388. Hansı uşaqlara tərəvəz püresi daha erkən müddətdə təyin edilir?
A) Hipotrofiyalı uşaqlara
B) Raxit, anemiyası olan uşaqlara, yarımçıq doğulmuşlara
C) Ekiz doğulmuşlara
D) Bətndaxili zədələnməsi olan uşaqlara
E) Kesəriyyə əməliyyatı ilə doğulmuş uşaqlara
Raxitli , anemiyali , yarımçıq doğulmuş uşaqlara tərəvəz püresi erkən təyin edilir ki , yaranmiş mineral defisiti qida ilə aradan qaldırılsın.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтp 84
389. Sadə qarışıqlar nə ilə hazırlanır?
A) Tərəvəz həlimi və düyü həlimi ilə
B) Mannı yarması və su ilə
C) Kəsmik və düyü həlimi ilə
D) Düyü həlimi və qatıqla, düyü həlimi və südlə
E) Qatıq və südlə
Sadə qarışıqlar düyü həlimi və qatıqla, düyü həlimi və südlə 5% şəkər qatmaqla hazırlanır. Bu qarışığın kaloriliyi yüksək olur, tez sorulur. Bağırsağı qıcıqlandırmır.
Ədəbiyyat: Л.A.Исaeва,Л.К.Баженова»Детские Болезни»Медицина 1986 стр 108
Dostları ilə paylaş: |