Planlaşdırma və qərar qəbul etmə funksiyası dedikdə, şirkət üçün hədəflərin, eləcə də həmin hədəflərə çatmaq üçün yolların müəyyən edilməsidir.
Təşkil etmə funksiyasına şirkətin resurslarının düzgün yönəldilməsi, proseduraların formalaşdırılması daxildir.
Liderlik dedikdə, işçi heyətinin ümumi məqsədə çatmaq istiqamətində düzgün motivasiyasının təşkilidir.
Nəzarət funksiyasına şirkətin fəaliyyətinin ümumi məqsədlərə doğru olub-olmamağının yoxlanılması, lazım gəldikdə müdaxilə edilməsi daxildir.Nəzarət prosesinin effektivliyi üçün şirkətlərdə hesabatlılıq sistemi qurulur.
Şirkətin məqsədlərinə nail olmaq üçün menecerlərin istifadəsində 4 cür resurslar olur:
– Maliyyə resursları – pul, pul ekvivalentləri, qiymətli kağızlar və s.
– Fiziki resurslar – maşınlar, binalar, alətlər, kompüterlər və s.
– İnformasiya resursları – hesabatlar, uçot sənədləri, əmrlər və s.
– İnsan resursları – işçilər.
Bu resurslardan daha effektiv və səmərəli şəkildə istifadə edə bilən menecerlər uğur qazanır.Qərar vermə zamanı bütün resurslar və mövcud alternativlər nəzərə alınmalıdır.
Qeyd olunan resursların sırasına “vaxt”ı da əlavə etmək olar.Vaxt işçinin ən mühüm resurslarından biridir. O baxımdan vaxtın idarə olunması çox mühümdür. Buna bir çox amillər təsir edir.Məsələn, işlərin əvvəlcədən planlaşdırılması, axtarılan sənədlərin və məlumatların tez tapılması, “artıq” və qeyri-effektiv işlərdən qaçmaq, işlərin düzgün deleqasiyası (Deleqasiya – işlərin daha aşağı vəzifəli işçilərə ötürülməsi) və s.
Menecerlər qərar vermək üçün vaxtında lazımi informasiya ilə təchiz edilə bilmirsə, onda həmin informasiya ya lazımsızdır, ya da az effektlidir. Bu məqsədlə informasiyanın düzgün sistemləşdirilməsinə, düzgün faylinq (saxlama) sisteminin yaradılmasına ehtiyac var. Hazırda bu işləri kompüterlərlə görmək xeyli asanlaşmışdır.
Dostları ilə paylaş: |