Biznes layihələrin idarə edilməsinin mahiyyəti və məzmunu Biznes layihələrin idarə edilməsinin məqsədi. Biznes layihələrin idarə edilməsinin obyekti


Biznes Layihələrin təşkilati strukturunda informasiyaların idarə edil-məsinin səviyyələri



Yüklə 132,88 Kb.
səhifə19/41
tarix12.05.2022
ölçüsü132,88 Kb.
#57598
1   ...   15   16   17   18   19   20   21   22   ...   41
Biznes layihələrin idarə edilməsi

3. Biznes Layihələrin təşkilati strukturunda informasiyaların idarə edil-məsinin səviyyələri.

Qərarvermə prosesi. Əksər qərarların qəbul olunması alternativlər arasında seçim etməyi tələb edir. Bu zaman bütün mövcud alternativlər nəzərdən keçirilməli, həmin alternativlərin mümkün nəticələri müqayisə edilməli, lazım gəlsə əlavə məlumat toplanılmalı, yekunda ən yaxşı (ən faydalı, ən az xərcli) alternativ seçilməlidir.

Qərarvermə prosesini bu sxemdəki kimi təsvir edə bilərik:





İclasların təşkili, iclaslardan istifadə. İclaslar hər zaman aydın məqsədə xidmət etməlidir. İclaslar qərarların verilməsini tezləşdirməlidir, əksinə onları gecikdirməməlidir, insanların dəyərli vaxtını “yeməməlidir”. Bu məqsədlə çalışmaq lazımdırki, iclasda yalnız aidiyyatı üzrə şəxslər iştirak etsin.

Eyni zamanda, iclasların vaxtını minimuma endirmək la­zım­dır. Əgər ayaqüstü toplaşıb iclasın məqsədinə çatmaq mümkündürsə, bununla kifayətlənmək olar.



İşçilər arasında münasibətlərin yaxşılaşdırılması, dostluq mü­hi­tinin yaradılması məqsədilə müzakirələrin bəzən qeyri-rəsmi mühitdə keçirilməsinə ehtiyac yaranır. Bu, daha səmimi müza­kirələrin aparılması üçün çox mühümdür. Bu zaman işçilərdən ideyalar, təkliflər daha rahat şəkildə gəlir. Bunları nəzərə alaraq, bir çox şirkətlər vaxtaşırı olaraq sosial tədbirlərə, toplanışlara (bayramlar, ad günləri, kollektiv gəzinti və s.) ehtiyac görürlər. Həmin tədbirlərdə şirkət rəhbərliyinin iştirakı çox faydalıdır.

İşçilərlə rəhbərlik arasında uçurumun aradan qaldırılması məqsədilə, ABŞ-da bəzi şirkətlər rəhbərliyin, yüksək ranqlı menecerlərin ayrıca, “keçilməz” otaqlarda deyil, işçilərlə birlikdə – açıq zallarda oturmasına çalışırlar. Bunun digər üstün cəhəti odur ki, bu zaman işçilər problemlərini (həm şəxsi, həm də işlə bağlı) daha rahat şəkildə rəhbərləri ilə bölüşə biləcəklər. Rəhbərin də imkanı olacaq ki, işçinin problemi ilə daha yaxından maraqlana bilsin, mümkün qədər həll etsin və ya həllinə köməklik göstərsin. Bu çox mühüm amildir, çünki işçinin işinin effektivliyinə, işçinin psixoloji durumuna şəxsi problemlər də az mane olmur.




Yüklə 132,88 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin