5. Biznes Layihələrin sona yetməsinin əsas istiqamətləri.
Menencment – bazar iqtisadiyyatı şəraitində mövcud olan maddi, maliyyə, əmək və s. ehtiyatlardan səmərəli istifadə etməklə qarşıya qoyulmuş məqsədin əldə edilməsinə yönəldilmiş və peşəkarlıqla həyata keçirilən müstəqil fəaliyyət növüdür.
Menecment məfhumu idarəetmə anlayışının demək olar ki, eynidir. Lakin idarəetmə anlayışı daha genişdir, çünki o, insan fəaliyyətinin müxtəlif növlərinə, müxtəlif fəaliyyət sahələrinə, idarəetmə orqanlarına tətbiq olunur.
Menecment məfhumu isə yalnız bazar şəraitində fəaliyyət göstərən təşkilatlar səviyyəsində sosial-iqtisadi proseslərin idarə edilməsində tətbiq olunur. Ancaq son zamanlar ABŞ-da bu məfhum qeyri-sahibkarlıq təşkilatlarına da şamil edilir
Müstəqil fəaliyyət növü baxımından peşəkar menecment bu fəaliyyətin subyekti kimi mütəxəssis menecerlərin, obyekt kimi isə bütünlükdə təşkilatın və ya onun konkret sahəsinin təsərrüfat fəaliyyətinin olmasını nəzərdə tutur.
Başqa cürə söyləsək, menecment – səmərəlliliyi yüksəltmək və gəliri artırmaq məqsədilə istehsalatın idarə olunmasında tətbiq edilən strategiya, fəlsəfə, prinsiplər, üsullar, vasitələr və formaların çoxluğudur. Menecmentin tərifində təsərrüfat fəaliyyəti dedikdə, təşkilatın bütün fəaliyyəti başa düşülür. Daha doğrusu, menecment anlayışı yalnız fəaliyyətinin xarakterindən asılı olmayaraq mənfəət əldə etmək məqsədilə öz fəaliyyətini həyata keçirən təşkilat və ya müəssisəyə aid edilir. Menecment təkcə sənaye təşkilatlarının fəaliyyətini deyil, eyni zamanda bankların, sığorta cəmiyyətlərinin, turist agentliklərinin, mehmanxanaların və bazarda müstəqil iqtisadi subyektlər kimi çıxış edən digər təsərrüfat vahidlərinin fəaliyyətini də əhatə edir.
Biznes Layihəyə gəldikdə isə onu belə təsvir edək:
Dövlət İnvestisiyalar üzrə kadr potensialının gücləndirilməsi layihəsinin həyata keçirilməsi üçün Azərbaycan Rspublikasında 8 mln ABŞ dolları ekvivalentində Beynəlxalq İnkişaf Assosisasiyaları kreditinin ayrılmasını nəzərdə tutur. Qeyd edək ki, layihənin ümumi dəyərini 10 mln ABŞ dolları təşkil edirsə qalan 2 mln dolları Azərbaycan Hökuməti tərəfindən maliyyələcək. Layihənin müddəti 4 il olmaqla 2009-2013-cü illəri əhatə edir.layihənin əsas məqsədi prioritet sektorlarda, xüsusilə infrastruktur sektorunda investisiya layihələrinin hazırlanması, icra keyfiyyətlərinin və səmərəliliyinin artırılmasından ibarətdir. Biznes Layihə, layihə idarəetməsi üzrə müasir metodologiyalar sahəsində təlimlərin keşirilməsini, yol, su təchizatı və kanalizasiya xidmətləri sektorları kimi seçilmiş sahələrdə xüsusən texniki təhsilin təmin edilməsini nəzərdə tutur.
Biznes Layihə, həmçinin, avadanlığın (kopüter və laboratoriya avadanlığı) alınmasını, təlim mərkəzlərinin təmirini, potensial ehtiyaclarının təhlili, peşə səriştələrinin təhlilini, təlimin nəticəsində akkreditasiya və sertifikasiyanı və digər əlaqəli fəaliyyətləri maliyyələşdirəcək.
Biznes Layihə 4 komponentdən ibarətlir:
Komponent 1 Ümumi mövzular üzrə potensialın gücləndirilməsi.Bu komponentlər layihə idarəetməsi, satınalmalar, maliyyə menecmenti, keyfiyyətin təmin edilməsi, ekoloji və sosial normalar sahəsində nazirliklərin və dövlət təşkilatlarının layihə hazırlığı və həyata keçirilməsi üzrə potensialların gücləndirilməsini əhatə edəcək.
Komponent 2 Konkret sektorlar üzrə potensialların gücləndirilməsi. Bu komponentlər çərçivəsində yol, su təchizatları və kanalizasiya xidmətləri sektorlarının inkişafı üçün müvafiq texniki bilik və bacarıqların təmin edilməsi əhatə olunacaq.
Komponent 3 Kadr potnsialının gücləndirilməsini dəstəkləyəcək fəaliyyətlər. Bu komponent təlim və kadr potensialının gücləndirilməsi tədbirlərinin səmərəliliyinin artırılmasına yönələcək və kadr potensialı ehtiyaclarının qiymətləndirilməsi, akkreditasiya və sertifikatlaşdırma proqramlarının, kadr potensialı quruculuğu strategiyasının hazırlanması kimi fəaliyyətləri maliyyələşdirəcək.
Komponent 4 Bu komponent layihənin icrası məsrəflərini maliyyələşdirəcək. Məlumat üçün qeyd edək ki, Azərbaycan Dünya Bankına 1992-ci ildə üzv olub. Həmin vaxtdan başlayaraq ölkədə 42 layihənin maliyyələşdirilməsi üçün ümumi öhdəliklər 2,16 mlrd ABŞ dolları təşkil edib.
Mİ S S İ Y A Layihənin inkişafının məqsədi əsas prioritet sektorlarda, xüsusilə də infrastruktur sahələrində, investisiya layihələrinin hazırlanmasının və icrasının keyfiyyətinin səmərəliliyinin artırılmasıdır.
V Ə Z İ F Ə L Ə R Layihənin əsas məqsədlərinə uyğun olaraq aşağıdakılar təmin ediləcək:
1) Ümumi idarəetmə təlimlərinin təşkili və müvafiq qürumların təlimlərə cəlb olunması və benefisiar infrastruktur qürumları üçün xüsusi təlimlərin keçirilməsi;
2) Təhsil müəssisələrinin və inkişaf təşkilatlarınin potensiaılının qurulması sahəsində şəbəkənin yaradılması;
3) layihə çərçivəsində potensialın gücləndirilməsi ehtiyaclarının təfərrüatlı təhlili, illik icmal və iş proqramlarının hazırlanması vasitəsilə rəhbər işçilərin potensialının gücləndirilməsi fəaliyyəti barədə məlumatların artırılması;
4) Erkən nəticələrin əldə olunması ilə fəaliyyətə impuls verilməsi, və hökumət qürumlarının və dövlət müəssisələrinin rəhbərləri və insan resursları ilıə işləyərkən bu qürumlarda potensialı gücləndirmək tədbirlərini planlaşdırmaq və icra etmək bacarığının formalaşdırılması.
B E N E F İ S İ A R T Ə Ş K İ L A T L A R Layihə çox sektorludur və ona görə də bir sıra hökumət qürumları və müəssisələri ondan bəhrələnəcək. Bununla belə, bir sıra müəssisələr əsas benefisiarlar qismində və DİA və MİU ikinci dərəcəli benefisiarlar qismində seçilmişdirlər və müvafiq təlim mərkəzləri hazır olduqdan sonra onları idarə edəcəklər və bəzi təlimlərin keçirilməsini təmin edəcəklər. Həmin qürumlar üçün onların həyata keçirəcəyi layihə fəaliyyətlərinin idarə edilməsi üçün xüsusi qaydalar işlənib hazırlanacaq.
İ C R A Ç I L A R Layihə üzrə işçi komissiya (LİK) :layihə müxtəlif nazirlik və dövlət agentliklərində bir sıra potensial quruculuq fəaliyyətlərini əhatə etdiyi üçün layihəyə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirəcək. Nazirlər kabinetinin rəhbərliyi altında Baş nazirin müavininin sədrliyi ilə layihə üzrə işçi komissiya yaradılmışdır. Bu komissiyanın digər üzvləri Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Nəqliyyat Nazirliyi və Azərsudur. LİK digər funksiyalarla yanaşı layihənin strateji istiqamətinin müəyyənləşdirilməsi və icra agentlikləri arasında əlaqələndirmənin təmin edilməsinə görə cavabdehlik daşıyacaq.
İcraçı orqan (Təhsil Nazirliyi) :Layihənin icra vəzifələri Təhsil Nazirliyi tərəfindən yerinə yetiriləcək və strateji planlaşdırma şöbəsinin rəhbəri bu layihənin əlaqələndiricisi təyin olunmuşdur. O, layihənin ümumi icrasına görə Təhsil Nazirliyinə hesabat verəcək. Təhsil Nazirliyi öz tərəfindən isə layihəni İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi ilə müzakirə edəcək və hesabatları Nazirlər Kabinetinə təqdim edəcəkdir.Təhsil Nazirliyinin nəzdindəki layihə əlaqələndirmə qrupu layihə üzrə maliyyə və satınalmalar funksiyalarını yerinə yetirərəcək. Layihə əlaqələndirmə qrupu həmçinin, layihənin monitorinq və qiymətləndirmə sisteminin tətbiqi, habelə Layihənin məqsədlərinə nail olmaq və onun nəticələrini yaymaq üçün bəzi yardımçı fəaliyyətlər üçün cavabdeh olacaq.
Dostları ilə paylaş: |