Neftin ikinci emalından (katalitik krekinq, tədrici kokslaşma, visbrekinq) alınan dizel yanacağı, neftin ilkin emalından alınan dizelə nisbətən daha çox alken və aromatik karbohidrogenlər saxlayır. Politsiklik arenlər yanacağın setan ədədini aşağı salır. Dizel yanacağı onda olan kükürdlü, azotlu birləşmələrdən və eləcə də qatran- asfaltenlərdən, politsiklik arenlərdən AKM (Al-Co-Mo) katalizatorlarunun iştirakı ilə 350-400 0C temperaturda, 3-4 MPa hətta bəzən 10 MPa təzyiqdə, hidrogenin: xammala olan 300-600 m3/m3 nisbətində hidrotəmizlənir.