Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə28/34
tarix31.01.2017
ölçüsü2,89 Mb.
#7266
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

Sənəd № 832

Dindirmə protokolu

1919-cu il, 19 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Ağaxan Kərimov, 20 yaşım var, Bakı quberniyasının və qəzasının 

Balaxanı kənd sakiniyəm, elə orada (4-cü polis bölməsi) şəxsi evimdə 

yaşayıram.

Mən, Bakı quberniyasının və qəzasının Balaxanı kənd sakini, 31 yaş-

lı əmim oğlu Həsən Rüstəm oğlu adından ərizə verirəm və bildirirəm 

ki, o 1918-ci ilin sentyabr ayının əvvəlində erməni dəstələrinin hücumu 

zamanı Balaxanı kəndindən qaçarkən erməni gülləsindən ağır yara-

lanmışdır və bu günədək aldığı yaradan sağala bilməmişdir; hal-hazır-

da xəstə yatır və bu səbəbdən ərizə vermək üçün özü gələ bilməmişdir. 

Göstərilən hadisələr zamanı zərərçəkmiş Həsən Rüstəm oğlunun ha-

zırkı qiymətlərlə 189.300 rubl dəyərində qiymətləndirdiyi əmlakı ermə-

nilər tərəfindən qarət edilmişdir. Qarət edilmiş əşyaların siyahısının işə 

əlavə olunmasını xahiş edirəm.

Oxundu. Savadlıdır. İmza. 

Komissiya üzvləri: А.Hacı-İrzayev, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 20.


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

324


Sənəd № 833

Dindirmə protokolu

1919-cu il, 25 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Abuzər Əmrahov, 20 yaşım var, Bakı quberniyası Balaxanı kəndinin 

sakini, 45 yaşlı, müsəlman, savadsız.

1918-ci ilin sentyabrında, türk qoşunları Bakıya hücuma keçəndə, mən 

ailəmlə birlikdə, bir çox həmkəndlilərim kimi, ermənilər tərəfindən öl-

dürülməkdən qorxaraq Balaxanı kəndindən çıxdım; bütün daşınan əm-

lakımı öz evimdə qoyaraq dəmir yolu ilə Petrovsk şəhəri istiqamətin-

də hərəkət etdim. Bakı türk qoşunları tərəfindən alındıqdan sonra mən 

evimə qayıdanda özümün bütün daşınan əmlakımın qarət olunduğunu 

gördüm. Qonşular və qarovulçum Dimov, atasının adını bilmirəm, mənə 

dedilər ki, mənim əmlakımı erməni əsgərləri oğurlayıblar. Qarətçilərin 

heç birinin soyadını çəkə bilmərəm. Oğurlanan əmlakın siyahısını təq-

dim edirəm və qarət edilmiş bütün əmlakımı rublun əvvəlki məzənnəsi 

üzrə 76.115 rubl məbləğində qiymətləndirirəm. Belə ki, mən göstərilən əş-

yaları 15 il bundan əvvəl məhz bu məbləğdə almışam. Daha heç nə əlavə 

edə bilmərəm. 

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: A.Novatski, А.Kluge, А.Hacı-İrzayev (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 24.

Sənəd № 837

Dindirmə protokolu

1919-cu il, 25 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir: 


325

FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)

Əbu Əli Hacı Abbas Əli oğlu Nəzərov, 54 yaşlı, savadlı, Balaxanı kən-

dinin sakini, 57 № li şəxsi evimdə yaşayıram.

1918-ci ilin sentyabr ayında ermənilər Balaxanıda mənim evimi və ev-

dəki mülkiyyətimi köhnə qiymətlə 50.730 rubl məbləğində talan etdilər. 

Mən və ailəm bu zaman Qubada idik. 

Oxundu. İmza (ərəb hərflər ilə)

Komissiyanın üzvləri: Aleksandroviç, A.Hacı-İrzayev, A.Kluge (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 28.



Sənəd № 840

Dindirmə protokolu

1919-cu il, 26 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Zeybalı Mirəli oğlu, 60 yaşlı, Bakı quberniyası Balaxanı kəndinin 

sakini, müsəlman, savadsız.

1918-ci ilin sentyabrında, türk qoşunlarının hücumu nəticəsində er-

mənilər bizim kəndə çəkilirdilər, mən başqa həmkəndlilərimlə birlikdə 

qırılmaq təhlükəsindən qorxaraq və kəndimiz atəşə tutulduğu üçün qaç-

dım. Qaçarkən bütün daşınan əmlakımı evdə qoymuşdum və nəticədə 

əmlakım ermənilər tərəfindən qarət edilmişdir. Oğurlanan əşyaların siya-

hısını təqdim edirəm və onları rublun indiki məzənnəsi üzrə 37.450 rubl 

məbləğində qiymətləndirirəm. Əlavə etməyə sözüm yoxdur. 

Oxundu. Savadsızdır. 

Savadsız Zeybalı Mirəli oğlunun yerinə imzaladı: (imza). 

Komissiya üzvləri: A.Novatski, А.Kluge, А.Hacı-İrzayev (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 28.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

326


Sənəd № 841

Dindirmə protokolu

1919-cu il, 26 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Mirzə Məmməd Alxas oğlu, 45 yaşlı, Bakı quberniyası Balaxanı kən-

dinin sakini, müsəlman, savadlı.

Bu ilin sentyabr ayında, türk qoşunları Bakıya hücum edərkən bizim 

Balaxanı kəndini atəşə tutmağa başlayanda mən evimi və bütün daşınan 

əmlakımı qoyaraq kənddən qaçdım. Sonra geri qayıdanda türk qoşunları-

nın təzyiqi nəticəsində əmlakımın qarət edildiyi məlum oldu. Qarətçilər-

dən heç kimi tanımıram və göstərə bilmərəm. Oğurlanmış əmlakın siya-

hısını təqdim edirəm və omları rublun indiki məzənnəsi ilə 19.060 rubl 

məbləğində qiymətləndirirəm. Daha heç nə əlavə edə bilmərəm. 

Oxundu. İmza. 

Komissiya üzvləri: A.Novatski, А.Kluge, А.Hacı-İrzayev (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 29.

Sənəd № 842

Dindirmə protokolu

1919-cu il, 28 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Hacı Ağa Əliyev, 43 yaşlı, Bakı quberniyası Balaxanı kəndinin saki-

ni, müsəlman, savadlı.

1918-ci ilin sentyabr ayında, türk qoşunlarının hücumu qarşısında er-

mənilər cəbhədən Bakıya doğru geri çəkilirdilər və yolboyu kəndləri tu-

turdular. Qırğından qorxaraq, mən başqa həmkəndlilərimlə birlikdə kəndi 

qoyaraq qaçdım və ev əşyalarından və avadanlıqdan özümlə heç bir şey 


327

FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)

götürməyə macal tapmadım. Kəndə qayıtdıqdan sonra bütün daşınan 

əmlakımın ermənilər tərəfindən qarət olunduğunu gördüm. Oğurlanan 

əmlakın siyahısını təqdim edirəm. Qarət edilmiş əmlakımı rublun indiki 

məzənnəsi üzrə 84.860 rubl məbləğində qiymətləndirirəm. Qarətçilərdən 

heç kimi tanımıram və adlarını çəkə bilmərəm. Əlavə deməyə başqa sö-

züm yoxdur.

Oxundu. İmza (ərəb hərfləri ilə).

Komissiya üzvləri: A.Novatski, А.Kluge, А.Hacı-İrzayev (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 30.

Sənəd № 843

Dindirmə protokolu

1919-cu il, 26 mart, Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Qulam Hüseyn Hacı Fətəli oğlu, 17 yaşım var, Bakı quberniyasının 

Balaxanı kənd sakini, müsəlman, savadlıyam.

1918-ci ilin yayında türk qoşunları Bakıya daxil olarkən, erməni qoşun-

ları cəbhədən geri çəkilir və bizim Balaxanı kəndinə girirdilər. Qırğından 

ehtiyat edərək, mən də digər müsəlman həmkəndlilərimlə birlikdə kən-

di tərk etdim və özümlə heç bir əmlakımı götürmədən, qaçdım. Mən 27 

avqustdan 13 sentyabradək olan müddət ərzində kənddə olmamışam. Er-

mənilər çıxıb getdikdən sonra kəndə qayıtdım, mənim nişanlımın atası 

İsmayılın evində saxladığım mənə məxsus əşyalarımın itdiyini gördüm. 

Məlum oldu ki, əşyalarımız ermənilər tərəfindən qarət olunmuşdur. Rub-

lun indiki dəyəri ilə səksən beş min altmış rubl (85.060 rubl) məbləğində 

siyahını təqdim edirəm. Mən qarətçilərdən heç birini tanımıram və adla-

rını da bilmirəm. Əlavə heç nə deyə bilmərəm. 

Oxundu. İmza.

Komissiya üzvləri: А.Novatski, А.Kluge, А.Hacı-İrzayev (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 31.


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

328


Sənəd № 845

Dindirmə protokolu

1919-cu il, 27 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Hacı Hüseyn Əliyev, 27 yaşlı, Bakı quberniyası Balaxanı kəndinin 

sakini, müsəlman, savadlı.

Keçən ilin sentyabr ayında, türk qoşunları Bakı şəhərinə yaxınlaşanda 

Balaxanı kəndi hərbi əməliyyatlar zolağında olduğu üçün mən digər həm-

kəndlilərim kimi qaçdım, bütün daşınmaz əmlakım qapısı bağlı mənzi-

limdə qaldı. Bir müddət sonra evə qayıdanda əmlakımın qarət olunduğunu 

gördüm. Əmlakımın kim tərəfindən qarət olunduğunu bilmirəm, amma 

deyirlər ki, balaxanlıların əmlakını ermənilər, geri çəkilərkən oğurlayıblar. 

Oğurlanmış əmlakın siyahısını təqdim edirəm və omları rublun əvvəlki 

məzənnəsi ilə 46.615 rubl məbləğində qiymətləndirirəm. Bu əmlakı mən 

1918-ci ildə almışdım. Əlavə etməyə başqa sözüm yoxdur. 

Oxundu. İmza. 

Komissiya üzvləri: A.Novatski, А.Kluge, А.Hacı-İrzayev (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 34.

Sənəd № 847

Dindirmə protokolu

1919-cu il, 29 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məşədi Nemət Ağabala oğlu Hacıyev, 54 yaşlı, savadlı, Balaxanı kən-

dinin sakini, şəxsi evimdə yaşayıram. 

1918-ci ilin sentyabr günlərində Bakı qradonaçalnikliyi Balaxanı kən-

dində erməni hərbi birləşmələri mənim 146.800 rubl məbləğində əmla-


329

FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)

kımı talan ediblər, mən özüm isə Balaxanıdan Pirşağıya qaçmaqla xilas 

olmuşam. Əmlakım mənim öz evimdə idi, onun siyahısını və qiymətini 

təqdim edirəm və işə əlavə edilməsini xahiş edirəm. Bundan başqa, mə-

nim dayım Sadıq Cümşüd oğlu Kərimovun da Balaxanıda 117.800 rubl 

məbləğində məruz qaldığı zərərlər haqqında ərizəni təqdim edirəm. 

Oxundu. İmza.

Komissiyanın üzvləri: Aleksandroviç, A.Kluge (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 36.



Sənəd № 856

Dindirmə protokolu

1919-cu il, 31 mart. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Kərbəlayı Baxış Orucov, 52 yaşım var, Bakı quberniyası Balaxanı 

kənd sakini, savadsızam.

1918-ci ilin sentyabr ayında, ermənilər türk qoşunlarının təzyiqi altın-

da cəbhədən geri çəkiləndə, mən digər öz həmkəndlilərim kimi qırılmaq 

təhlükəsi qarşısında kəndi qoyub qaçdım və özümlə ev əşyalarından ən 

vaciblərini belə götürməyə macal tapmadım. Ermənilər gedəndən sonra 

evimə qayıtdıqda bütün əmlakımın qarət olunduğunu gördüm. Əmla-

kım ermənilər tərəfindən oğurlanmışdır, lakin onların ad və soyadları-

nı bilmirəm. Qarət olunmuş əmlakımı keçən ilki qiymətlərlə 74.900 rubl 

dəyərində qiymətləndirirəm. Qarət olunmuş əşyaların siyahısını təqdim 

edirəm.


Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: A.Novatski, А.Kluge, A.Hacı-İrzayev (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 41.


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

330


Sənəd № 857

Dindirmə protokolu

1919-cu il, 2 aprel. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Qurban Əli Budaqov, 26 yaşlı, Bakı quberniyası Balaxanı kəndinin 

sakini, müsəlman, savadlı.

Keçən il avqust ayının sonunda, ermənilər türk qoşunlarının hü-

cumu qarşısında Bakı şəhərinə geri çəkiləndə, biz, geri çəkilən er-

mənilərin yolunun üstündə olan Balaxanı kəndinin sakinləri, öl-

dürülmək qorxusu və hərbi əməliyyatlar zolağından çıxmaq istəyi 

səbəbindən bütün əmlakımızı kəndə qoyaraq qaçdıq. Qaçanların ara-

sında mənim atam Deyləm Budaqov, qohumum Hüseyn Qulu Məşədi 

Ələkbər oğlu və dayım Abad Eyvaz Əli oğlu da var idi. Kəndə qayı-

danda biz öz əmlakımızın qarət olunduğunu gördük, başqalarından 

eşitdiyimizə görə, onu ermənilər oğurlamışlar. Qarətçilərin adını və 

soyadını deyə bilmərik, çünki onları heç görməmişik. Atamın və ad-

larını çəkdiyim qohumların mənə verdiyi etibarnamə əsasında on-

ların qarət olunmuş əmlaklarının siyahılarını təqdim edirəm. Əlavə 

deməyə sözüm yoxdur. 

Oxundu. İmza. 

Komissiya üzvləri: A.Novatski, А.Kluge, A.Hacı-İrzayev (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 42.

Sənəd № 858

Dindirmə protokolu

1918-ci il, 16 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:


331

FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)

Muxtar Əli Seyran oğlu, 50 yaşlı, Bakı qəzası, Balaxanı kəndində, Əli 

Bala Babayevin evində yaşayıram.

Bu ilin sentyabr ayının ilk günlərində ermənilər Balaxanıda mənim 

evimi, dükanlarımı, sarayımı talan etmişlər və bütün əmlakımı yandır-

mışlar. Bununla mənə 85.320 rubl məbləğində zərər vurmuşlar. Əmlakı-

mın siyahısını təqdim edirəm və işə əlavə edilməyini xahiş edirəm. Mənə 

85.320 rubl məbləğində zərərin ödənilməsini xahiş edirəm. 

Oxundu. İmza (ərəb hərflər ilə)

Komissiyanın üzvləri: Aleksandroviç, A.Kluge (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 3.



Sənəd № 859

Dindirmə protokolu

1918-ci il, 19 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məhsum Kərbəlayı Mirzə Məmməd oğlu İbrahimov, 21 yaşlı, Ba-

laxanı kəndində, Mir Tağı M. Babayevin mədənində yaşayıram. 16 № 

li sahə.


Mənim Balaxanıda Mir Tağı M. Babayevin mexaniki emalatxana-

sının yanında olan mənzilim mən orada olmadığım vaxtda 4170 rubl 

məbləğində qarət edilmişdir. Mən bu vaxt Balaxanıdan Maştağa kən-

dinə qaçmışdım. Mən erməni əsgərlərindən qaçmışdım. Mənim ərizəmi 

işə əlavə etməyi xahiş edirəm və 4170 rubl məbləğində zərərin ödənil-

məsini xahiş edirəm.

Oxundu. İmza.

Komissiyanın üzvləri: Aleksandroviç, A.Kluge (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 30.


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

332


Sənəd № 862

Dindirmə protokolu

1918-ci il, 3 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Mirzə Şirəliyev, 43 yaşım var, Ramana kəndində yaşayıram.

Türk qoşunları Bakıya daxil olmamışdan 20 gün əvvəl bizim Rama-

na kəndinə erməni batalyonu girdi və evlərimizi qarət etməyə başladı. 

Ermənilər evlərə soxulur, mebeli sındırır, qab-qacağı qırır və daha qiy-

mətli olan hər şeyi aparırdılar. Mən qarət olunmuş əşyalarımın siyahısı-

nı təqdim edirəm; mənim 138.928 rubl dəyərində əşyalarım itmişdir. Er-

mənilər, qarətlə kifayətlənməyərək, vaxtında qaçmağa macal tapmamış 

müsəlmanların hamısını qətlə yetirirdilər. Türk qoşunları hücuma keçən 

kimi ermənilər geri çəkildilər. Bu müddətdə biz öz kəndimizə qayıtdıq 

və dağıntıların dəhşətli mənzərəsi ilə üzləşdik. Hər tərəf qətlə yetirilmiş 

müsəlmanların cəsədləri ilə dolu idi: öldürülmüş qocalar, döşləri kəsil-

miş qadınlar, süngülərlə dəlik-deşik edilmiş kiçik yaşlı uşaqlar. Hacıbala 

Muradəli oğlunun evində 11 cəsəd var idi: ev yiyəsinin özü, onun arva-

dı, gəlini, kiçik yaşlı uşaqları, o cümlədən bir südəmər körpə və Hacıbala-

nın qohumları. Biz sonradan Ramana kəndinin yaxınlığında, boş bir evdə 

qolları arxadan bağlanmış 12 meyit tapdıq. Meyitlərdən biri qadın, digəri 

uşaq, qalanları isə kişilər idi. Bir çox kənd sakinlərinin meyiti hələ də ta-

pılmamışdır. Mən ermənilər tərəfindən alovun içinə atılmış və yanıb qa-

ralmış meyitlərə rast gəlmişəm.

Qarət edilmiş əşyalarımın siyahısına mən indi qiyməti 10.000 olan 

1000 ədəd kisəni əlavə etməyi unutmuşam.

Oxundu. İmza. 

Komissiya üzvləri: Məmməd Xan Тəkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 6.


333

FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)



Sənəd № 863

Dindirmə protokolu

1918-ci il, 5 dekabr, Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Şahrza Mehdi oğlu, 39 yaşım var, Ramana kəndinin sakiniyəm və 

orada yaşayıram.

Azərbaycan-türk qoşunları hücum edərkən erməni qoşunları geri çə-

kilməyə başladılar. Onlar geri çəkiləndə, biz, Ramana kəndinin sakinlə-

ri, Ramanadan digər kəndlərə qaçdıq, çünki bilirdik ki, ermənilər bizi 

də Zabrat kəndində olduğu kimi öldürəcəklər. Zabratda ermənilər kişi, 

qadın və uşaqları öldürmüşlər. Ramana kəndindən on iki nəfərə yaxın 

müsəlman qaçmağa macal tapmamışdı və onları Adıgözəlin həyətində 

süngü və qundaqlarla qətlə yetirmişdilər. Meyitlər tikə-tikə doğranmış 

və eybəcər hala salınmışdı. Biz cəsədləri basdırmazdan əvvəl yumadıq, 

yalnız cəsədlərin tikələrini topladıq, ağ parçaya bükdük və bu cür dəfn 

etdik. Ermənilər müsəlmanları imkan düşdüyü yerdə qətlə yetirirdilər. 

Mən Ramana kəndinə qayıdarkən, Buzovna kəndinə gedən yolda, Rama-

na və Maştağa torpaqlarının sərhədində olan bağın yaxınlığında bir-bi-

rinə bağlanmış 14 müsəlman meyitinə rast gəldim. Meyitlər eybəcər 

hala salınmışdı, qolları, ayaqları, başları kəsilmiş, başlarının dərisi so-

yulmuşdu. Müsəlmanların hamısını süngülərlə öldürmüşdülər. Meyit-

lərin arasında dörd qadın cəsədi də var idi. Kəndlilər su quyularında da 

xeyli meyit aşkar etmişdilər. Ramana kəndində mənim mənzilimi və 

evimi tamamilə qarət etmiş və 19.340 rubl dəyərində ziyan vurmuşlar. 

Bu əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş 

edirəm. Siyahıya əlavə etmədiyim qalan əşyalarımı isə ermənilər sındı-

rıblar. Ermənilər Ramana kəndində demək olar ki, heç nə saxlamayıblar 

və hətta samanın da hamısını aparıblar.

İmza. 


Komissiya üzvləri: Məmməd Xan Тəkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 21.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

334


Sənəd № 865

Dindirmə protokolu

1918-ci il, 20 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Mirpənc Mirdadaş oğlu, 20 yaşım var, Bakı qəzası, Ramana kəndi, 

217 №-li evdə yaşayıram.

Bu ilin sentyabrında ermənilər Ramana kəndində mənim 45 yaşlı qar-

daşım Mir Razini qətlə yetirmişlər, lakin mən onun meyitini tapa bilmə-

dim. Onun ölümündən sonra arvadı bu dərddən öldü və 1 yaşlı oğlu Seyid 

Qulu yetim qaldı. Ermənilər 24.335 rubl dəyərində mənim və 15.465 rubl 

dəyərində qardaşımın əmlakını qarət etmişlər. İki siyahı təqdim edirəm 

və işə əlavə olunmasını xahiş edirəm.

Oxundu. 


Əlavə edim ki, həmçinin ermənilər 80 yaşlı atam Mirdadaş Səidqulu 

oğlunun 4480 rubl dəyərində əmlakını qarət ediblər və atam yaşlı olduğu 

üçün onun əvəzinə siyahını mən təqdim edirəm.

Oxundu. İmza.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 43.



Sənəd № 866

Dindirmə protokolu

1919-cu il, 21 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Əlican Hacı Xəlil oğlu, 36 yaşım var, Bakı qəzasının Ramana kən-

dində yaşayıram.

Bu ilin sentyabrında erməni əsgərləri Ramana kəndini qarət etmiş-



335

FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)

lər. Bu zaman mənim də evim zərər çəkmişdir. Ermənilər mənim təqdim 

etdiyim ərizədə adları sadalanan ev əşyalarımı və müxtəlif ərzaqlarımı 

oğurlamışdılar. Mənim ümumilikdə 37.245 rubl dəyərində əşyalarım oğur-

lanıb. Bu vaxt atam Hacı Xəlil Baba oğlu da öldürülmüşdür.

Oxundu. İmza (ərəb hərfləri ilə).

Komissiya üzvləri: А.Kluge, M. Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 37.


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin