377. Yenidoğulmuşun ağzında selikli qışada ərp :süd yarası aşkar edilir.Bu bilavasitə nəyə səbəb olur?
A) Bədən temperaturunun yüksəlməsinə
B) Sidik ifrazının pozulmasına
C) Əmmənin çətinləşməsinə
D) Defekasiya aktının tezləşməsinə
E) Tənəffüsün tezləşməsinə
Süd yarası zamanı göbələklər ağızın selikli qişasında, dilin üzərində ağ ərp əmələ gətirir.Uşağın əmməsi çətinləşir. Uşaq narahat olur, pis yatır, çəkisi az artır.
Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 32
378. Uşağın ilk qidası olan ağız südünün (molozivo) yetişmiş südə nisbətən üstünlüyü nədir?
A) tərkibində yağlar azdır
B) tərkibində fermentlər çoxdur
C) tərkibində zülal azdır
D) tərkibində immunoqlobulinlərin miqdarı çoxdur
E) tərkibində karbohidrat azdır.
Molozivo və ya ağız südu – qatı , yüksək kalorili , yapışqana bənzər sarı rəngli mayedir . Yetişmiş ana südundən fərqli olaraq immunoglobulinlərlə zənqindir , bu da uşağı infeksiyalardan qoruyur.
Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 33
Dostları ilə paylaş: |