SOSİAL MƏSULİYYƏT Biznes etikası ilə bağlı idarəetmə qərarlarının sosial və iqtisadi aspektlərini nəzərə alan və tətbiq edən idarəetmə fəlsəfəsidir.
Cəmiyyətin maraqlarını qorumaq İqtisadi məqsədlərlə və Sosial məqsədlər arasında BALANS yaratmaqdır.
Müəssisələrin Sosial Məsuliyyət Sahələri:
Biznesin dövlət tənzimlənməsinin zəruriliyi və müsbət cəhətləri İqtisadiyyatın stabil olmasında, davamlı inkişaf etməsində dövlətin rolu danılmazdır. Məhz bu səbəbdəndə dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsi, iqtisadiyyata dövlətin müdaxilə etməsinin ən uyğun və optimal dərəcənin gözlənilməsi iqtisadiyyatın ən əsas problemlərindən biri hesab edilir. Dövlətin iqtisadiyyata müdaxiləsi haqqında fikirlər hələ orta əsrlərdən mövcud idi. Buna misal olaraq orta feodalizm dövrlərində dövlətin torpağı feodala verməsi, sənətkar və kəndlilərin yerinə yetirməli olduğu vəzifə və öhdəlikləri müəyyən etməsi buna bariz nümunədir.
Kiçik biznesə maliyyə-kredit dəstəyinin verilməsi iqtisadiyyatın dövlət tənzimlənməsinin ən mühüm alətidir. Bu sahədə dövlətin başlıca vəzifəsi ondan ibarətdir ki, maliyyələşdirmənin səmərəli formasından istifadə etməklə normativ-hüquqi baza əsasında yerli və xarici banklardan kredit alınması məsələsində zaminlik formasında kiçik sahibkarlığa həqiqətən məqsədli dəstək göstərsin. Bu formada dövlət dəstəyi kiçik sahibkarlıq subyektlərinin xarici bazarlara çıxmasına və rəqabət bazarında öz mövqeyini möhkəmləndirməyə kömək edə bilər.
Biznes fəaliyyətinin və bütövlükdə milli iqtisadiyyatın davamlı inkişafı elmtutumlu, rəqabətədavamlı istehsal sahələrinin yaradılması üçün innovasiya fəaliyyəti subyektlərinin bazar münasibətlərinə uyğunlaşdırılması təmin olunmaqla bu fəaliyyətin dövlət tənzimlənməsi sisteminin yaradılmasını nəzərdə tutur. Bu ilk növbədə onunla şərtlənir ki, innovasiya fəaliyyəti bir qayda olaraq yüksək risklə bağlıdır. Dövlətin tənzimləmə mexanizmi bazar iqtisadiyyatı şəraitinə adaptasiya oluna bilən innovasiya sahibkarlığının yaranması, istehsalın yenidən qurulması və elmi təşkilatların fəaliyyət istiqamətlərinin məqsədyönlü adekvat dəyişilməsini və elmi-texniki kompleksin təşkilati strukturunun yenidən qurulmasını əhatə edən qlobal məsələlərdən biridir. Bu mexanizm normativ-hüquqi və təşkilati-iqtisadi tədbirlərin həyata keçirilməsini nəzərdə tutmalıdır.
Dövlətin əsas funksiyalarından biri – iqtisadi funksiyadır. Bu funksiya iqtisadi münasibətlərin dayanaqlı inkişafı üçün zəruri şərtlərin, habelə bu münasibətlərin əsas iştirakçılarının fəaliyyətinin ümumi qaydalarının yaradılmasında öz əksini tapır. Səlahiyyətli dövlət orqanların vasitəsilə dövlət aşağıdakı göstərilən istiqamətlərdə ifadə olunan iqtisadı funksiyanı həyata keçirir:
dövlət və ictimai ehtiyacların, iqtisadı və sosial inkişaf prioritetlərinin təmin edilməsi;
Əksər hallarda biznes fəaliyyətinin dövlət tənzimlənməsinin xüsusiyyətləri “fəaliyyət” kayeqoriyası vasitəsilə açıqlanır. Buna görə də, biznes fəaliyyətinin dövlət tənzimlənməsi dedikdə, biznes fəaliyyəti sahəsində iqtisadi münasibətlərin iştirakçılarının ümumi və şəxsi maraqlarının müdafiəsi məqsədi ilə bu münasibətlərin nizamlanmasına yönələn müvafiq səlahiyyətli dövlət orqanlarının timsalında dövlət idarəetmə fəaliyyəti başa düşülür. “Dövlət tənzimlənməsi”,“dövlət idarəetməsi” və “dövlət təsiretməsi” anlayışlarının nisbəti məsələsi haqqında danışarkən qeyd etmək lazımdır ki, “dövlət idarəetməsi” və “dövlət təsiretməsi” anlayışlarından fərqli olaraq “dövlət tənzimlənməsi” dar mənalı anlayışdır.
Hüquq ədəbiyyatinda bazar iqtisadiyyatina dövlət təsiretməsinin müxtəlif formaları fərqləndirilir. Onlara aiddir;
təsərrüfat fəaliyyətinin dövlət tənzimlənməsi və ona nəzarət;
təsərrüfat fəaliyyəti subyektlərinin yaradılması və ləğv edilməsi;
planlaşdırılma;
Bütövlükdə iqtisadiyyatın, xüsusilə də biznes fəaliyyətinin dövlət tənzimlənməsinin əsas istiqamətləri aşağıdakalardan ibarətdir:
sahibkarlıq fəaliyyətinin antiinhisar tənzimlənməsi;
dövlət normalaşdırılması və planlaşdırılmasının forma və metodlarından istifadə edilməsi;
beynəlxalq iqtisadi münasibətlərin dövlət tənzimlənməsi;
sahibkarlıq fəaliyyətinə dövlət nəzarətinmin həyata keşirilməsi.
Dövlət tənzimlənməsi dedikdə, ölkədə mövcud olan sosial-iqtisadi sistemin sabitliyini (stabilliyini) təmin etmək məqsədi ilə qanunverici, icra və məhkəmə həkimiyyəti orqanlarının normativ hüquqi aktlar əsasında həyata keçirilən kompleks tədbirlərdir. Biznes subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsi üç əsas funksiya vasitəsilə realizə olunur: