2. Biznes Layihələrin idarə edilməsində qərarların növləri
Keyfiyyət sisteminin fəaliyyətinin səmərəliliyi aşağıdakı 12 məsələnin həlli ilə müəyyən olunur.
1) kompleks əsasında keyfiyyətin idarə olunmasına kömək etmək bütün təşkilat cərcivəsində layihələndirmə haqqında düşüncələrdən tutmuş materialın istehsal və texniki xidmət prosesinə qədər müddəti əhatə etməlidir.
2) xidmətlərin qarşılıqlı əlaqəsini ali rəhbərliklə təmin etmək və rəhbərlik tərəfindən müəyyən olunmuş siyasət əsasında keyfiyyətin idarə olunması sahəsində qərarlar qəbul etmək bütün bunların müəssisə fəaliyyətində praktiki təcəssümünü göstərmək.
3) maddi bazanın möhkəmliyini təmin etmək, layihə və istehsal ərəfəsində məmulatın etibarlı olmasını və keyfiyyətini təmin etmək məqsədi ilə xəbərdar edici tədbirlər görmək, işcilərin məlumatlığını artərmaq
4) fəaliyyəti istisnasız bütün firma bölmələrinə şamil edilən keyfiyyətin idarə sisteminin yradılmasına kömək etmək.
5) istehlakçı ilə qarşılıqlı əlaqəni təmin etmək, burada bazar konyukturasının tez dəyişməs halında istehlakçı tələbatını təyin etmək və məmulatın istehsala qədər istismarını öyrənmək (bu prosesləri qabaqlayıcı və əks informasiyalara əsasən həyata keçirmək).
6) imtinlar imkanı nəzərə alınmaqla istismar şəraitində keyfiyyətə məsarifləri müəyyən etmək, bu hesabatlardan keyfiyyətin təmin olunması üçün kapital qoyuluşu miqdarının təyinində istifadə etmək.
7) daimi əsasları keyfiyyətin stimullaşdırılmasını təmin etmək.
8) texniki xidmət və istehsal prosesində məhsulun keyfiyyət və etibarlılığını təmin etmək üsulunu işləyib hazırlamaq.
9) məmulatın istismarı şəraitində keyfiyyətinə istehlakçı tərəfindən qoyulan tələbatları və lazımi yoxlayıcı nəzarət də daxil olmaqla gecikmədən istiqamətverici düzəlişləri həyata keçirmək .
10) sifarişcinin yerinə yetirilmiş işin qəbulu şərti kimi məmulatın tez və qənaətli texniki xidmətini təmin etmək.
11) keyfiyyət proqramının bütün aspekti ilə məmulatın texniki təhlükəsizlik cəhətdən istismarı və buraxılan məhsulun keyfiyyətinə yuridik cəhətdən məsuliyyət arasında qarşılıqlı əlaqəni təmin etmək.
12) keyfiyyəti idarə xidmətinin firmanın bütün fəaliyyətinə təsirini təmin etmək. Keyfiyyəti təmin edən xidmətin firmanın texniki və təşkilati fəaliyyətinə təsiri nəticəsində, keyfiyyətin təmin olunma sahəsi ümumi rəhbərlik obyektinə çevrilir.
Müasir keyfiyyətin idarə sisteminə ciddi diqqət verən müəssisələr öz sifarişçilərini yüksək keyfiyyətli məhsulla təmin edir.
Dostları ilə paylaş: |