488) Şüa müalicəsindən süd vəzisi xərçənginin müstəqil müalicə metodu kimi nə vaxt istifadə edilir?
A) Süd vəzisi xərçənginin I – II mərhələsində
B) Cərrahiyyə əməliyyatına əks göstəriş olan zamanı
C) Süd vəzisi xərçənginin II mərhələsində
D) Süd vəzisi xərçənginin III mərhələsində
E) Süd vəzisi xərçənginin II – III mərhələsində
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
489) Kişilərin süd vəzisi xərçəngi zamanı şüa müalicəsinə göstəriş olduqda həmin zonaya neçə Qr şüa müalicəsi aparmaq məsləhət görülür?
A) 15 – 20 Qr
B) 45 – 50 Qr
C) 20 Qr
D) 10 Qr
E) 20 – 30 Qr
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
490) )Aşağıdakılardan hansılar uşaqlıq boynunun xərçəngində şüa müalicəsinə tam əks-göstərişdir?
A) İltihabı proses, hamiləlik
B) Babasil xəstəlikləri
C) Bronxit
D) Tonzilit
E) Qastrit
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
491) Aşağıdakılardan hansında radioterapiya adekvat müalicə üsulu kimi istifadə oluna bilər?
A) Osteoxondrozda
B) Xondromada
C) Fibromada
D) Yuinq sarkomasında
E) Lipomada
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
Dostları ilə paylaş: |