Blok Sual Mülkü müdafiə anlayışı, Yaranma tarixi, Azərbaycan vətəndaşlarının əsas vəzifələri


Parisdə tibb xidməti generalı Corc Sant-Pol ―Cenevrə regionu Assosiasiyası‖ təşkilatını yaratmışdır



Yüklə 70,1 Kb.
səhifə2/19
tarix08.01.2022
ölçüsü70,1 Kb.
#51104
1   2   3   4   5   6   7   8   9   ...   19
mülki gunay 1 ci blok

Parisdə tibb xidməti generalı Corc Sant-Pol ―Cenevrə regionu Assosiasiyası‖ təşkilatını yaratmışdır. Bu təşkilatın əsasını qoyanların məqsədi bu idi ki, bütün ölkələrdə hələ sülh dövründə ikitərəfli və çoxtərəfli müqavilə əsasında əhalinin bəzi kateqoriyaları (qadınlar, uşaqlar, xəstələr və qocalar) üçün təhlükəsizlik zonaları yaradılsın. 1937-ci ildə vəfat edən general Sant-Polun vəsiyyəti ilə Assosiasiya Parisdən Cenevreyə köçürülmüşdür. Generalın məsləkdaşı Henri Corc Assosiasiyaya başçılıq etmiş və onun təşəbbüsü ilə Assosiasiya tərəfindən İspaniyada 1936-cı ildə baş verən vətəndaş müharibəsi zamanı əhalinin bəzi qrupları üçün Madriddə və Bilbaoda, 1937-ci ildə isə Yaponiya və Çin münaqişəsində Şanxayda bitərəf zona yaradılmış, dinc əhalini qorumağın mümkünlüyü nümayiş etdirilmişdir. 1954-cü ildə Berlində Mülki Müdafiə üzrə ilk Beynəlxalq Konfrans keçirildi. İkinci Beynəlxalq Konfrans 1957-ci ildə Florensiya şəhərində çağırıldı və nəzərə alındı ki, ―Cenevrə regionu Assosiasiyası‖ (qeyri-hökumət təşkilatı) Beynəlxalq Mülki Müdafiə Təşkilatına çevrildi. Yeni statusa əsasən ona hökumətləri, cəmiyyətləri, assosiasiyaları öz üzvlüyünə qəbul etmə səlahiyyətləri verildi.. 1966-cı il oktyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) nizamnaməsi qeydə alındı. Onun məqsədi –fövqəladə hadisələr baş verərkən vətəndaşların, həmçinin onların əmlakının təhlükəsizliyi və mühafizəsi üzrə tədbirlərin beynəlxalq səviyyədə həyata keçirilməsini təşkil etmək idi. Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı vəzifələri vardır: 1) mülki müdafiə sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etmək; 2) fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bacarmaq; 3) fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək və bilmək; 4) fövqəladə hadisələr zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək; 5) ilk tibbi yardım göstərilməsi qaydalarını öyrənmək və onu tətbiq etməyi bacarmaq; 6) mülki müdafiə işarələrini bilmək və onlara uyğun hərəkət etmək; 7) baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində müvafiq dövlət orqanlarına və qonşulara məlumat vermək; 8) mülki müdafiə sahəsində onlara tapşırılmış vəzifələri vicdanla yerinə yetirmək.


Yüklə 70,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin