496) Alt dodağın qırmızı haşiyəsi xərçənginin yaxın fokuslu rentgenterapiyasında cəmi mənbə dozası nə qədər olmalıdır?
A) 30 – 40 Qr
B) 20 – 30 Qr
C) 10 – 20 Qr
D) 40 – 50 Qr
E) 60 – 65 Qr
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
497) Dərinin yastı hüceyrəli xərçənginin radikal şüa müalicəsi zamanı cəmi mənbə dozası nə qədər olmalıdır?
A) 40 Qr
B) 30 Qr
C) 10 Qr
D) 60 Qr
E) 20 Qr
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
498) Aşağıdakılardan hansı cərrahi müdaxilədən əvvəlki şüa terapiyasına əks – göstəriş ola bilər?
A) Qrip
B) Miqren
C) Tromboblebit
D) Qanaxma, anemiya, ağır mərhələdə şəkərli diabet
E) Hipertoniya
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
499) Alt dodağın qırmızı haşiyəsi xərçənginin I mərhələsində şüa terapiyasının əsas hansı üsulundan istifadə olunur?
A) Yaxın məsafəli rentgenterapiya
B) Müştərək şüa terapiyası
C) Distansiyalı qammaterapiya
D) Toxumadaxili şüa terapiyası
E) Boşluqdaxili şüa terapiyası
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
500) Alt dodağın qırmızı haşiyəsi xərçənginin I mərhələsində yaxınfokuslu rentgenterapiya adətən neçə sahədən aparılır?
A) 2 sahədən
B) 4 sahədən
C) 3 sahədən
D) 1 sahədən
E) 5 sahədən
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
501) Aşağıdakılardan hansı qırtlaq xərçəngi zamanı şüa terapiyasına əks-göstərişdir?
A) Öskürək
B) Udqunmanın çətinləşməsi
C) Qırtlağın kəskin stenozu
D) Afoniya
E) Arıqlama
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
502) Qida borusu xərçəngi olan xəstələrdə radikal şüa terapiyası zamanı cəmi mənbə doza (CMD) birincili şişdə neçə Qr olmalıdır?
A) 50 – 55 Qr
B) 20 – 30 Qr
C) 30 – 40 Qr
D) 65 – 70 Qr
E) 40 – 50 Qr
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
503) Aşağıdakılardan hansı qida borusu xərçəngi olan xəstələrdə şüa terapiyasının ən ağır ağırlaşması sayılır?
A) Qanaxma ilə nəticələnən şişin dağılması
B) Ezofaqit
C) Epidermit
D) Hiperemiya
E) Ümumi zəiflik
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
504) Qamma terapiya cihazlarında əsasən hansı radioaktiv izotopdan istifadə olunur?
A) C 131
B) Ct 90
C) P 32
D) Au 198
E) Co 60
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
Dostları ilə paylaş: |