11.Qızdırmanın I dövründə sadalananlardan hansını tətbiq etmək olar?
A) Yaş bürümə
B) Soyuq kompress
C) Isidici kompress
D) Sərin vanna
E) İsitqac
Qızdırmanın I dövründə periferik damarlarda spazma olur, bu zaman xəstə üşüyür, titrəyir. Ona görə bu dövrdə xəstənin ayaqlarına isitqac qoyulur.
Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 105 “Təhsil” Bakı 1998
12. Əzələdaxili inyeksiya hansı bucaq altında aparılır?
A) 90°
B) 45°
C) 30°
D) 60°
E) 75°
90°-li bucaq altında inyeksiya aparıldıqda iynə yaxşı inkişaf etmiş dərialtı piy toxumasından keçib dərində yerləşmiş əzələ qatına çatır. Əks halda yeridilən dərman əzələyə çatmaz, sorulması pozular və bu da müxtəlif ağırlaşmalara - absesə, infiltrasiyaya səbəb olar.
Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq Səh.152 “Təhsil” Bakı 1998.
Dostları ilə paylaş: |