395. Spazmofiliya qıcolması zamanı ilkin təcili yardım hansıdır?
A) Süni tənəffüs və oksigen verilir
B) Ürəyin qapalı masajı aparılır
C) Naşatır spirti ilə qıcıqlandırılır, havaya çıxarılır.
D) Ürək dərmanları verilir.
E) Antibiotik vurulur.
Spazmofiliya zamanı qıcolma baş verərsə xəstəyə təcili yardım göstərilməlidir.: naşatır spirti iylətmək, sünii tənəffüs vermək, qıcolma əleyhinə preparatlardan istifadə etmək lazımdır.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 35
396.Uşaqlarda qanda şəkərin artması necə adlanır?
A) Hipoqlükozuriya
B) Hipoqlikemiya
C) Hiperqlikemiya
D) Hiperqlükozuriya
E) Leykopeniya
Normada qanda qlükozanın miqdarı 3,3-5,5 mmol/l olur. Qanda şəkərin artması hiperqlikemiya adlanır.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008səh 335
397. Şəkərli diabet hansı üzvün hipofunksyasının nəticəsidir?
A) Böyrəyin
B) Qaraciyərin
C) Dalağın
D) Mədəaltı vəzin
E) Hipofizin
Şəkərli diabet polietioloji xəstəlikdir. Xəstəliyin baş verməsində irsi amil də rol oynayır.Başlıca səbəb mədəaltı vəzin insulin sintezi və sekresiyasının pozulmasıdır. Uşaq yaşlarında boy artımı cinsi inkişafla əlaqədar oladuğundan insulinə tələbat yüksək olur. Bu isə insulyar aparatın tükənməsinə səbəb olur. Nəticədə diabet inkişaf edir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008, səh 333.
Dostları ilə paylaş: |