Biznes layihələrin idarə edilməsinin mahiyyəti və məzmunu Biznes layihələrin idarə edilməsinin məqsədi. Biznes layihələrin idarə edilməsinin obyekti



Yüklə 132,88 Kb.
səhifə17/41
tarix12.05.2022
ölçüsü132,88 Kb.
#57598
1   ...   13   14   15   16   17   18   19   20   ...   41
Biznes layihələrin idarə edilməsi

Planlaşdırma və qərar qəbul etmə funksiyası dedikdə, şirkət üçün hədəflərin, eləcə də həmin hədəflərə çatmaq üçün yolların müəyyən edilməsidir.

Təşkil etmə funksiyasına şirkətin resurslarının düzgün yönəl­dilməsi, proseduraların formalaşdırılması daxildir.

Liderlik dedikdə, işçi heyətinin ümumi məqsədə çatmaq istiqamətində düzgün motivasiyasının təşkilidir.

Nəzarət funksiyasına şirkətin fəaliyyətinin ümumi məqsəd­lərə doğru olub-olmamağının yoxlanılması, lazım gəldikdə müdaxilə edilməsi daxildir.Nəzarət prosesinin effektivliyi üçün şirkətlərdə hesabatlılıq sistemi qurulur.

Şirkətin məqsədlərinə nail olmaq üçün menecerlərin isti­fadəsində 4 cür resurslar olur:

Maliyyə resursları – pul, pul ekvivalentləri, qiymətli kağızlar və s.

Fiziki resurslar – maşınlar, binalar, alətlər, kompüterlər və s.

İnformasiya resurslarıhesabatlar, uçot sənədləri, əmrlər və s.

İnsan resursları – işçilər.

Bu resurslardan daha effektiv və səmərəli şəkildə istifadə edə bilən menecerlər uğur qazanır.Qərar vermə zamanı bütün resurslar və mövcud alternativlər nəzərə alınmalıdır.



Qeyd olunan resursların sırasına “vaxt”ı da əlavə etmək olar.Vaxt işçinin ən mühüm resurslarından biridir. O baxımdan vax­tın idarə olunması çox mühümdür. Buna bir çox amillər təsir edir.Məsələn, işlərin əvvəlcədən planlaşdırılması, axtarı­lan sə­nəd­lərin və məlumatların tez tapılması, “artıq” və qeyri-effektiv işlərdən qaçmaq, işlərin düzgün deleqasiyası (Deleqasiya – işlərin daha aşağı vəzifəli işçilərə ötürülməsi) və s.

Menecerlər qərar vermək üçün vaxtında lazımi informasiya ilə təchiz edilə bilmirsə, onda həmin informasiya ya lazım­sızdır, ya da az effektlidir. Bu məqsədlə informasiyanın düzgün sistemləşdirilməsinə, düzgün faylinq (saxlama) sisteminin yara­dıl­masına ehtiyac var. Hazırda bu işləri kompüterlərlə görmək xeyli asanlaşmışdır.




Yüklə 132,88 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin