Blok Sual Mülkü müdafiə anlayışı, Yaranma tarixi, Azərbaycan vətəndaşlarının əsas vəzifələri


Sülh və müharibə dövründə Fövqəladə hallar. Təsnifatı



Yüklə 70,1 Kb.
səhifə8/19
tarix08.01.2022
ölçüsü70,1 Kb.
#51104
1   ...   4   5   6   7   8   9   10   11   ...   19
mülki gunay 1 ci blok

Sülh və müharibə dövründə Fövqəladə hallar. Təsnifatı

FÖVQƏLADƏ HADİSƏLƏRİN TƏSNİFATI Fövqəladə hadisə – insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir. ehtimal olunan bütün fövqəladə hadisələri cəm halında götürsək, onda onları iki növə ayırmaq olar. - Münaqişəli; - Münaqişəsiz fövqəladə hadisələr. Münaqişəli fövqəladə hadisələrə: - hərbi toqquşmalar; - ekstremist siyasi mübarizə; - sosial partlayışlar; - milli və dini zəmində olan münaqişələr; - terrorizm; - tüğyan edən cinayətkarlığı aid etmək olar. Münaqişəsiz fövqəladə hadisələr: - təbii; - ekoloji; - texnogen xarakterli növləri nəzərə çarpır. Belə hadisələri onların mənşəyinə, xassələrinə görə xarakterizə edən bir çox əlamətləri üzrə qruplaşdırıb, təsnif etmək mümkündür. Respublikamızın ərazisində bütün bu növ fövqəladə hadisələrin baş vermə ehtimalı mövcuddur. Təsir dairəsinə (miqyasına) və nəticələrinin ağırlığına görə, fövqəladə hadisələr:



Lokal (qismən); 2. Obyekt miqyaslı (səciyyəli); 3. Yerli; 4. Regional; 5. Dövlət əhəmiyyətli (milli); 6. Qlobal xarakterli ola bilər. Lokal (qismi) hadisələr - iş yerndən (iş sahəsindən), mənzildən kənara yayılmır. Fövqəladə һallar bölünür: - Sülh dövrünün fövqəladə һallarına. - Müharibə dövrünün fövqəladə һallarına. Sülh dövrünün fövqəladə һallarına aid edilirlər: - təbii; - texnogen; - bioloji; - ekoloji; - sosial xarakterli FH. Təbii xarakterli fövqəladə hadisələrə aid edilirlər: Geofiziki FH: - zəlzələ; - vulkan püskürmələri MeteorolojiFH: - 11-12 ballıq fırtına, 12-15 ballıq qasırğa; - leysan yağışlar; - iri dolu; - quraqlıq; - güclü qar; - güclü qar çovğunu; - güclü buzlaşma, donvurma. Hidroloji FH: - suyun səviyyəsinin qalxması (daşqınlar) və düşməsi, - su hövzələrinin daşması; - yeraltı suların səviyyəsinin qalxması (subasma). Geoloji FH: - Sel; - Sürüşmə; - Torpaq uçqunu; - Qar uçqunu (marxallar); - Yerin yuxarı qatının köçməsi. Geniş miqyaslı kortəbii yanğınlar - meşə yanğınları, yeraltı yanğınlar, zəmi və çöl yanğınları da təbii fəlakət sayıla bilər. Texnogen xarakterli fövqəladə hadisələr: - Binaların qəflətən uçması; - radioaktiv maddələrin yayılması ilə baş verən qəzalar; - istehsalat qurğularının və ərazinin radioaktiv çirklənməsi ilə müşahidə edilən AES qəzalar; - ərazinin radioaktiv çirklənməsi ilə müşahidə edilən mühıəndis - təcrübə nüvə qurğularında qəzalar; - kimyəvi təhlükəli obyektlərində GTZM ətrafa yayılması ilə baş verən qəzalar; - bakterioloji və bioloji maddələrin hazırlanması, istehsalı, saxlanılması, daşınması ilə məşqul olan elmi - tədqiqat müəssisələrində həmin maddərin ətrafa yayılması ilə baş vermiş qəzalar; - su nəqliyyatında baş vermiş qəzalar; və s aiddir.


Yüklə 70,1 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin