Biznes layihələrin idarə edilməsinin mahiyyəti və məzmunu Biznes layihələrin idarə edilməsinin məqsədi. Biznes layihələrin idarə edilməsinin obyekti


Layihələrin idarə edilməsində danışıqların predmeti



Yüklə 132,88 Kb.
səhifə18/41
tarix12.05.2022
ölçüsü132,88 Kb.
#57598
1   ...   14   15   16   17   18   19   20   21   ...   41
Biznes layihələrin idarə edilməsi

2. Layihələrin idarə edilməsində danışıqların predmeti.

Danışıqların predmeti yəni mövzusu: qərar qəbul etmə, informasiya mübadiləsi, münaqişələrin həlli, əlaqə qurma, və s.

Vaxtın bölüşdürülməsi. İşlərin əksəriyyəti 3 qrupa bölünə bilər: 1) şablon işlər (məsələn, gündəlik hesabatların yazılması, elektron poçtun yoxlanılması və s.), 2) birdəfəlik işlər (məsələn, hər hansı tədbirin təşkil olunması, xarici qonağın qarşılanması və s.), 3) inkişaf üçün görülən işlər (yeni əlaqələrin qurulması, şirkətin marketinq siyasətinə dəyişikliklərin edilməsi və s.). Mütəxəssislər müəyyən ediblər ki, iş vaxtının daha effektiv bölüşdürülməsi üçün ən çox 3-cü qrup işlərə (60%) vaxt həsr edilməlidir. 2-ci qrup işlərə 25%, 1-ci qrup işlərə isə 15% vaxt həsr olunması məqsədəuyğundur. Amma əksər statistik göstə­ricilər göstərir ki, reallıqda bu bölgünün tamamilə əksi hakimdir.

Yuxarıda qeyd olunduğu kimi, işlərin düzgün deleqasiyası ef­fektivliyə nail olmaq üçün çox mühümdür. Deleqasiya üçün mene­cerlər ilk öncə gördükləri işləri aşağıdakı kimi qrup­laşdırmalıdır:

Lazımsız işlər.Bunlar o işlərdir ki, bu işlərə çəkilən xərc (vaxtı da nəzərə almaqla) işin xeyrindən çoxdur.Bu işlərdən tamamilə imtina olunmalıdır.

Deleqasiya oluna bilən işlər. Bu işlərin görülməsi tabeçilikdə olan işçilərə həvalə olunmalıdır.Başqa sözlə, deleqasiya olunmalıdır.

Deleqasiya oluna bilməyən işlər. Elə işlər var ki, onları heç cür aşağı vəzifəli menecerlərə, işçilərə deleqasiya etmək mümkün deyil.Məsələn, ümumi nəzarət, koordinasiya işləri və s.

Problemli işlərdə qarşıya çıxan problemlərin üzərində ilişib qalmaq da vaxtın səmərəsiz istifadəsinə səbəb olur.Bu məqsədlə problemləri bir kənara qoymaq, nə qədər irəliləmək mümkünsə irəliləmək, sonda həmin problemlərə qayıtmaq faydalıdır.

İş vaxtının planlaşdırılmasını elə qurmaq lazımdır ki, məh­suldarlıq əldə olunsun.Məsələn, hər bir işçi günün müəyyən vaxtında daha məhsuldar işləyə bilir.Bu amilə də diqqət yetirilməlidir.



Vaxtın idarə olunmasından danışarkən nəzərə almaq lazımdır ki, gün ərzində hamının 24 saat vaxtı olur. Məhsuldarlıq bu vaxtdan necə səmərəli yararlanmaqdan asılıdır.


Yüklə 132,88 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin