Blok Sual Mülkü müdafiə anlayışı, Yaranma tarixi, Azərbaycan vətəndaşlarının əsas vəzifələri


Parisdə tibb xidməti generalı Corc Sant-Pol ―Cenevrə regionu Assosiasiyası‖ təşkilatını yaratmışdır



Yüklə 70,1 Kb.
səhifə5/19
tarix08.01.2022
ölçüsü70,1 Kb.
#51104
1   2   3   4   5   6   7   8   9   ...   19
mülki gunay 1 ci blok

Parisdə tibb xidməti generalı Corc Sant-Pol ―Cenevrə regionu Assosiasiyası‖ təşkilatını yaratmışdır. Bu təşkilatın əsasını qoyanların məqsədi bu idi ki, bütün ölkələrdə hələ sülh dövründə ikitərəfli və çoxtərəfli müqavilə əsasında əhalinin bəzi kateqoriyaları (qadınlar, uşaqlar, xəstələr və qocalar) üçün təhlükəsizlik zonaları yaradılsın. 1937-ci ildə vəfat edən general Sant-Polun vəsiyyəti ilə Assosiasiya Parisdən Cenevreyə köçürülmüşdür. Generalın məsləkdaşı Henri Corc Assosiasiyaya başçılıq etmiş və onun təşəbbüsü ilə Assosiasiya tərəfindən İspaniyada 1936-cı ildə baş verən vətəndaş müharibəsi zamanı əhalinin bəzi qrupları üçün Madriddə və Bilbaoda, 1937-ci ildə isə Yaponiya və Çin münaqişəsində Şanxayda bitərəf zona yaradılmış, dinc əhalini qorumağın mümkünlüyü nümayiş etdirilmişdir. 1954-cü ildə Berlində Mülki Müdafiə üzrə ilk Beynəlxalq Konfrans keçirildi. İkinci Beynəlxalq Konfrans 1957-ci ildə Florensiya şəhərində çağırıldı və nəzərə alındı ki, ―Cenevrə regionu Assosiasiyası‖ (qeyri-hökumət təşkilatı) Beynəlxalq Mülki Müdafiə Təşkilatına çevrildi. Yeni statusa əsasən ona hökumətləri, cəmiyyətləri, assosiasiyaları öz üzvlüyünə qəbul etmə səlahiyyətləri verildi. 1958-ci ildə Cenevrədə Mülki Müdafiə üzrə üçüncü Ümumdünya Konfransı çağırıldı. Konfransda 33 ölkədən 130 nümayəndə iştirak etdi. Konfransın gündəliyinə atmosferin radioaktivliyi, müharibə zamanı əhalinin köçürülməsi və mühafizəsi, Mülki Müdafiə işçilərinin beynəlxalq statusu və mədəni irsin qorunması kimi məsələlər daxil edilmişdir 1966-cı il oktyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) nizamnaməsi qeydə alındı. Onun məqsədi –fövqəladə hadisələr baş verərkən vətəndaşların, həmçinin onların əmlakının təhlükəsizliyi və mühafizəsi üzrə tədbirlərin beynəlxalq səviyyədə həyata keçirilməsini təşkil etmək idi.

BMMT Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə günü” kimi qeyd olunur. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1993-cü ildən bu təşkilatın üzvlüyünə qəbul olunmuş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.

Azərbaycan Respublikasında Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, bilavasitə rəhbərliyi isə Azərbaycan Respublikasının Baş Naziri həyata keçirir. Mülki Müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək, o cümlədən icraya nəzarət məqsədilə Fövqəladə Hallar Nazirliyi gündəlik rəhbərlik edir.




Yüklə 70,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin