içində başını aşağı salmış müsəlman əhalisi isə, səssiz, şikayət
və tənə etmədən, tam ləyaqətlə və mənəvi qələbənin onların tərəfində
olduğunu dərk edərək yaxşı gələcəyə ümidlərlə yaşamaqda davam edir-
di. Müsəlmanlar, “İsmailiyyə”nin və “Təzəpirin” yanından kədərlə və də-
rindən köks ötürərək keçirdilər, murdar əllərlə təhqir edilmiş müqəddəs
yerləri görür, lakin onları murdarlayanların ünvanına heç bir söyüş, acı
söz işlətmirdilər. Bəli, mən özlüyümdə dəfələrlə düşünmüşəm ki, səbir və
dözümlülüyü onlardan öyrənmək lazımdır.
Mən bu qırğınla əlaqədar Milis sahəsinin Komissarı ilə söhbətlər edir-
dim. Komissarlığın binasında xeyli müsəlman gizlənmişdi, ancaq burada
da bəziləri həyatlarını itirmişdilər. Erməni quldur dəstələri binaya soxul-
muş və bir neçə nəfəri öldürmüşdü. Sonra o, kədərlə mənə danışırdı ki,
onlarla soyğunçunu qarət etdiyi malla bir yerdə tutmuşdur və İcraiyyə
Komitəsinə göndərmişdir, lakin onları qarət etdikləri malla birlikdə dər-
hal buraxırdılar. Buna görə də, o, nə baş verirsə versin, daha qarətçiləri
Komitəyə göndərməyi lazımsız hesab etmişdi. “Daşnaksütun” partiyası-
na gəldikdə isə, bu qanlı sui-qəsdə o başçılıq edirdi, bütün tellər də onun
əlində idi. O mənzil-qərargahlar yaradır, orderlər verirdi və çoxlu sayda
avtomobillər qarət edilmiş malları anbarlara daşıyırdı. İcraiyyə Komitəsi-
nin liderləri ilə “Daşnaksütun” partiyası arasında necə sıx əlaqə mövcud
olduğunu təsvir etmək üçün, mən hörmətli Doktor X-in sözlərini misal
gətirmək istərdim:
“Mənim müalicəxanamın qarşısında rus əsgəri yaralanmışdı. Onu çox
ağır vəziyyətdə gətirmişdilər. Əsgər 2 mindən artıq nağd pulu, tüfəngi-
ni və bəzi əşyalarını mənə verdi və ünvanı göstərərək, pulları Rusiyaya,
onun ailəsinə göndərməyimi xahiş etdi. Ertəsi gün xəstə vəfat etdi. Mən
telefonla İcraiyyə komitəsinə zəng etdim və bu barədə xəbər verdim. Bir
neçə saatdan sonra mənim yanıma “Daşnaksütun” partiyasının orderi ilə
bir neçə silahlı adam gəldi və orderi oxumağımı tələb etdi. Mən etirazımı
bildirərək əsgərin pullarının erməni partiyasına yox, onun ailəsinə məx-
239
FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ
sus olduğunu və bu barədə İcraiyyə Komitəsinə mən xəbər verdiyimi söy-
lədim. Lakin mənim dəlillərim tamamilə artıq idi, çünki fiziki qüvvə on-
ların tərəfində idi. Onlar pulu, tüfəngi götürdülər və ... biryolluq getdilər.
Hətta onu dəfn etməyə gəlmədilər və uzun əzab-əziyyətdən və başağrısın-
dan sonra, şəxsi əlaqələrim və tanışlığım hesabına onu özüm dəfn etməli
oldum.
Müsəlmanların faciəli günlərində yəhudilər onlara mənəvi və fəal
kömək göstərirdilər. Məncə elə bir yəhudi evi yox ki, orada çox və ya az
müsəlman gizlənməsin. Nədənsə ermənilər yəhudilərə inamla yana-
şırdılar, hətta onları “özlərinki” hesab edirdilər. Bax buna görə yəhudiyə
“Mənim evimdə tatar yoxdur” demək kafi idi və bir çox hallarda ermə-
nilər bununla kifayətlənirdilər və müsəlmanlar xilas olurdu. Ancaq, Al-
lah göstərməsin, əgər ermənilər özləri müsəlmanları axtarır və tapırdısa,
onda yəhudilər öz əmlakı ilə cavab verir və özləri güclə canlarını qurta-
rırdılar. Qırğından sonra yəhudilərin müsəlmanlara qarşı dostcasına mü-
nasibəti üzə çıxanda (yəhudilər sakit vaxtda zərər çəkmiş müsəlmanların
taleyinə acıyırdılar və sui-qəsdçilərin – zülmkarların ünvanına lənətlər
yağdırırdılar) ermənilərin sifəti dəyişdi və onlar yəhudilərlə açıq-aşkar və
həmişəlik düşmən oldular. Yəhudilər ermənilərlə olan “dostluqlarını” çox
rahatlıqla qurban verdilər. Çünki həm bizim, həm Sizin olmaq mümkün
deyil, ya Allahın, ya mamonanın
99
, ya ədalətin, ya xəyanətin... Yəhudilərin
seçiminin nə olduğu – hamıya məlumdur.
Taleyin qisməti idi ki, bu sətirləri yazan şəxs həyasız və məkrli er-
mənilərin müsəlmanlara qarşı törətdikləri cinayətlərə dair öz məlumat-
larına əlavələr etsin. 17-20 mart hadisələrindən sonra Bakıda aclıq güc-
ləndiyi üçün bu sətirləri yazan şəxs cəbhədən qayıtmış qızıl əsgərlərin
düşdüyü müəssisəyə işə girmişdi. Bu qızıl əsgərlər başdan-ayağa soy-
ğunçulardan ibarət idi və cəbhəyə yerli dinc əhalini qarət etməyə və öl-
dürməyə getmişdilər, onlar yalnız heç bir müqavimət göstərə bilməyən
dinc sakinlərlə “vuruşurdular”, belə ki, onlar qəfildən bütöv kəndlərə
basqın edir və mart günlərində Bakıda törətdiklərini orada təkrarlayır-
dılar. Görün rus əsgəri mənə nə danışmışdı: “Onlar bütöv kəndlərə od
vurur, dinc müsəlmanları qətlə yetirir, heç bir səbəb olmadan mal-qara-
nı doğrayırdılar və bu cəmdəklərdən ətrafa infeksiya xəstəlikləri yayılır-
dı. Biz bunun qarşısını almaqda gücsüz idik, çünki onlar 95%, bəlkə daha
da çoxdurlar. Bunlar insan deyil, qana və qənimətə susamış vəhşilərdir.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
240
Onları müsəlmanlara qarşı çıxış etməyə sövq etmiş impuls budur. Ən
cüzi, lakin ciddi müqavimət gördükdə isə cılız qorxaqlar kimi qaçırlar”.
Həqiqətən də, onlar, üzərində fars yazıları olan qızıldan, gümüşdən,
ipək parçalardan ibarət müsəlman qəniməti ilə yüklənərək, mənim xid-
mət etdiyim məntəqəyə qayıdırdılar və ermənilərin özləri ilə gətirdiklə-
ri qarət edilmiş var-dövləti mən öz gözlərimlə görürdüm. Mən ali təhsilli
ermənilərin öz soyğunçu qardaşlarına göstərdikləri “həssas” münasibəti
də xatırlatmalıyam. Nəinki bir qınaq, töhmət kəlməsi, əksinə, onlar soy-
ğunçu qardaşlarına mərhəmətli münasibət və səmimi qayğı göstərirdilər
və xüsusilə səy edirdilər ki, onların “vicdanla qazandıqları var-dövlətləri-
nin” kiçik bir hissəsi belə batmasın. Onlar dəfələrlə bu pulları özlərində
saxlamaq üçün alırdılar, bir dəfə isə, soyğunçu döyüşçü özü ilə bütöv bir
dükanın mallarını gətirəndə, universitet bitirmiş adam sərəncam verdi
ki, müəssisənin işçisi qarət edilmiş bütün bu malları soyğunçunun mü-
şayiəti ilə etibarlı yerə aparsın və yalnız bundan sonra “döyüşçü” müəs-
sisəyə qayıtdı.
Mart hadisələrindən sonra Şaumyanın, Karqanyanın, Avakyanın əmri
ilə ermənilərdən ibarət olan Qafqaz qızıl ordusu yaradıldı. Buraya 17 yaşlı
yeniyetmələrdən tutmuş heç bir işə yaramayan qoca ermənilərədək hamı
daxil olmuşdu. Onlar orduya ümumi aclıq dövründə yemək üçün, geyi-
nib-keçinmək üçün və əlavə olaraq 200 rubl maaş almaq üçün gedirdilər.
Onlar bundan əlavə yürüşlərdə də öz iştahalarına və bəxtlərinə uyğun
olaraq “gəlir əldə edirdilər”. Müsəlmanların şəhərdə ən yaxşı binaları on-
lar üçün müsadirə edilmişdi və erməni döyüşçülər burada daima içki içir,
zurna çalır, eyş-işrət və kef məclisləri təşkil edirdilər. Onlara elə gəlirdi ki,
cənnətdə yaşayırlar. Belə ki, küçələrdə aclıq, ölüm hökm sürdüyü halda...,
onlar hamısı boğaza qədər yeyirdi, ümumi düşkünlük və üzüntü hökm
sürdüyü halda, onlar ... nəşələnirdilər. Lakin gələcəyi görən insanlar ar-
tıq o vaxt, onların şənliklərini gördükdə, onların soyğunçu alınlarında İn-
cilin tale yazısını oxuyurdular: “mene, men... tekel upofedkin” – “Zaman
hesablanmış, sənin qan, məkr, həyasızlıq və ikiüzlülük üzərində qurul-
muş talançı rifahın tərəzilərdə çəkilmiş və hazırlanmışdır”.
Onlara nə ingilislər, nə Petrovsk, nə başqaları yardım etdi.
Şahid Kvasnik öz ifadəsini imzalamaqdan imtina etdi və bunu onunla
izah etdi ki, əgər onun ifadəsi ermənilərin əlinə düşərsə, onu mütləq öl-
dürəcəklər, o, isə nə özünü, nə ailəsini məhv etmək istəmir.
241
FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ
Komissiyanın sədri: Ələkbər bəy Xasməmmədov (imza).
Komissiya üzvü: A.Novatski (imza).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 1-7.
Dostları ilə paylaş: |