Yenidoğulmuşlarda 3-5 ci gün vərəm əleyhinə BSJ vaksini vurulur. Peyvənd xüsusi otaqda xüsusi şprislə (1 qramlıq) ehtiyyatla, diqqətlə vurulmalıdır. Diqqətsizlik infeksiyanın yayılmasına səbəb ola bilər. Ona görə də BSJ vaksinini xüsusi hazırlıq keçmiş tibb bacısı vurmalıdır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı . 2007 səh38 320. Yeni doğulmuşun vəziyyəti doğularkən hansı şkala ilə qiymətləndirilir?
A) Duboviç
B) Sinverman
C) Apqar
D) Ortner
E) Neçeporenko
Yenidoğulmuşların vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir. Bu şkalaya görə uşaqda 5 əlamət: ürək döyünməsi, şərtsiz reflekslər, tənəffüsün sayı, əzələ tonusu , dərinin rəngi müayinədən keçirilərək müvafiq balla hesablanır .