341. Meninqokokk bakteriyaları orqanizmə hansı yolla daxil olur?
A) Limfogen
B) Hematogen
C) Tənəffüs
D) Mədə-bağırsaq
E) Sidik-ifrazat
Meningitlə yoluxma zamanı meninqokoklar hava damcı yolu ilə yayılir. Giriş qapısı yuxarı tənəffüs yollarıdır.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 441
342. Meningit xəstəliyinə yoluxmuş uşaqla təmasda olan uşaq neçə gün karantində olmalıdır?
A) 7 gün
B) 5 gün
C) 10 gün
D) 21 gün
E) Karantin müddəti qoyulmur
Meningit aşkar edilərsə təmasda olan uşaqlar izolə edilir, 10 gün müddətində hər gün termometriya aparılmalı, burun boğaz və dəri örtükləri müayinə olunmalıdır.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 442
Dostları ilə paylaş: |