onların təhlil edilməsi;
təsdiq edilmək üçün yuxarı instansiyalar təqdim olunması;
qəbul edilmiş dəyişikliklərin auditi.
İstənilən tərəf dəyişikliklərin aparılmasını tələb edə bilər. Hər təklif olunan, həm də razılaşdırılmış dəyişikliklərə nəzarət lazımdır. Bütün dəyişikliklər müqavilə əsasında potensial (daxili və ya xarici) düzəlişlər kimi nəzərdən keçirilməlidir.
4. Biznes Layihələrdə idarəetmə qərarlarının keyfiyyətinə olan əsas tələblər.
Biznes Layihənin bir çox tərifi vardır :
Biznes Layihə məhdud vaxt, büdcə, keyfiyyət və digər xüsusi şərtlər çərçivəsində müəyyən şəxs və ya təşkilat tərəfindən məqsədə çatmasını təmin edən əlaqəli işlər kompleksidir.
Biznes Layihə elə bir tədbirdir ki, burada insan, material və maliyyə ehtiyatları əsasında məhdud vaxt və büdcə şəraitində nadir işlər kompleksi yerinə yetirilir. Layihələrdə zaman keçdikcə müəyyən keyfiyyət və kəmiyyət dəyişiklikləri aparılaraq standart həyat dövrünü yaratmış olurlar.
Layihə başlanma və başa çatma tarixlərinə malik olan əlaqələndirilmiş nadir işlər kompleksidir. Layihə məhdud dəyərlə və gözlənilən nəticələrlə müəyyən iş qrafiki daxilində məqsədə nail olmaq üçün ayrıca şəxs və ya təşkilatlar tərəfindən idarə edilir.Biznes Layihə yenilik, mürəkkəblik, qanunvericilik, predmetlərin qovşağında olmaq və iş bölgüsü cəhətləri ilə xarakterizə olunur. Biznes Layihələr növlərə (investisiya, tədqiqat, təşkilati informasiya texnologiyası və s.) və müxtəlif daxili və xarici meyarlara görə bir-birindən fərqlənirlər.
Dostları ilə paylaş: |