Biznes Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiyası (AzPMA – Azerbaijan Project Management Association) ictimai təşkilatdır, 1999 – cu ilin dekabr ayında Dövlət qeydiyyatından keçmişdir və Bakı şəhərində yerləşir. AzPMA müxtəlif təşkilatların: tikinti, sənaye, informasiya texnologiyaları, telekommunikasiya, konsaltinq xidmətləri və s. layihə menecerlərini öz ətrafında birləşdirir. 19 yanvar 2002 – ci ildə İsveçrənin Surix şəhərində keçirilən milli assosiasiyaların geniş iclasında AzPMA Layihələrin İdarə Edilməsi Beynəlxalq assosiasiyasına üzv seçilmışdir. Beləliklə, AzPMA Azərbaycan təşkilatı olaraq Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyası (İPMA) tərkibində milli assosiasiya statusu almışdır.
Assosiasiyanın əsas məqsədi layihələrin idarə edilməsi sahəsində peşəkarlığı inkişaf etdirmək, peşəkar layihə rəhbərlərinin təcrübələrini Azərbaycan Respublikasında yaymaq və İPMA təşkilatının məlumatlarını Azərbaycan dilində nəşr etdirib menecerləri tanış etmək və layihələrin idarə edilməsi sahəsində modul – kurslar, treninqlər və sertifikatlaşdırma proqramlarını həyata keçirməkdir.
Biznes Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının əsas funksiyaları:
Biznes layihələrin idarə edilməsi sahəsində keyfiyyətin artırılması və peşəkarlığın inkişaf etdirilməsi;
yeni iqtisadi şəraitdə müasir metodların və instrumental idarəetmə vasitələrinin yaradılması, tətbiq edilməsi, təkmilləşdirilməsi və yayılması;
Biznes layihələrin hazırlanması və idarə edilməsinin təşkili;
Biznes layihələrin idarə edilməsi sahəsində alim və mütəxəssislərin arasında informasiya mübadiləsinin və əlaqələrin təşkil edilməsi;
Biznes layihələrin idarə edilməsi sahəsində müasir idarəetmə sistemləri və informasiya texnologiyaları ilə mütəxəssislərin tanış edilməsi;
Biznes layihələrin idarə edilməsi sahəsində mütəxəssislər üçün modul – kursların, treninqlərin təşkil edilməsi;
İPMA, milli assosiasiyalar və digər xarici təşkilatlar, şirkətlər və firmalar ilə beynəlxalq əməkdaşlıq;
informasiya-nəşriyyat fəaliyyəti, layihələrin idarə edilməsinin metodları və vasitələrinin yaradılması, təcrübələrin əldə edilməsi, təhlili və nəşri;
informasiya mübadiləsinin təşkili, informasiya bankının yaradılması;
reklam materialları, informasiya və yeni elmi-texniki vasitələr haqqında informasiyanın nəşri;
assosasiya göstərilən vəzifələri yerinə yetirmək üçün kitab və bülletenlər nəşr edir, özünün dövrü nəşrlərini buraxır, kütləvi informasiya vasitələrindən istofadə edir, seminarlar, simpoziumlar, konfranslar təşkil edir.
AzPMA beynəlxalq əlaqələri genişləndirir və milli assosasiyalar ilə daima informasiya mübadiləsi aparır, beynəlxalq görüşlərdə iştirak edir. İPMA-da 32 dövlətin milli assosasiyaları birləşmişdir:
Avstriya, Almaniya, Azərbaycan, Böyük Britaniya, Cənubi Afrika, Çex Respublikası, Çin Respublikası, Danimarka, Finlandiya, Fransa, Hindistan, Hollandiya, Xorvatiya, İrlandiya, İslandiya, İsveç, İsveçrə, İspaniya, İtaliya, Latviya, Macarıstan, Misir, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Slovakiya, Sloveniya, Ukrayna, Yuqoslaviya, Yunanıstan.
AzPMA-nın sertifikatlaşdırma proqramı İPMA-nın 9-10 mart 2002-ci ildə Berlində keçirilən iclasında təsdiq edildi.
Beynəlxalq sertifikatlaşdırma sistemindən keçən mütəxəssislər aşağıdakı üstünlüyə malikdirlər:
onların peşəkar və kompetensiyalı mütəxəssis kimi beynəlxalq aləmdə qəbul edilməsi;
mütəxəssisin şəxsi karyerasında inkişaf;
mütəxəssisin göstərdiyi xidmətin peşəkar səviyyədə və beynəlxalq standartlara uyğun olması;
işlədiyi təşkilatın rəqabət qabiliyyətinin və reytinqinin artırılması.
Sertifikatlaşdırma sistemini müvəffəqiyyətlə başa vuran mütəxəssislərə Azərbaycan və İngilis dillərində asessorların imzası ilə beynəlxalq sertifikat verilir. İPMA və AzPMA arasında bağlanmış müqaviləyə əsasən sertifikatda hər iki təşkilatın loqotipləri öz əksini tapmalıdır. AzPMA tərəfindən verilən sertifikat dünyanın bütün ölkələrində qəbul edilir
Dostları ilə paylaş: |