335. Vaxtından əvvəl doğulmuş uşaq öz çəkisini ilk günlər neçə qram itirə bilər?
A) 200-600 qr
B) 500 qr
C) 1000 qr
D) 150-300 qr
E) 100 qr
Vaxtından əvvəl doğulmuş uşaq öz çəkisini ilk günlər 150-300 qram itirə bilər ki, bu da onun qidalanmasının zəif olması , ana südünün az olması və sidiklə maye itirməsi nəticəsində baş verir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 46 .
336. Yumurta sarısı hansı vitaminlərin mənbəyidir?
A) A, D, E, K
B) A, D, E, B6
C) A, D, B1, B6
D) A, D, C, PP
E) A, E, K, B2
Yumurta sarısı A, D, E, K vitaminlərinin mənbəyidir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.188
Dostları ilə paylaş: |