256. İkinci dərəcəli yataq yarasının əlaməti hansıdır?
A) Qızartı
B) Avazıma
C) Yara
D) Nekroz
E) Ödem və suluqlar
Yataq yarası mikrosirkulyasiyanın pozulması nəticəsində dəri, dərialtı və digər yumşaq toxumalarda əmələ gələn distrofik, yaralı- nekrotik prosesdir. Prosesin klinik şəkli belə başlayır : I mərhələdə dəri avazıyır, sonra qızarır; II mərhələdə qızarmış nahiyədə ödem və suluqlar əmələ gəlir; III mərhələdə bu suluqların yerində yara və nekroz əmələ gəlir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 63. “ Təhsil” Bakı 1998
257. Üçüncü dərəcəli yataq yarasının müalicəsi necə aparılmalıdır?
A) Cərrahi üsulla
B) 10%-li kamfora spirti ilə silmək
C) 700-li etil spirti ilə silmək
D) Masaj etmək
E) Vazelin sürtmək
Yataq yarasını III mərhələsində nekroz əmələ gəlir .Belə halda müalicə ancaq cərrahi yolladır. Nekrozun sərhədləri aydın seçildikdə cərrahi yolla ölmüş toxumalar kəsilib götürülür və yaraya 1% -li kalium- permanqnat məhlulu ilə isladılmış steril salfet qoyulur, sarğı gündə 2-3 dəfə dəyişilir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh 53. “Çıraq “ 2008
Dostları ilə paylaş: |