əhalinin az təminatlı təbəqəsinin sosial müdafiəsi.
Hüquq və iqtisadi ədəbiyyatlarda sahibkarlıq fəaliyyətinin dövlət tən-zimlənməsinin zəruriliyi müxtəlif mövqelərdən çıxış edilərək əsaslandırılır. Bu halda əsas məsələ şəxsi və ümumi maraqların mühafizəsinin zəruriliyini göstərmək lazımdır. Dövlət tənzimlənməsi iqtisadi və iqtisadi-sosial fəaliyyətlə bağlı olan, bazar iqtisadi sisteminin fəaliyyət şərtlərini təmin edən dövlətin, demək olar ki, bütün funksiyalarıdır. Dövlət tənzimlənməsi ictimai istehsalın bütün istiqamətlərini əhatə edir. Lakin, ilk növbədə diqqət biznes və mülkiyyət münasibətlərinə, investisiyaların, sosial inkişafın və əmək bazarının, maliyyə bazarının və pul dövriyyəsini tənzimlənməsinə yönəlir. Bütün bu məsələlər dövlət tənzimlənməsinin əsas məzmununu təşkil edir.
Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin məqsədi ölkə iqtisadiy-yatının normal fəaliyyətini təmin edən zəruri şərtlərin yaradılmasıdır. Dövlət tənzimlənməsinə ümumiləşdirilmiş şəkildə aşağıdakı vəzifələr daxildir:
1. biznes subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edən qanunvericiliyinin işlənilib-hazırlanması, qəbul edilməsi və ona nəzarət;
2. dövlət tənzimlənməsinin səmərəliyinin yüksəldilməsi;
3. biznes fəaliyyətinin inkişafına mane olan bürokratik əngəllərin aradan qaldırılması;
4. biznes subyektlərinin fəaliyyətinə yönələn birbaşa müdaxilələrin məhdudlaşdırılması;
5. bazarda azad və vicdanlı rəqabətin dəstəklənməsi və təmin edilməsi;
6. vergi, maliyyə siyasəti vasitəsilə əmtəə-pul və büdcə tarazlığının təmin edilməsi.
Göstərilən sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin məqsədlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
Əhalinin məşğulluğunun normal səviyyəsinin təmin edilməsi;
Vətəndaşların həyatının və sağlamlığının mühafizəsi
Dövlət, sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə zəruri şərtlər olduğu halda müdaxilə edə bilər. Bu şərtlər müsbət və mənfi şərtlərə ayrılır. Mənfi şərtlər dedikdə, bütövlükdə ölkə iqtisadiyyatına və sahibkarlıq fəaliyyətinə mənfi təsir göstərə bilən, sahibkarlıq fəaliyyətinin müxtəlif sahələrində yaranan mənfi təzahürlər başa düşülür. Bu halda, dövlətin rolu ondan ibarətdir ki, bu təzahürlərin, onların yaranması səbəblərinin vaxtlı-vaxtında müəyyən edib, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiqindən ibarətdir. Dövlətin sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxiləsi aşağıdakı şərtlər olduqda mümkün ola bilər:
1. milli təhlükəsizliyə təhlükə yarandıqda;
2. cəmiyyətdə sosial gərginlik olduqda;
3. iqtisadiyyatda mənfi təzahürlərin mövcudluğu (istehsalın azalması, inflyasiya, işsizliyin səviyyəsinin yüksəlməsi, büdcə kəsirinin olması, dünya bazarında milli məhsulun rəqabət qabiliyyətinin olmaması və s.);
4. ətraf mühitin vəziyyətinin pisləşməsi və s.