Blok Sual Mülkü müdafiə anlayışı, Yaranma tarixi, Azərbaycan vətəndaşlarının əsas vəzifələri


sual Mülki Müdafiə sistemi , tədbirlərin planlaşdırması (zonalar, qruplar, dərəcələr)



Yüklə 70,1 Kb.
səhifə6/19
tarix08.01.2022
ölçüsü70,1 Kb.
#51104
1   2   3   4   5   6   7   8   9   ...   19
mülki gunay 1 ci blok

4 sual

Mülki Müdafiə sistemi , tədbirlərin planlaşdırması (zonalar, qruplar, dərəcələr).

mülki müdafiə sistemi — mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur; 3) fövqəladə hadisə — insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir; 4) fövqəladə hadisələrin qarşısının alınması — fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunması, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər sistemidir; 5) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması — insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata keçirilən qəza-xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir.

Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi Mülki müdafiə məsələlərinin həll edilməsi mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə təmin olunur. Mülki müdafiə tədbirləri Azərbaycan Respublikasının ərazisinin, onun ayrı-ayrı bölgələrinin, şəhərlərin, digər yaşayış məntəqələrinin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji və iqtisadi əhəmiyyəti, təbii və digər xüsusiyyətləri nəzərə alınmaqla müvafiq normativ sənədlərdə və planlarda nəzərdə tutulur. Mülki müdafiə tədbirləri Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilir və bu ərazidə olan bütün insanları əhatə edir. Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydası, mülki müdafiə üzrə zonalar, şəhərlərin qrupları və təsərrüfat obyektlərinin dərəcələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli Fərmanına müvafiq olaraq mülki müdafiə tədbirlərinin planlaşdırılmasının siyasi, iqtisadi, müdafiə əhəmiyyətini və digər amilləri nəzərə alaraq respublikanın ərazisi zonalara, şəhərləri mülki müdafiə üzrə qruplara aid edilir, təsərrüfat obyektləri isə mülki müdafiə üzrə dərəcələrə bölünür. Mülki müdafiə üzrə şəhərlərin üç qrupu: birinci qrup (I qrup), ikinci qrup (II qrup), üçüncü qrup (III qrup) şəhərlər bu Qaydalara 2 və 3 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilir.

Zonalar Bakı zonası Bakı şəhərinin 11 rayonu və Abşeron rayonu Gəncə zonası Gəncə və Naftalan şəhərləri, Ağstafa, Qazax, Tovuz, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şəmkir, Göygöl, Goranboy, Samux rayonları 7 Sumqayıt zonası Sumqayıt şəhəri, Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayonları Mingəçevir zonası Mingəçevir şəhəri, Ağdaş, Yevlax, Qax, Ucar, Balakən, Zaqatala, Oğuz, Şəki rayonları Əli Bayramlı zonası Şirvan şəhəri, Hacıqabul, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala rayonları 8 Naxçıvan zonası Naxçıvan Muxtar Respublikasının bütün rayonları Ağdam zonası Xənkəndi şəhəri, Ağdam, Ağcabədi, Bərdə, Zərdab, Tərtər, Xocavənd, Xocalı, Şuşa rayonları Cəbrayıl zonası Cəbrayil, Zəngilən, Qubadlı, Laçın, Füzuli rayonları Şamaxı zonası Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Göyçay, Kürdəmir, Qobustan rayonları Lənkəran zonası Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Masallı rayonları


Yüklə 70,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin