353. Parotit infeksiyası zamanı hansı vəzilər zədələnir?
1. Qulaqdibi
2. Tüpürcək vəziləri
3. Qoltuqaltı vəzilər
4. Tər vəziləri
5. Piy vəziləri
6. Cinsi vəzilər
A)1,2
B) 2,4
C)3,5
D)5,6
E)3,6
Parotit infeksion məşəlli xəstəlikdir.Virus yuxarı tənəffüs yollari ilə orqanizmə daxil olub, qulaq dibi ,tüpürcək vəzlərini zədələyir.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 səh 471
354. Bağırsaq infeksiyaları zamanı eksikoz və toksikoz müşahidə olunarsa, mübarizə üçün əsas terapevtik prinsip hansıdır?
A) Vitaminoterapiya
B) Parenteral duz məhlullarının yeridilməsi
C) Stimulyasiyaedici terapiya
D) Hormonterapiya
E) Fitoterapiya
Bağırsaq infeksiyalari zamanı su və elekrolitlərin itkisi baş verir. Bu itkini bərpa etmək ücün parenteral yolla duz məhlulları yeridilir.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 səh 482
Dostları ilə paylaş: |