Bölmə Fizioterapevtik xidmətin təşkili 1 Fizioterapevtik şöbənin fəaliyyətində əsas göstərici hansıdır?


) Elektroyuxu üsulunda hansı tezlik diapazonu tətbiq edilir?



Yüklə 1,01 Mb.
səhifə2/17
tarix01.01.2017
ölçüsü1,01 Mb.
#4080
1   2   3   4   5   6   7   8   9   ...   17

63) Elektroyuxu üsulunda hansı tezlik diapazonu tətbiq edilir?
A) 170-500 Hs

B) 1-160 Hs

C) 600-900 Hs

D) 1600-2000 Hs

E) 1000-1500 Hs
Ədəbiyyat: Боголюбов В.М, Пономаренко Г. Н. Общая физиотерапия:Учебник.- М, 1999
64) Diadinamoterapiya üsulunda aparıcı amil hansıdır?
A) Yüksək tezlikli və gərginlikli, az şiddətə malik impuls cərəyanı

B) Uzadılmış eksponentli arxa fronta malik yarımsinusoidal formalı impuls cərəyanı

C) Sinusoidal formalı impuls cərəyanı

D) Düzbucaqlı formalı impuls cərəyanı

E) Daimi cərəyan
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
65) Kəskin ağrı sindromunun müalicəsi üçün diadinamoterapiya aparılan zaman cərəyan şiddəti hansı hissiyata qədər artırılır?
A) Orta vibrasiya

B) Zəif vibrasiya

C) Vibrasiya olmamalıdır

D) Əzələlərin yığılması

E) Aydın vibrasiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
66) Sinir-əzələ aparatının stimulyasiyası üçün diadinamoterapiya aparılan zaman cərəyan şiddəti hansı hissiyata qədər artırılır?
A) Zəif vibrasiya

B) Aydın vibrasiya

C) Stimulyasiya olunan əzələnin yığılması

D) Elektrodlar altında yanma hissiyatı

E) Orta vibrasiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
67) Amplipuls müalicəsi üsulunda aparıcı amil hansıdır?
A) Düzbucaqlı formalı impuls cərəyanı

B) Yüksək tezlikli dəyişn cərəyan

C) Az şiddətə malik, yüksək tezlikli və gərginlikli impuls cərəyan

D) Aşağı tezlikli rəqslərlə modulə olunan, sinusoidal formalı impuls cərəyanı

E) Sabit cərəyan
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
68) Sinusoidal modulə olunan cərəyanlarla müalicə üçün hansı apparat istifadə edilir?
A) «СНИМ-1»

B) «Интердин»

C) «Тонус-1»

D) «Амплипулс-4Т»

E) «Поток-1»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
69) Sinusoidal modulə olunmuş cərəyanlarla müalicə prosesində ağrı sindromunun azalması zamanı modulyasiyanın tezliyini necə dəyişirlər?
A) 100-ə keçirirlər

B) 0-a keçirirlər

C) Azaldırlar

D) Dəyişmirlər

E) Artırırlar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
70) Bir neçə sahəyə amplipulsun təyinatı zamanı prosedurun müddəti nə qədər olmalıdır?
A) 20-30 dəq

B) 15-20 dəq

C) 30- 40 dəq

D) 5-10 dəq

E) 10-15 dəq
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
71) Flüktuorizasiya zamanı hansı cərəyan növü istifadə edilir?
A) Alçaqtezlikli dəyişən cərəyan

B) Düzbucaqlı formalı sabit cərəyan

C) Aşağı gərginlikli sabit cərəyan

D) Aşağı gərginlikli aperiodik, küylü cərəyan

E) Yüksək tezlikli impuls cərəyanı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
72) Flüktuorizasiya zamanı hansı rəqs tezliyinə malik cərəyanlar tətbiq edilir?
A) 2,5 kHs

B) 5000 Hs

C) 880 kHs

D) 10 Hs-20 kHs

E) 100 Hs
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
73) Flüktuorizəedici cərəyanların hansı növü elektroforez üçün istifadə edilə bilər?
A) Bir qütblü küylü cərəyan

B) İki yarımdövrlü fasiləsiz

C) İki qütblü simmetrik

D) Bir yarımdövrlü fasiləsiz

E) İki qütblü qeyri simmetrik
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
74) İnterferensterapiyada hansı cərəyanlar istifadə edilir?
A) 100-2000 Hs hüdudunda amplitud və tezliyinə görə nizamsız dəyişən az şiddətli və aşağı gərginlikli sinusoidal dəyişən cərəyan

B) Yuxarı gərginlikli və az şiddətli sinusoidal cərəyan

C) 3000-5000 Hs hüdudunda tezliyə malik sinusoidal dəyişən cərəyanlar

D) Aşağı gərginlikli və az şiddətli daimi cərəyan

E) İki aşağı tezlikli daimi impuls cərəyanları
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
75) İnterferensterapiya aparmaq üçün hansı aparatlar istifadə edilir?
A) «Полюс-1»

B) «Тонус-1»

C) «Интердин»

D) «Амплипульс»

E) «Поток-1»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
76) İnterferensterapiya zamanı bir nahiyyəyə edilən təsir müddəti nə qədər təşkil olunur?
A) 35-45 dəq

B) 45-60 dəq

C) 3-5 dəq

D) 20-30 dəq

E) 10-15 dəq
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
77) İnterferens cərəyanların ağrıkəsici təsiri zamanı hansı tezliklər tətbiq edilir?
A) 1-10 Hs

B) 50-100 Hs

C) 200-250 Hs

D) 150-200 Hs

E) 100-150 Hs
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
78) Xəstəliyin başlanğıcında ilkin elektrodiaqnostik müayinə hansı dövrdə aparılır?
A) Bir ay sonra

B) İkinci həftədə

C) Üç həftədən sonra

D) Birinci həftədə

E) Kurs müalicəsi bitdikdən sonra
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
79) Xəstəliyin başlanğıcında təkrar elektrodiaqnostik müayinə hansı dövrdə aparılır?
A) Üç ay sonra

B) Kurs müalicə bitdikdən sonra

C) Üçüncü həftədə

D) İki ay sonra

E) Bir ay sonra
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
80) Cərəyanın güc həddinin dəyişilməsi zamanı hansı elektrik oyanıqlığı pozuntuları müşahidə edilir?
A) Elektrik oyanıqlığının olmaması

B) Tam dəyişilmə reaksiyası

C) Kəmiyyət pozuntuları

D) «B» tipli keyfiyyət pozuntuları

E) «A» tipli keyfiyyət pozuntuları
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
81) Tetanizəedici və qalvanik cərəyana qıcıqlandırıcı təsirinə sinir reaksiyası olmadıqda, həmçinin qalvanik cərəyanın təsirinə əzələnin oyanıqlığının saxlanılması zamanı hansı xüsusiyyət yer tutur?
A) Kəmiyyət dəyişiklikləri

B) «B» tipli hissəvi dəyişilmə reaksiyası

C) «A» tipli hissəvi dəyişilmə reaksiyası

D) Elektrik oyanıqlığının tam itirilməsi

E) Tam dəyişilmə reaksiyası
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
82) Tetanizəedici və qalvanik cərəyana qarşı sinir və əzələlərdə heç bir reaksiyanın olmaması zamanı hansı xüsusiyyət yer tutur?
A) «B» tipli hissəvi dəyişilmə reaksiyası

B) Kəmiyyət dəyişiklikləri

C) Elektrik oyanıqlığının tam itirilməsi

D) Tam dəyişilmə reaksiyası

E) «A» tipli hissəvi dəyişilmə peaksiyası
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
83) Elektroyuxunun müalicəvi təsirində əsas effektlər hansılardır?
A) Desensibilizəedici

B) Trofiki

C) İltihab əleyhinə

D) Sedativ

E) Lifayırıcı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
84) Elektroyuxunun təsirinə əsas hansı mexanizmlər daxildir?
A) Humoral

B) Reflektor

C) Xarici tənəffüsün səthiləşməsi və səngiməsi

D) Qabıq, beyin strukturlarına cərəyanın birbaşa təsiri

E) Toxumalarda eksudasiyanın artması
Ədəbiyyat: Улащик, В.С.Общая физиотерапия / В.С.Улащик, И.В.Лукомский.Минск. 2003
85) Elektroyuxunun təyinində hansı xəstəliklər göstərişdir?
A) Üzdə ekzema və dermatit xəstəliyinin kəskin mərhələsi

B) Tireotoksikoz

C) Hipertoniya xəstəliyinin üçüncü mərhələsi

D) Xroniki haymoriti

E) Nevrozlar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
86) Elektroyuxu müalicəsinin təyinatı üçün hansı xəstəliklər əks göstərişdir?
A) Enurez

B) Yanıq xəstəliyi

C) Kəskin iltihabi göz xəstəlikləri

D) Fantom ağrılar

E) Nevrozlar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
87) Transsereblar elektrostimulyasiyanın təyinatı üçün hansı xəstəliklər göstərişdir?
A) Tutma vəziyyətləri, epilepsiya

B) Baş beynin travmaları və şişləri

C) Elektrodların qoyulduğu nahiyyədə dəri zədələnmələri

D) Stenokardiya tutmaları

E) Nevroz
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
88) Transserebral elektrostimulyasiyanın təyinatı üçün hansı xəstəliklər əks göstərişdir?
A) Alkoqol abstinent vəziyyəti

B) Diatez

C) Tutma vəziyyətləri, epilepsiya

D) Mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri

E) İmmunodefisit
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
89) Diadinamik cərəyanların ağrıkəsici təsir mexanizmində hansı amillər əsas rol oynayır?
A) Periferik sinir uclarının blokadası

B) Toxumalarda eksudasiyanın artması

C) Bioloci fəal maddələrin formalaşması

D) Azot və ozon oksidlərinin əmələ gəlməsi

E) Periferik sinirlərin oyanıqlığı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
90) Diadinamoterapiyaya hansı xəstəliklər əks göstərişdir?
A) Kəskin oynaqdaxili zədələnmələr

B) Obliterəedici endarteriit

C) Xroniki iltihabi proseslər

D) Kökcük sindromu ilə gedən onurğaarası osteoxondroz

E) Kəskin bradikardiya şəklində ritm pozğunluğu ilə gedən ürəyin işemik xəstəliyi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
91) Diadinamoterapiyanın təyinatında hansı xəstəliklər göstərişdir?
A) Kəskin pnevmoniya

B) Artrozlar

C) Böyrək və öddaşı xəstəliyi

D) Bağ aparatının qırılması

E) Kəskin iltihabi proses
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
92) Diadinamoterapiyanın aparılması üçün hansı aparatlar istifadə edilir?
A) «Поток-1»

B) «Минитерм»

C) «Полюс-1»

D) «СНИМ-1»

E) «Гинетон-1»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
93) Diadinamik cərəyanlarla sinir- əzələ aparatının stimulyasiyası üçün hansı cərəyan növləri tətbiq edilir?
A) İkiyarımdövrlü dalğalı

B) Qısa dövr

C) Biryarımdövrlü fasiləsiz

D) Uzun dövr

E) Daimi modulyasiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
94) Diadinamoterapiya zamanı «dalğavari cərəyanların» tətbiqi nə zaman göstərişdir?
A) Venoz qan dövranının yaxşılaşması

B) Oyadıcı

C) Kapillyar qan dövranının yaxşılaşması

D) Damar tonusunun yaxşılaşması

E) Sinir əzələ aparatının stimulyasiyası
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
95) Sinusoidal modulə olunmuş cərəyanlarla müalicə hansı xəstəliklərdə göstərişdir?
A) Kəskin tromboflebit

B) Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi

C) Böyrək və öddaşı xəstəlikləri

D) Ürək ritminin bradikardiya şəkilli pozğunluğu

E) Bağ gərilmələrinin kəskin dövrü
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
96) Amplipuls müalicənin aydın ağrıkəsici təsiri hansı cərəyan növündə qeyd edilir?
A) Səngiyən tezlik

B) «Göndəriş-fasilə»

C) Biryarımdövrlü ritmik

D) «Göndəriş- aparıcı tezlik»

E) Səngiyən tezlik-fasilə
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
97) Amplipuls müalicə zamanı modulyasiyanın dərinliyi hansı vəziyyətlərdə 100%-dən artıq təyin edilir?
A) Elektrik oyanıqlığının ağır formalı pozğunluğunda sinir-əzələ aparatının stimulyasiyası üçün

B) Kəskin ağrı sindromunda

C) Toxumaların trofikasının bərpası üçün

D) Hamiləlikdə

E) İltihab prosesi zamanı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
98) Flüktuorizasianin müalicəvi təsiri üçün hansı cəryan formaları tətbiq edilir?
-

A) İkiqütblü simmetrik

B) Biryarımdövrlü fasiləsiz

C) Yüksək gərginlikli, orta tezlikli dəyişən impuls cərəyanları

D) İkiyarımdövrlü fasiləsiz

E) Yüksək tezlikli elektromaqnit sahəsi


Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
99) Flüktuorizə edici cərəyanlar hansı müalicəvi təsir göstərirlər?
A) Antiallergik

B) Damardaraldıcı;

C) Analgezəedici

D) Hipokoaqulyasion

E) Desensibilizəedici
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
100) Flüktuorizəedici cərəyanlar müalicə məqsədilə hansı xəstəliklərdə tətbiq edilir?
A) Miokard infarktı

B) Menyer sindromu

C) Xora xəstəliyi

D) Hipertonik kriz

E) Üz sinirinin nevriti
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
101) İnterferens cərəyanlar hansı təsir göstərir?
A) Desensibilizəedici təsir göstərir

B) Periferik qan dövranını fəallaşdırır

C) Toxumaların trofikasını yaxşılaşdırır

D) Bakterisid təsir göstərir

E) Sinir lifinin keçiriciliyini bərpa edir
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
102) İnterferens terapiya hansı xəstəliklərdə təyin edilir?
A) Oynaqların degenerativ-distrofik xəstəlikləri

B) Kəskin və irinli iltihab prosesləri

C) Tromboflebit

D) Hemartrozla müşaiyət olunan yenicə baş vermiş oynaqdaxili zədələnmələr

E) Qanaxmaya meyillilik
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
103) Elektrodiaqnostikanın aparılması üçün hansı cərəyanlar istifadə edilir?
A) Eksponensial

B) Yarımsinusoidal

C) İmpuls

D) Qalvanik

E) Sinusoidal
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
104) Elektrodiaqnostikanın aparılması üçün hansı təsir sahələrindən istifadə edilir?
A) Əzələnin sümüyə birləşən nahiyyəsi

B) Dərinin fəal nöqtəsi

C) Əzələnin vətərə keçən nahiyyəsi

D) Sinirin hərəki nöqtələri

E) Qığırdaq toxuması
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
105) Elektrodiaqnostikanın aparılması üçün hansı üslublardan istifadə edilir?
A) Reflektor

B) Unipolyar, bipolyar

C) Lokal

D) Seqmentar

E) Reflektor-seqmentar
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
106) Elektrodiaqnostikanın aparılması üçün hansı aparatlar tətbiq edilir?
A) «Боп-4»

B) «СНИМ-1»

C) «Интердин»

D) «УЭИ», «КЭД»

E) «Тонус-1»
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
107) Elektrodiaqnostik müayinə nəyi müəyyən edir?
A) Venoz qan dövranı pozulmasını

B) Arterial qan dövranını pozulmasını

C) Oynaqlarda hərəkət pozulmasını

D) Kapilyar qan dövranının pozulmasını

E) Zədələnmə lokalizasiyasını
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
108) «A» tipli dəyişilmə reaksiyasının əlamətləri hansı göstəricilər hesab edilir?
A) Əzələlərin sürətli yığılması

B) Qütbləşmənin bərabərləşməsi («КЗС» bərabərdir «АЗС»)

C) Brenner-Pflüqer formulasının dəyişilməsi (KZS kiçikdir AZS)

D) Brenner-Pflüqer formulasının pozulması («КЗС» kiçikdir «АЗС»)

E) Zəif xüsusiyyətli soğulcanabənzər əzələ yığılmaları
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
109) «B» tipli dəyişilmə reaksiyasının əlamətləri hansı göstəricilər hesab edilir?
A) Sürətli əzələ yığılmaları

B) Qütbləşmənin bərabərləşməsi («КЗС» bərabərdir «АЗС»)

C) Brenner-Pflüqer formulasının dəyişilməsi (KZS kiçikdir AZS)

D) Tetanəedici cərəyanan sinir və əzələlərin reaksiyasının saxlanması

E) Süst xüsusiyyətli əzələ yığılması
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
110) Elektrostimulyasiyanın təyinatı üçün hansı vəziyyətlər göstərişdir?
A) Skelet əzələlərinin parez və iflicləri

B) Əzələlərin yüksək elektrik oyanıqlığı

C) Sümük sınıqlarının konsolidasiyadan əvvəlki vəziyyətləri

D) Sümük sınıqları

E) Arterial qan dövranı pozulmaları
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
111) Elektrostimulyasiya hansı vəziyyətlərdə əks göstərişdir?
A) İmobilizasiyadan sonra əzələ atrofiyası

B) Skelet əzələlərinin parez və iflicləri

C) Üz əzələ kontrakturasının ilkin əlamətləri

D) Daxili orqanların saya əzələlərinin atoniyası

E) Sidik kisəsinin funksiyasının pozulması
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
112) Elektrostimulyasiyanın aparılması üçün hansı aparatlar istifadə edilir?
A) «Лэнар»

B) «БОП-4»

C) «УЭИ-1»

D) «Potok-1»

E) «Полюс-1»
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
113) Elektrik oyanıqlığının kütləvi dəyişiklikləri zamanı elektrostimulyasiya üçün hansı cərəyan növü istifadə edilir?
A) Sinusoidal

B) Eksponensial

C) Qalvanik

D) Düzbucaqlı

E) İmpuls
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
114) «A» və «B» tipli elektrik oyanıqlığının kəmiyyət pozğunluqları zamanı stimulyasiya üçün hansı cərəyan növlərindən istifadə etmək məqsədəuyğundur?
A) Sinusoidal

B) Düzbucaqlı

C) Qalvanik

D) Yarımsinusoidal

E) Tetanizəedici
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
115) Tonüstü cərəyanlarla müalicə (ultratonterapiya) üsulunda hansı cərəyanlar tətbiq edilir?
A) Yüksək gərginlikli, az şiddətli, yüksək tezlikli cərəyan

B) Aşağı tezlikli impuls cərəyanı

C) Aşağı tezlikli dəyişən cərəyan

D) Daimi gərginlikli elektrik cərəyanı

E) Yüksək şiddətli və gərginlikli sinusoidal dəyişən cərəyan
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
116) Ultraton terapiya aparatlarına hansilar aiddir?
A) «Ултратон -10-01» aparatı

B) «Ундатерм-80» aparatı

C) «Луч-2» aparatı»

D) «Орион» aparatı

E) «Узор 2-К» aparatı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
117) Ultratonterapiya cərəyanı hansı rəqs tezliyinə malikdir?
A) 110 kHs

B) 27,12 mHs

C) 22 kHs

D) 13.56 mHs

E) 40,68 mHs
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
118) Tonüstü tezlikli cərəyanın təsiri nəyin köməyi ilə həyata keçirilir?
A) Reflektorlar

B) İnduktorlar

C) Vakuum elektrodlar

D) Kondensator lövhəciklər

E) Şüalandırıcılar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
119) Tonüstü cərəyanın təsiri dəridə hansı hissiyatları yaradır?
A) Yanma

B) Əzələ yığılması

C) Vibrasiya

D) Soyuma

E) İstilik
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
120) «Darsonvalizasiya» müalicə üslubunda hansı cərəyan tətbiq edilir?
A) Aşağı tezlikli dəyişən cərəyan

B) Az şiddətli, yüksək gərginlikli, yüksək tezlikli dəyişən impuls cərəyanı

C) Dəyişən elektrik sahəsi

D) Elektromaqnit sahəsi

E) Aşağı gərginlikli daimi cərəyan
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
121) Darsonval cərəyanının təsiri zamanı nə istifadə edilir?:
A) Üç elektrod

B) Dörd elektrod

C) Bir elektrod

D) İki elektrod

E) Solenoid
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003.
122) Darsonval cərəyanı nəyə qadirdir?
A) Dərinin sinir reseptorlarının həssaslığını azaltmaq

B) Regenerasiyanı azaltmaq

C) Mübadilə prosesini zəiflətmək

D) Əzələnin yığılmasını törədərək onun reseptorlarını qıcıqlandırmaq

E) Dəridə hipotermiya törətmək
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
123) İnduktotermiya müalicə üsulunda hansı cərəyan növü tətbiq edilir?
A) Ultrayüksək tezlikli elektrik sahəsi

B) Yüksəktezlikli dəyişən elektromaqnit, əsasən maqnit sahəsi

C) Yüksək tezlikli dəyişən cərəyan

D) İfratyüksək tezlikli elektromaqnit şüalanması

E) Yüksək gərginlikli daimi elektrik sahəsi
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
124) İndukotermiya üsulunda enerjinin çatdırılması üçün nə tətbiq edilir?
A) Kondensator lövhəciklər

B) İnduktor-disk və induktor-kabel

C) Şüalandırıcı

D) Şüşə vakuum elektrod

E) Qurğuşun elektrodlar
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
125) İnduktotermiya üsulunda maqnit sahəsi hansı rəqs tezliyinə malikdir?
A) 22,2 mHs

B) 13,56 mHs

C) 5000 Hs

D) 2375 mHs

E) 460 mHs
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
126) Yüksək tezlikli dəyişən maqnit sahəsinin çatdırılması zamanı toxumalarda nə baş verir?
A) Su molekulları vasitəsilə rezonans udulma

B) Elektrik yüklənmiş hissəciklərin bir istiqamətdə yerdəyişməsi

C) Elektrik yüklənmiş hissəciklərin rəqsi hərəkəti

D) Yüklənmiş hissəciklərin stabil qütbləşmə prosesləri

E) Kavitasion proseslər
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
127) İnduktotermiya üsulunda enerjinin udulması nəyin yaranması ilə müşaiyət olunur?
A) Fotodinamik effektin

B) Sərbəst radikalların

C) Mexaniki enercinin

D) Aeroionların

E) İstiliyin
Ədəbiyyat: Улащик, В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003
128) İnduktotermiya zamanı istilik prosesləri hansı dərinlikdə yaranır?
A) 5 mm

B) 7-8 sm

C) 1 mm

D) 1 sm


E) 10 sm
Ədəbiyyat: Улащик В.С. Общая физиотерапия / В.С. Улащик, И.В. Лукомский. Минск. 2003


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin