Biznes layihələrin idarə edilməsinin mahiyyəti və məzmunu Biznes layihələrin idarə edilməsinin məqsədi. Biznes layihələrin idarə edilməsinin obyekti



Yüklə 132,88 Kb.
səhifə27/41
tarix12.05.2022
ölçüsü132,88 Kb.
#57598
1   ...   23   24   25   26   27   28   29   30   ...   41
Biznes layihələrin idarə edilməsi

funksional struktur;

  • layihə strukturu;

  • matris strukturu.

    Struktur modellərdə ətraf mühit və onun mədəniyyət faktorları nəzərə alınmalıdır. Layihənin həyat dövrünün inkişafı və müxtəlf növlü, şərtli müqavilələrin bağlanması ilə əlaqədar olaraq struktur modeli dəyişə bilər. İerarxik təşkilati struktur (OBS – Organization Breakdown Structure)layihənintəşkilati strukturunun qrafik təsviridir. WBS və OBS strukturlarının elementləri İş Bölgüsü Matrisinin (TAM – Task Assignment Matrix) və ya Məsuliyyət Bölgüsü Matrisinin (RAM – Responsibility Assignment Matrix) forması kimi təsvir edilə bilər. Bu strukturların hər ikisində işçi heyətin funksiyaları müəyyənləşdirilir və təsvir edilir. Təşkilatda iş bölgüsü aparılır, eyni zamanda qoyulan məsələlər koordinasiya və inteqrasiya olunur. Ümumiyyətlə, layihə üzlərinin müstəqilliyinə və daxili struktura malik olan layihə qurumlarının yaradılmasına böyük diqqət yetirilir.

    Komanda dedikdə, konkret məqsədlərə nail olmaq üçün bir yerdə işləyən kollektiv nəzərdə tutulur. Layihə komandalarında bir qayda olaraq müxtəlif bilik səviyyəsinə və texniki bölmələrin işçiləri fəaliyyət göstərirlər. Layihə komandası – təşkilati iclasların, layihə menecerləri və layihə komandasının üzvləri üçün seminarların, işçi qruplar üçün iclasların keçirilməsi məqsədilə yaradılır və formal xarakter daşıyır.

    Liderlik sosial sistem yaradan bir aktdır, burada rəhbərlik edən və tabeçilikdə olan şəxslər müəyyən işləri yerinə yetirir və maliyyə vəsaitinin istifadəsi, müddət, emosinallıq, sosial məsələlər ilə bağlı problemləri həll edir. Bu anlayışa eyni zamanda müəyyən məqsədə çatmaq üçün komanda üzvlərinin münasibətləri və davranışları da təsir göstərə bilər. Bu, təşkilatlandırma, planlaşdırma, ehtiyatlara nəzarət və onların idarə edilməsi vasitəsilə yaradılır. Rəhbərliyin funksiyalarından biri də digər şəxslərdən tağşırıqların yerinə yetirilməsini tələb etməkdir. Rəhbərlik layihə menecerinin ən əsas vəzifələrindən biri sayılır və sifarişçinin rolundan fərqlənir, nəticə etibarilə məsələni layihənin konteksti ilə uyğunlaşdırır və lazımi dəstək və maliyyə məsələlərini daima nəzarət altında saxlayır. Səlahiyyətlərin həvalə olunması – layihədəki işlərin yerinə yetirilməsinə hər hansı bir təşkilatın ayrı-ayrı şəxslərin cəlb edilməsi deməkdir. Bu işdə mövcud vəziyyətdə konkret biliyi, gücü, özünü basqasının yerinə qoymağı, vaxtı və ehtiyatları qiymətləndirməyi bacarmaq lazımdır. Layihə məsələlərinin işə götürülən əməkdaşın iştirakı ilə həll edilməsi və idarəetmə orqanının dəstəklənməsi prosesində müxtəlif liderlik metodları tətbiq edilir. Rəhbərlik ilə işçi qrupları arasında münasibətlər müxtəlif idarəetmə üslubları əsasında formalaşır. Əsaslandırmalar, əmrlər, stimullar və sanksiyalar liderliyin əsas elementləri sayılır.


    Yüklə 132,88 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   23   24   25   26   27   28   29   30   ...   41




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin