Ekspertlər
Menecerlərin bacarıqlarını aşağıdakı kimi qruplaşdırmaq olar:
Texniki bacarıqlar
Emosional (insan) bacarıqları
Konseptual bacarıq
Texniki bacarıqlar dedikdə, işin görülməsinin proseduralarını, proseslərini, avadanlıqlarla işləməyi və s. bilmək nəzərdə tutulur. Misal olaraq kompüter proqramlarında işləmək bacarığını göstərmək olar. Texniki bacarıqlar daha çox orta və aşağı səviyyəli menecerlərdən tələb olunur.
Emosional bacarıqlara insanlarla işləmək, insanlarla “dil tapmaq” bacarıqları aiddir.İnsanlarla işləmək bacarığı bütün menecerlər üçün eyni dərəcədə vacibdir.Çünki əksər hallarda uğurun əsasını düzgün ünsiyyət, motivasiya təşkil edir.
Konseptual bacarıq menecerlərdə “şirkəti görmə” bacarığıdır. Bu, əsasən top menecerlərə xas bacarıqdır. Çünki onların sərəncamında olan resurslar və informasiya şirkətin ümumi vəziyyətini, perspektivlərini görməyə, şirkət barəsində ümumi qərarlar qəbul etməyə, imkan verir.
İşçilərdə analitik düşünmək qabiliyyəti inkişaf etdirilməlidir.Məsələn, işçi problemlə əlaqədar birbaşa rəhbərinə (menecerə) müraciət edirsə, menecer problemin həllini göstərməklə yanaşı, işçinin özündən təkliflər istəməli, alternativlər birlikdə nəzərdən keçirilməlidir.Belə olduqda gələn dəfə işçi özü problemi həll etməyə çalışacaq, bir çox hallarda buna nail olacaq.
Ümumiyyətlə, menecerlər işçiləri hər zaman dəstəkləməli, öyrətməli, motivasiya aşılamalıdır.
Dostları ilə paylaş: |