910) Şüa müalicəsində 95% izodoza sahəsinə daxil olan həcm necə adlanır?
A) Normal toxumaların tolerantlıq dozası
B) Minimal şüalanma sahəsi
C) Şiş toxumasının tolerantlıq dozası
D) OAR
E) Maksimum şüalanma sahəsi
Ədəbiyyat: İ.H.İsayev Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.50
911) Distasion və boşluq- toxumadaxili-orqandaxili şüalanmadan birlikdə istifadə edilməsi şüa müalicəsinin hansı növünə aiddir?
A) Kombinəolunmuş
B) 3DCRT
C) İMRT
D) Müştərək
E) Kompleks
Ədəbiyyat: İ.H.İsayev Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.50
912) Aşağıdakı hansı xəstəliyin müalicəsində 131-yod-metayodobenzilquaniddən (I-131 MIBG) istifadə olunur?
A) Kapoşi sarkoması
B) Qalxanvari vəzin xərçəngi
C) Kraniofaringioma
D) Feoxromositoma
E) Pineal şişlər
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 35
913) Radionuklid kapsulların şişlə təmasda və ya yaxın məsafədə terapevtik istifadəsi necə adlanır?
A) Braxiterapiya
B) İMRT
C) Konvensional şüa müalicəsi
D) İMRT
E) 3DCRT
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002.page 1-6.
Dostları ilə paylaş: |