Blok Sual Mülkü müdafiə anlayışı, Yaranma tarixi, Azərbaycan vətəndaşlarının əsas vəzifələri


Zəlzələnin növləri. Əhalinin özünümüdafiə və davranış qaydaları



Yüklə 70,1 Kb.
səhifə13/19
tarix08.01.2022
ölçüsü70,1 Kb.
#51104
1   ...   9   10   11   12   13   14   15   16   ...   19
mülki gunay 1 ci blok

Zəlzələnin növləri. Əhalinin özünümüdafiə və davranış qaydaları

Azərbaycan Respublikasının ərazisi əsasən 8 baladək (dağıdıcı), bəzi zonaları isə 9 bal gücündə (viranedici) zəlzələ ehtimallı region hesab olunur.

Təbii fəlakətlərdən ən dəhşətlisi zəlzələdir. Zəlzələ yeraltı təkanlar, yerin üst qatının titrəməsi, nəticədə yer qabığında və ya yerüstu süxurların laylarında yarıqların əmələ gəlməsi və böyük məsafələrə ötürülən elastiki titrəyişlərdir.

 Zəlzələnin aşağıdakı növləri mövcuddur:

1.Tektonik zəlzələlər;

2. Vulkanik zəlzələlər;

3. Sualtı zəlzələlər;

4. Uçqun və bəndlərin yarılması nəticəsində yaranan törəmə zəlzələlər;

5. Meteoritin yerə düşməsi və ya planetimizin digər kosmik obyektlərlə toqquşması nəticəsində baş verən zəlzələlər.

Zəlzələnin gücünü və xarakteristikasını səciyyələndirən əsas parametrlər:

zəlzələnin maqnitudası,



zəlzələ ocağının dərinliyi və yerin səthində zəlzələ enerjisinin intensivliyidir.

Maqnituda – zəlzələnin törətdiyi elastik dalğaların enerjisini xarakterizə edən, 0-dan 8,5 – dək hədd çərçivəsində dəyişən enerjiyə mütənasib olan şərti kəmiyyətdir. Zəlzələnin maqnitudasını ölçmək üçün Rixter şkalasından istifadə edilir.


Yüklə 70,1 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin