Neftin ikinci emalından alınan benzində heteroatomlu birləşmələrlə yanaşı xeyli miqdar da alkenlər də saxlanılır. Selektiv hidrotəmizləmə üsulu ilə alkenlərin alkanlara hidrogenləşməsi aparılır.
Kerosin fraksiyasının hidrotəmizlənməsi
Kerosin fraksiyası reaktiv mühərriklərdə yanacaq kimi və işıqlanma məqsədi ilə istifadə olunur. Reaktiv yanacaqlarda standarta görə 0.1%-dən az, işiqlandırıcı kerosində isə 0.05-0.1%-ə qədər kükürdün saxlanması üçün kerosin fraksiyası 320-360 ºC temperaturda, 2,5-5 MPa təzyiqdə, hidrogenin xammala olan 200-500 m3/m3 nisbətində hidrotəmizlənməyə uğradılır.
Neftin ilkin emalından alınan kerosin 14-30%, katalitik krekinqin yüngül qazoylunda isə 60-70% aromatik karbohidrogen saxlanılır.
Hidrotəmizlənmə üsulu ilə arenlərin miqdarı reaktiv yanacaqlarda 10-22%-ə qədər azaldılır.
Politsiklik aromatik karbohidrogenlərin hidrotəmizlənməsi daha aktiv katalizatorun iştirakı ilə 380-420 0C temperaturda 7MPa təzyiqdə aparılır.