192. Mədə qanaxması zamanı tibb bacısının taktikası nədən ibarətdir?
A) Mədəni yumaq
B) Xəstəyə ağrıkəsici vermək
C) Təcili həkimə xəbər vermək
D) Epiqastral nahiyəyə isitqac qoymaq
E) Xəstəni sakitləşdirmək
Mədə qanaxması ağır fəsad olduğundan tibb bacısı sərbəst olaraq qərar vermək səlahiyyətinə malik deyil. Ona görə də ilk növbədə həkimə xəbər verməlidir.
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 235. “Maarif” 1974
193. Hipoqlikemik koma zamanı həkim gələnə qədər tibb bacısının göstərdiyi yardımlardan hansı xəstənin vəziyyətini daha da ağırlaşdırar?
A) Xəstəyə bir neçə parça qənd vermək
B) Xəstəyə şirin çay vermək
C) Venaya 20-40 ml 40 %-li qlükoza məhlulu yeritmək
D) Dərialtına insulin vurmaq
E) Xəstəyə bir qaşıq bal vermək
Xəstənin hipoqlikemik komaya düşməsinə səbəb qanda şəkərin səviyyəsinin aşağı düşməsidir, bu da əsasən şəkərli diabeti olan xəstə insulin vurduqdan sonra yemək yemədikdə baş verir. Ona görə belə xəstəyə ilk yardım göstərərkən ilk növbədə qanda şəkərin səviyyəsini artırmaq lazımdır, bunun üçün xəstəyə şirniyyat verilir, venasına qlükoza məhlulu yeridilir. Bu halda insulin vurmaq isə xəstənin vəziyyətinin daha da ağırlaşdıra bilər.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.511“ Çıraq ”2008.
Dostları ilə paylaş: |