403. Kollaps nədir?
A) Qaraciyər çatışmazlığı
B) Böyrək çatışmazlığı
C) Kəskin damar çatışmazlığı
D) Mübadilə pozğunluğu
E) Qida çatışmazlığı
Kollaps arterial təzyiqin kəskin surətdə aşağı düşməsi, periferik qan dövranının pozulması ilə müşahidə edilən, həyat üçün təhlükəli olan kəskin damar çatışmazlığıdır.
Ədəbiyyat: Л.A.Исaevа, Л.К.Баженова «Детские Болезни», Медицина 1986 стр 218
404. Alimentar anemiyaya uşaq yaşının hansı dövründə rast gəlinir?
A) Yenidoğulma dövründə
B) Südəmər dövrdə
C) 1-3 yaşlı uşaqlarda
D) 3 yaşdan böyük uşaqlarda
E) Məktəb yaşında
Uşaqlarda erkən yaş dövründə qan yaranma prosesi çox sürətlə gedir, qan yaradan orqanlar çoxlu miqdarda zülal, vitaminlər, mikroelementlər sərf edir. Ona görə də qidalanma və qulluğun pozulması infeksion amillər və s. uşaqlarda tezliklə anemiyaya gətirib çıxarır.
Ədəbiyyat: Л.A.Исaeва, Л.К.Баженова «Детские Болезни», Медицина 1986 стр 176
Dostları ilə paylaş: |