Biznes layihələrin idarə edilməsinin mahiyyəti və məzmunu Biznes layihələrin idarə edilməsinin məqsədi. Biznes layihələrin idarə edilməsinin obyekti



Yüklə 132,88 Kb.
səhifə23/41
tarix12.05.2022
ölçüsü132,88 Kb.
#57598
1   ...   19   20   21   22   23   24   25   26   ...   41
Biznes layihələrin idarə edilməsi

5. Paretto qanunu: fəaliyyətinizin 20%-i sizə 80% uğurlu nəticə qazandırır.

Bütün fəaliyyətinin 20%-i həyatında vacib olan ən əsas işlərdir. Əsas olan bu işləri düzgün şəkildə müəyyən etmək, ayırmaq və hər gün yerinə yetirməkdir.



MÖVZU 4.

BİZNES LAYİHƏLƏRİN İDARƏ EDİLMƏSİNDƏ



QƏRARLARIN YERİ VƏ ROLU

  1. Biznes Layihələrin idarə edilməsində qərarların mahiyyəti və məz­munu.

  2. Biznes Layihələrin idarə edilməsində qərarların növləri

  3. Biznes Layihələrin idarə edilməsində qərarların təsnifatı.

  4. Biznes Layihələrdə idarəetmə qərarlarının keyfiyyətinə olan əsas tələblər.

  5. Biznes Layihələrdə idarəetmə qərarlarının qəbulu modelləri.



  1. Biznes Layihələrin idarə edilməsində qərarların mahiyyəti və məzmunu.

İri və sürətlə inkişaf edən firma işlərini dəqiq təşkil etdiyi halda, keyfiyyət sahəsində meydana gələn problemləri həll etmək məsələsində və keyfiyyət sahəsində yuridik məsuliyyət qarşısında aciz qalmışdır. Bu problemi həll etmək üçün rəhbərlik keyfiyyətin idarə olunmasının effektiv strukturunu yaratdı. Başlanan iş keyfiyyətə qoyulan tələbatların müəyyən olunması ilə müşayət olundu və sonralar sənəd forması alıb, keyfiyyətin idarə olunması sahəsindəki rəhbərliyə daxil oldu. Rəhbərlikdə hamı iştirak etməyə başladı və istənilən işci öz vəzifəsini yerinə yetirərkən qarşılaşdığı problemi həll etmək üçün istənilən informasiyanı almaq hüququna malik oldu.

Məsələn, giriş materialına nəzarət sahəsində aşağıdakı işlərin yerinə yetirilməsi nəzərdə tutulur:

keyfiyyətə nəzarət metodunda giriş materialının keyfiyyətinə nəzarət, seçmə nəzarətin yerinə yetirilməsi planının tərtib olunması, hesabatın yazılması və nəticənin qeyd olunması;

göndərici ilə qarşılıqlı əlaqəni möhkəmləndirmək, göndərilən materiala qoyulan tələbatı təyin etmək,xarakteristikaların təsnifatı və keyfiyyətin qəbul səviyyəsini, keyfiyyət təyini üsullarının qarşılıqlı uyğunluğu, göndəricinin məhsul keyfiyyətini təyin etmək nəzərindən lazımi keyfiyyət təminatı tələbatı, istehsal güçlərinin analizi, ilkin xammal keyfiyyətinin qiymətləndirilməsi, göndərilmiş materialın keyfiyyəti haqqında əks informasiya, istiqamətləndirici tədbirlərin keçirilməsi, sertifikasiyalaşdırma; materialın keyfiyyəti haqqında informasiya verən, 1apparatın dəqiqliyini təmin etmək; apparatın yerləşdirilmə sahəsinin təyini, texniki xidmətə qoyulan tələbatlar, apparatın yoxlanma metodikasının təyini və onun göndəricinin avadanlığına uyğunluğu;

- məmulatlardan laboratoriya analizi üçün nümunənin götürülməsi üçüm metodikasının işlənməsi və alınmış nəticləri hesabatının yazılması;

- qeyri-kafi keyfiyyətli materialların seçilməsi, məhsulun göndəriciyə qaytarılması, diqqətli nəzarətin aparılması;

- materialın giriş nəzarətinin onun səmərəliliyi baxımından proseduralarının yoxlanması;

- giriş nəzarətinin aparılması üzrə mütəxəssislərə tələbatların qoyulması, onların təsnifat və peşə təcrübəsinin aparılması.

Belə hərtərəfli planlaşdırılma-məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına ona xərclərin azaldılmasına, səmərəli fəaliyyət göstərən keyfiyyəti idarə sisteminin tətbiqi isə firma üçün hiss ediləcək dərəcədə rəqabətə davamlılıq üstünlüyü yaradır.


Yüklə 132,88 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin