339) Radioterapiya zamanı inkişaf edən “ ümumi reaksiyalara” nə daxildir?
A) Şüa epiteliiti
B) Şüa dermatiti
C) Kserostomiya
D) Perixondrit
E) Əsəbilik
Ədəbiyyat: İ.H.İsayev Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı-2001
340) Selikli qişalarda inkişaf edən şüa reaksiyası necə adlanır?
A) Radioepiteliit
B) Şüa xorası
C) Şüa epidermiti
D) Eritema
E) İndurativ ödem
Ədəbiyyat: İ.H.İsayev Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı-2001
341) Göstərilən hansı şişlərin ionlaşdırıcı şüaların təsirinə həssaslığı yüksəkdir?
A) Seminoma
B) Qırtlaq şişləri
C) Sidik kisəsi şişləri
D) Damar- birləşdirici toxuma şişləri
E) Rabdomiosarkoma
Ədəbiyyat: İ.H.İsayev Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı-2001
342) Burun-udlaqda şişlərin morfoloji olarag strukturunu 75% hallarda təşkil edir:
A) Adenokarsinoma
B) Müxtəlif dərəcəli yastı hüceyrəli xərçəng
C) Adenokarsinoma və Hoçkin limfoması
D) Hoçkin limfoması və müxtəlif dərəcəli yastı hüceyrəli xərcəng
E) Hoçkin limfoması
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, s. 131
343) Beyin şişlərinin total şüalanması zamanı hansı kəskin reaksiyalar baş verir?
A) Ürək bulanma, qusma, baş agrıları
B) Epidermit
C) Şüa ezofaqiti
D) Şüa faringiti və epidermit
E) Şüa laringiti
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, s. 463
344) Servikal kanala sirayətlə (II mərhələ) uşaqlıqcisimi xərçəngində uşaqlığın artımlarla birlikdə genişləndirilmiş ekstirpasiyası cərrahi əməliyyatından sonra hansı şüa müalicəsinin aparılması məqsədəuyğundur?
A) Şüa terapiyası məqsədəuyğun deyil
B) Şüa terapiyası + Rentgenterapiya
C) Cərrahi müdaxilədən sonrakı müştərək şüa terapiyası
D) Kiçik çanağın CMD 30 qr xarici şüalanması
E) Kiçik çanağın CMD 40 – 45 qr xarici şüalanması
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
Dostları ilə paylaş: |