ekspert yoxlamaları (təklikdə və ya qrup şəklində);
xərclərin hesablanması (bu, daha çox sənaye layihələrinə aiddir).
Qiymətləndirmə, adətən tələb olunan ehtiyatların və onların növlərinin müəyyənləşdirilməsindən başlayır. Bu məlumatlardan istifadə edərək layihə büdcəsi və pul axını hesablanır, bu zaman ehtiyatların mənimsənilməsi cədvəli və ehtiyatların real dəyəri də nəzərə alınır.
Layihənin dəyərinin və maliyələşdirilməsinin planlaşdırılması. Layihənin dəyərinin planlaşdırılması və idarə edilməsi layihənin yerinə yetirilməsi zamanı gözlənilən əlavə xərclərin qiymətləndirilməsi ilə bağlıdır. Eyni zamanda bu proses pul məsrəflərinin və onlara olan tələbatın razılaşdırılmış şəkildə planlaşdırılması, habelə ən müxtəlif və nəzərdə tutulmayan xərclərin müəyyənləşdirilməsi və qiymətləndirilməsilə bağlıdır. İlkin şərt kimi tələb olunur ki, layihənin yerinə yetirilməsində əldə olunan nəticələr yoxlanılsın və hesablansın. Bunun üçün layihənin icrası ilə bağlı əsas şərtləri və iş şəraiti haqqında məlumatları bilmək zəruridir.
Dəyərin planlaşdırılması və xərclərin idarə edilməsi üzrə əsas vəzifələr:
layihə işlərinin strukturu üzrə xərclərin təhlili və qiymətləndirilməsi (WBS);
heyət, avadanlıq və təchizat işləri üzrə xərclərin paylaşdırılması;
layihə elementlərinin dəyərinin hesablanması;
dəyərin idarə edilməsi məqsədlərinin müəyyənləşdirilməsi;
xərclərin və yol verilən əlavə xərclərin qiymətləndirilməsi (mühasibat uçotu);
xərclərin və planlaşdırılmış maliyyə vəsaitinin razılaşdırılması;
kənara çıxma hallarının və onların səbəblərinin təhlili;
bütün dəyişikliklərin təhlili;
bütün xərclərin hesabatı və onların layihə hesabından ödənilməsi;
avans ödənişləri nəzərə alınmaqla qalıq dəyərinin və ümumi dəyərin proqnozlaşdırılması;
5“Biznes Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası”nın fəaliyyət istiqamətləri.