3. Henri Laborit qanunu: Hər bir insan xüsusəndə onu etdikdə məmnunluq duyduğu hər hansı bir xüsusi istedada meyillidir.
Əgər sən bütünlüklə bu qaydaya əməl edirsənsə sənə “İşləyirsən?” sualını verdikdə cavabın bu cür olur: “Mən işləmirəm, sevdiyim işlə məşğul oluram”. İnsanlar adətən sevmədikləri, hətta onlara əks olan işlərdə işləyirlər. Onlar işə sadəcə pul xətrinə getdiklərindən işdən məmnunluq duya bilmirlər.
4. Həqiqi maraq qanunu:
Gördüyün işə qarşı maraq nə qədər çox olarsa, zaman da bir o qədər sürətlə keçər.
Bir şeylə həqiqi maraqla məşğul olduqda, zamanın necə sürətlə keçib getdiyinin fərqinə belə varmazsan. Burada əsas olan bir cəhəti unutmamaqdır: iş həqiqətən də maraqlı olsa belə, ifrata varmamaq lazımdır. Ailənin, dostların və ən əsası sağlamlığın daha vacib olduğunu unutma.
Dostları ilə paylaş: |