357. Hepatit A zamanı inkubasion dövr nə qədər davam edir?
A) 2 gün
B) 1 həftə
C) 1 aya qədər
D) 3 aya qədər
E) 1 il
Hepatit A-nın inkubasion dövrü bir aydır. Hepatit A xəstəlinin infeksiya mənbəyi xəstə və rekonvalestentlərdir. Qida məhsulları, su və kontakt- məişət yolu ilə də xəstəliyə yoluxma baş verir.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 487
358. Hepatit B zamanı inkubasion dövr nə qədər davam edir?
A) 1 il
B) 1-3 gün
C) 2-4 həftə
D) 6 həftə-6 ay
E) 2 il
Hepatit B zamani inkubasion dövr 6 həftədən 6ayadək davam edə bilər.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 489
359. Hepatit xəstəliyi olan uşaqla təmasda olan uşaq üçün karantin neçə gündür?
A) 7 gün
B) 10 gün
C) 35 gün
D) 6 ay
E) 4 gün
Hepatitə yoluxmuş uşaqla kontaktda olanlar 35 gün ərzində izolyasiya edilir. Bu müddət ərzində termometriya keçirilir, dərinin, sidiyin nəzarəti aparırılır.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 489
360. Aşağıdakı bakterial infeksiyalardan hansını idarəolunan xəstəliyə aid etmək olar?
A) Skarlatina
B) Salmanelyoz
C) Difteriya
D) Botulizm
E) Qara yara
Vaksini mövcud olan infeksion xəstəliklər – idarə olunan xəstəliklər adlanır. Sadalanan infeksion xəstəliklərdən difteriya – idarə olunandır.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Modul 1 Bakı 2010 səh7
361. Hansı hallarda difteriyaya şübhəli şəxslərin udlağından bakterioloji müayinə üçün yaxma götürülür?
A) Diareya olduqda
B) Yüksək hərarət olduqda
C) Badamcıqlarda ərp olduqda
D) Səpgi zamanı
E) Tənəffüs çətinləşdikdə
Difteriyalı xəstə ilə kontaktda olan şübhəli şəxslərin badamcıqlarında ərp olduqda bakterioloji müayinə aparılır.
Ədəbiyyat:Л.A.Исаeva,Л.К.Бaжenova»Детские Болезни»Mockвa1986 стр 562
Dostları ilə paylaş: |