Sənəd № 623
Protokol
1918-ci il, 22 noyabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat komissiyasının tapşırığı
ilə, adı çəkilən Komissiyanın üzvü Kluge, aşağıda adları çəkilən şahidlərin iştira-
kı ilə, bu ilin martında ermənilərin müsəlmanlara qarşı silahlı çıxışları zamanı
Nikolayevskaya küçəsində “Kaspi” qəzetinin redaksiyasının yandırılmış binası-
nın xarabalıqlarına baxış keçirmişdir.
Hal-hazırda birmərtəbəli binadan bütövlükdə yalnız güclü surətdə zə-
dələnmiş bayır divarlar qalmışdır; bəzi yerlərdə daxili divarların qalıq-
ları görünür. Əsas fasad Nikolayevskaya küçəsinə baxır; onun uzunluğu
55 addımdır; 51 addım uzunluqda olan yan fasad təsvir edilən binanı “İs-
mailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasının xarabalıqlarından
ayıran döngəyə çıxır; həmçinin, 55 addım uzunluqda olan arxa fasad Kre-
postnaya döngəsinə çıxır. Əsas fasad divarının qərb küncündən kiçik bir
hissəsi tamamilə uçmuşdur.
Əsas fasadda 16 pəncərə və bir qapı dəliyi, yan fasadda isə 11 pəncərə
dəliyi görünür, arxa fasadın divarında kiçik həyətə aparan darvaza qal-
mışdır. Darvazadan sağ tərəfdə daxili divarı sağ qalmış qalereyanın qalıq-
ları görünür, sol tərəfdə isə yanğının, demək olar ki, toxunmadığı tikili
durur, kiçik təmirdən burada binanın qarovulçusu oturur.
Bütün həyət bəzi yerləri həddən artıq hisə batmış daşlarla və kərpiclər-
lə doludur.
Binanın tavanı və döşəməsi uçaraq keçmiş redaksiyanın zirzəmi otaq-
larını doldurmuşdur. Daha az dolmuş zirzəmilərdən birində, məhz şərq
tərəfdəki küncə çıxan zirzəmidə üstü daşlarla və zibillə yarıyadək ör-
tülmüş qarsalanmış qalın kitablar yığını, yaxından baxdıqda isə Quran
nüsxələri görünür. Orda-burda kiçik aralıqlar sağ qalmışdır, iki yerdə bö-
yük, girdə dəmir sobalar durur.
Binanın üç görünüşdə fotoşəkilləri çəkilmişdir.
Şahidlər: B.Buludxanov, … ( iki imza).
Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 173.
275
FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ
(mülki, sənaye, sosial, ticarət və digər obyektlər)
Sənəd № 624
Protokol
1918-ci il, 22 noyabr, Bakı şəhəri.
Fövqəladə Təhqiqat komissiyasının üzvləri Məmməd Xan Təkinski və А.Е.Klu-
ge aşağıdakılar haqqında bu protokolu tərtib etdilər:
Bu ilin sentyabrında Azərbaycan-türk qoşunları Bakı şəhərinə daxil
olan kimi, Fövqəladə Təhqiqat Komissiyasının sədri Ələkbər bəy Xasməm-
mədovun tapşırığı ilə, bu Komissiyanın o zaman Bakıda olan üzvü Mirzə
Cavad Axundzadə, fotoqraf Litvintsevin vasitəsilə, Bakıda daha çox tanı-
nan ictimai və şəxsi müsəlman binalarının xarabalıqlarının fotoşəkilləri-
ni çəkmişdir, o cümlədən aşağıdakıların:
1. Nikolayevskaya küçəsinin xarabalıqlar olan hissəsinin görünüşü.
2. Nikolayevskaya küçəsində “Kaspi” qəzetinin redaksiya binasının xa-
rabalıqları.
3. Həmin binanın daxili görünüşü.
4. “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasının xarabalıqla-
rı şərq tərəfdən.
5. Həmin binanın daxili görünüşü.
6. Həmin binanın xarabalıqları qərb tərəfdən.
7. Bazarnaya küçəsində yerləşən və yalnız müsəlmanların yaşadığı “Da-
ğıstan” mehmanxanasının yerləşdiyi Xanlarovun evinin xarabalıqları.
8. Həmin binanın daxili görünüşü.
9. Bazarnaya küçəsində yalnız müsəlmanların yaşadığı keçmiş “İsgən-
dəriyyə” mehmanxanasının binasının xarabalıqları.
10. Həmin binanın daxili görünüşü.
11. Bazar və Qubernskaya küçələrinin kəsişməsində yerləşən yalnız
müsəlmanların yaşadığı “İslamiyyə” mehmanxanasının xarabalıqları.
12. Təzəpir məscidi artilleriya mərmiləri ilə zədələnmiş binasının cənub
tərəfdən görünüşü.
13. Həmin məscid eyni zədələri almış binasının şərq tərəfdən görünüşü.
14. Şah məscidinin
108
artilleriya mərmiləri ilə zədələnmiş minarəsinin
şərq tərəfdən görünüşü.
Adları sadalanan fotoşəkillər Komissiyanın yuxarıda adları göstərilən
üzvləri tərəfindən çəkildiyi obyektlərlə yerindəcə tutuşdurularaq, hər biri
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
276
iki nüsxədə əşyayi-dəlil kimi işə əlavə edilmişdir.
Şəkillər Protokola uyğun olaraq nömrələnmiş və onların əsli fotoqraf
və Komissiya üzvləri tərəfindən təsdiq edilmişdir.
Komissiya üzvü: S. Axundzadə (imza).
Fotoqraf N. Litvintsev (imza).
Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 174.
Sənəd № 625
Dindirmə protokolu
1918-ci il, 21 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ələsgər Şıxəli oğlu Dadaşov, 58 yaşım var, Bakı şəhərinin saki-
niyəm, Qalada, Minaretskaya küçəsi, 14 №-li evdə yaşayıram.
1918-ci ilin mart ayından sentyabradək olan müddət ərzində ermənilər
Bakı şəhərində bolşevik adı altında pərdələnərək, mənim indiyədək geri
ala bilmədiyim aşağıdakı əmlakımı qarət və müsadirə etmişlər:
1.500.000 rubla əldə etdiyim “Əbdül Hüseyn Dadaşov” gəmisi;
Arvadımın 90.000 rubl dəyərində müxtəlif qiymətli daş-qaş və zinət
əşyaları.
Mənim Naberejnaya küçəsindəki kontorumun bütün kontor avadanlıqla-
rı, 57 №-li şəxsi evimdə olan 10.000 dəyərində müxtəlif əşyalarım, ümumilik-
də isə 1.600.000 rubl dəyərində olan əmlakım qarət edilmişdir.
Martın 25-də Bakıdan gedərkən yolda qarət olunmuşam. Mənim gə-
mim 7/20 avqustda məhv olub. Kontorum 29 iyul 1918-ci il tarixində mü-
sadirə edilib. Mənə 1.600.000 rubl dəyərində vurulmuş zərərin ödənilmə-
sini xahiş edirəm.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 45.
277
FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ
(mülki, sənaye, sosial, ticarət və digər obyektlər)
Sənəd № 626
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Məmməd Sadıq Həsən oğlu Həsənov, 55 yaşım var, hal-ha-
zırda Bakı şəhəri, Serkovnaya küçəsi, 147 №-li evdə yaşayıram.
Bakı şəhərində mart hadisələri zamanı ermənilər mənim Balaxanı
şosesində olan sement zavodumu məhv etdilər, maşınımı, laboratoriya-
larımı, armaturumu, mənzilimi və anbarlarımı dağıtdılar. Sonralar za-
vodda erməni qərargahı və erməni ... yerləşirdi. Ermənilər şəhərdə olan
mənzilimi də qarət etmişlər. Mənim mənzilimin talan edilməsinə Ser-
yoja Melikov başçılıq etmişdir. Sement zavodu üzrə zərərlərimi 3.700.000
rubl müəyyən etmişəm, ermənilər mənzilimdən 1.400.000 rubl dəyərində
brilyantlarımı aparıblar, bir sandıqça qızıl zinət əşyalarımdan mənə yal-
nız bir cüt qızıl zaponka qalıb, 23 ədəd kostyumumu, qunduz dərisindən
yaxalığı olan 1 xəz kürkümü, 6 böyük və 8 orta xalçalarımı, içi ayaqqabı,
əyin-baş, alt paltarla dolu olan 2 ədəd güzgülü şkafımı qarət ediblər. Mənə
ümumilikdə 5.100.000 rubl dəyərində ziyan vurulub. Bu məbləğdə zərərlə-
rin mənə ödənilməsini xahiş edirəm.
Oxudum, əlavə edim ki, mənim kontorum, şəhərdə və zavodda olan ki-
tablarımın hamısı qarət olunmuşdur.
İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 176.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
278
Sənəd № 627
Əlavə Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Məmməd Sadıq Həsən oğlu Həsənov, 55 yaşım var, Bakı
şəhəri, Serkovnaya küçəsi, 147 №-li evdə yaşayıram.
Bakıda mart qırğınları zamanı ermənilər mənim anbarlarımı, lima-
nımı və Petrovskaya meydandakı Rus-Qafqaz Birliyinin barjasını əvvəl
qarət edib, sonra yandırmışlar. Bununla mənə və mənim şəriklərimə
– Əhməd Dövlətova, Ələkbər Əliyevə və Cahangir Əhmədova 4 milyon
rubl ziyan vurmuşlar. Mallarla birlikdə 4 anbar yandırılmışdır. Barja
motorlu idi. Bu ziyandan mənim payıma 1.000.000 rubl düşür, sement
zavoduma və şəhərdəki mənzilimə görə zərərlərimlə birlikdə isə mənə
ümumilikdə 6.000.000 rubl məbləğində ziyan vurulmuşdur.
Mənə vurulmuş bu zərərlərin ödənilməsini xahiş edirəm.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 177.
Sənəd № 628
Dindirmə protokolu
1918-ci il, 13 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Seyfulla Hacı Əsədulla oğlu Hüseynov, 37 yaşım var, Bakı şəhərinin
sakiniyəm, Armyanskaya küçəsi, ev 68 ünvanda yaşayıram.
Bakıda 1918-ci ilin mart qırğınları zamanı ermənilər mənim Bol-
şaya Morskaya küçəsi ev № 5 ünvanı üzrə “Rus-Qafqaz Birliyinin” li-
279
FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ
(mülki, sənaye, sosial, ticarət və digər obyektlər)
manında yerləşən anbarda, Armyanskaya küçəsi, ev № 68 ünvandakı
mənzilimdə və “Şərq Cəmiyyətinin”
109
və “Qafqaz və Merkurinin”
110
li-
manında yerləşən bütün əmlakımı - köhnə qiymətlə 64.815 rubl məb-
ləğində - qarət etmişlər. Hal-hazırda mənim əmlakımın dəyəri 129.630
rubl təşkil edir. Ətraflı siyahını təqdim edirəm və işə əlavə olunmasını
xahiş edirəm. 129.630 rubl dəyərində olan zərərin mənə ödənilməsini
xahiş edirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 190.
Sənəd № 632
Dindirmə protokolu
1918-ci il, 21 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Cahangir Zahid oğlu Əhmədov, 28 yaşım var, Bakı şəhəri, Spasskaya
küçəsi, 137 №-li evdə yaşayıram.
Bakıda bu il mart qırğınları zamanı “Rus-Qafqaz Birliyinin” 21 №-li li-
manında ermənilər tərəfindən mənim 1.080.950 rubl dəyərində əmlakım
yandırılmışdır. Məhv edilmiş əmlakın siyahısının işə əlavə olunmasını
xahiş edirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 50.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
280
Sənəd № 633
Dindirmə protokolu
1919-cu il, 10 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hacı Məmməd Hacı Qurban oğlu Qurbanov, 54 yaşım var, Lənkəran
şəhərinin sakiniyəm, Bakı şəhəri, Krasno-Krestovskaya küçəsi, ev 31
ünvanında yaşayıram.
1918-ci ildə Bakı şəhərində anarxiya və özbaşınalıqlar zamanı “Qafqaz
və Merkuri” Cəmiyyətinin kontorundan və Merkuryevskaya küçəsi, ev №
5 ünvanda olan mağazadan müsadirə adı altında ümumi məbləği 523.000
rubl dəyərində malım aparılmışdır. Əmlakımın siyahısını təqdim edirəm
və işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge, А.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 10.
Sənəd № 634
Dindirmə protokolu
1919-cu il, 18 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Bəşir Məmməd oğlu Axundov, 40 yaşım var. savadlıyam, Bakıda,
Qubernskaya küçəsi, ev 3\5 ünvanda yaşayıram.
Bakıda və onun ətraf kəndlərində 1918-ci il mart hadisələri zamanı er-
mənilər, ümumilikdə mənə 269.300 rubl dəyərində ziyan vuraraq, mənim
anbarımı və Şubanıda olan mədənimi talan etmişlər. Əmlakın siyahını
və qiymətləndirilməsini təqdim edirəm və işə əlavə olunmasını xahiş
edirəm.
281
FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ
(mülki, sənaye, sosial, ticarət və digər obyektlər)
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 19.
Sənəd № 639
Dindirmə protokolu
1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məmməd Əliyev, 18 yaşım var, Bakıda, Kolodeznaya küçəsi, 26 №-li
evdə yaşayıram.
Mart hadisələri zamanı ermənilər bizim üç atımızı aparmışlar, həm
də tüfəngin qundağı ilə mənim işçim İslam Məşədi Mehdi oğlunun
kəllə sümüyünü zədələmişlər. Həmin vaxtda Salyanskaya küçəsin-
də yerləşən dəri anbarım və Şubanıdakı mədənimiz talan edilmişdir.
Qarət olunmuş bütün əşya və mallar təqdim olunan ərizədə sadalan-
mışdır. Bizə yeni qiymətlərlə ümumilikdə 181.150 rubl dəyərində ziyan
vurulmuşdur.
Bundan əlavə, şəhər mart ayında artilleriya mərmiləri ilə bombala-
narkən, həkim rəyinə görə mənim 1,5 yaşlı iki qardaşım, əkizlər, ürək if-
licindən ölmüşlər; onlar 3 gün ərzində yata bilmirdilər və buna görə də
dayanmadan qışqırırdılar.
Oxundu. İmza.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 60.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
282
Sənəd № 644
Dindirmə protokolu
1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Həsən Həsən oğlu Həsənov, 40 yaşım var, Bakıda, Abşeronskaya
küçəsi, 6 №-li evdə yaşayıram.
Bu ilin mart ayında ermənilər mənim daş karxanamda hazır daş eh-
tiyatımı qarət etmişlər. Bundan əlavə onlar, evimi də qarət ediblər. 73.520
rubl dəyərində qarət olunmuş əşyalarımın siyahısını təqdim edirəm,
qarət olunmuş əşyalarımın yeni qiymətlərlə dəyəri 140.000 rubldur.
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 145.
Sənəd № 645
Dindirmə protokolu
1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mahmud İrza Qulu oğlu, 53 yaşım var, Bakı şəhəri, Verxnya-
ya-Naqornaya küçəsi, 1 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı vağzalda, içində mənə məxsus ərzaqlarla dolu
vaqon ermənilər tərəfindən qarət edilmişdir, onlar təqdim etdiyim ərizə-
də sadalanmışdır. Qarət edilmiş ərzaqların dəyəri köhnə qiymətlə 60.700
rubl idi; yeni qiymətlərlə isə 130.700 rubl təşkil edir.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 61.
283
FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ
(mülki, sənaye, sosial, ticarət və digər obyektlər)
Sənəd № 647
Dindirmə protokolu
1919-cu il, 20 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mir Baqı Hacı Murtuza oğlu, Bakı şəhər polis nahiyəsi, Maştağa
kənd sakini, Bakı şəhərində, 1-ci polis bölməsi ərazisində, Budaqovs-
kaya küçəsi, 81 №-li evdə yaşayıram.
1918-ci il Bakıda mart hadisələri zamanı mən öz ailəmlə birlikdə Maş-
tağa kəndinə qaçaraq xilas oldum, lakin soda istehsal edən zavodum için-
dəki 52.250 rubl dəyərində bütün materiallarla birlikdə ermənilər tərəfin-
dən talan edildi. Ərizəmin işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: А.Hacı-İrzayev, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 78.
Sənəd № 648
Dindirmə protokolu
1918-ci il, 7 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ələsgər Baba oğlu, 55 yaşım var, Bakıda, Suraxanskaya küçəsi, 103
№-li evdə yaşayıram.
Mart hadisələri zamanı ermənilər mənim Spasskaya küçəsi, ev № 44
ünvanda yerləşən halva zavodumu və Suraxanskaya küçəsi, 191 №-li evdə
yerləşən mənzilimi qarət etmişlər. Onlar, mənim adları 2 vərəqlik ərizəm-
də sadalanan və ümumilikdə 26.485 rubl məbləğində olan müxtəlif mate-
riallarımı və ev əşyalarımı aparmışlar. Bundan əlavə, avqust ayında Bakı
ilə Binəqədi arasındakı yol ilə gedərkən, mənim üzərimə silahlı ermənilər
hücum etmişlər və mənim 5075 rubl pulumu əlimdən almışlar.
Oxundu. Savadsızdır. İmza.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 57.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
284
Sənəd № 662
Dindirmə protokolu
1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Sadıq Hacı İsmayıl oğlu, 44 yaşım var. Bakılıyam, Sretenskaya küçə-
si, 25 №-li evdə yaşayıram.
Səhv etmirəmsə, bu il mart ayının 20-də erməni əsgərləri mənim “İs-
mailiyyə” Xeyriyyə Cəmiyyətinin Nikoilayevskaya küçəsindəki binasında
yerləşən “Palas” elektrik teatrımı talan etmişlər və 116.285 rubl qiyməti
olan bütün inventarı avtomobillərdə aparmışlar. Mən onu göstərdiyim bu
qiymətə 1915-ci, 1916-cı, 1917-ci illərdə əldə etmişəm. Qarətdən sonra er-
məni əsgərləri, başda Avakyan olmaqla “İsmailiyyə”nin binasını yandır-
dılar. Əşyalarımın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xa-
hiş edirəm. Mənim bütün əmlakım qarət edilmiş inventardan ibarət idi.
Həmçinin iki ədəd şəhadətnaməni təqdim edirəm.
Oxundu. Sadıq Hacı İsmayıl oğlu.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 67.
Sənəd № 663
Dindirmə protokolu
1918-ci il, 24 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Həsən Ağa Həsənov, 52 yaşım var, Bakı şəhəri, Pozenovskaya küçə-
si, 17 №-li evdə yaşayıram.
Bakıda bu il mart hadisələri zamanı ermənilər Nikoilayevskaya küçə-
si №12 – “Kaspi” qəzetinin binasını və № 10 - “İsmailiyyə” Xeyriyyə Cə-
285
FƏSİL IV. DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ
(mülki, sənaye, sosial, ticarət və digər obyektlər)
miyyətinin binasını yandırmışlar. Alov hər iki binanı məhv etmişdir. Alov
içində mənim də mart ayının birja qiymətləri ilə 84.888 rubl 42 qəpik
məbləğində əmlakım məhv olmuşdur. Mənim əmlakım dəyəri hal-hazır-
da 254.665 rubl 26 qəpikdir. Əmlakın siyahısının və birja qiymətlərinin işə
əlavə olunmasını xahiş edirəm.
Oxundu. Həsən Ağa Həsənov. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v.72.
Sənəd № 666
Dindirmə protokolu
1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hacı Aslan Məcidov, 67 yaşım var, Bakı şəhəri, Nikolayevskaya küçə-
si, 18 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı erməni əsgərləri mənə məxsus “Şəms” resto-
ranına soxuldular, qab-qacağı sındırdılar, mənim qulluqçularım Rüstəm
Qərib oğlunu və Ağa Mirzə İbrahim oğlunu öldürdülər və restoranda olan
düyü, qoyun əti, xiyar və başqa yeyinti məhsullarını özləri ilə apardılar.
Aparılan ərzağın adı və məbləği - 18.060 rubl - ərizədə göstərilir.
Oxundu. İmza.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 62.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
286
Dostları ilə paylaş: |