5. Sidikdə qanın olması necə adlanır?
A) Albuminuriya
B) Nikturiya
C) Piuriya
D) Hematuriya
E) Qlükozuriya
Sidikdə qanın olması hematuriya adlanır və 3 növü mövcuddur: qan sidik aktının əvvəlində, sonunda və total hematuriya şəklində olur, yəni sidik başdan-başa qana boyanır.
Ədəbiyyat: C.N. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 224 “Təhsil” Bakı1998
6. Qazçıxarıcı borunu bağırsaqda maksimum nə qədər saxlamaq olar?
A) 1,5 saat
B) 3 saat
C) 30 dəqiqə
D) 1 saat
E) 45 dəqiqə
Qazçıxarıcı borudan qarın boşluğu əməliyyatlarından sonra, körpə uşaqlarda isə köp olan zaman istifadə olunur. Qazçıxarıcı borunu bağırsaqda 1 saatdan çox saxlamaq olmaz, çünki bağırsağın divarı zədələnə bilər.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.27 “Çıraq” 2008.
Dostları ilə paylaş: |