414. Uşaqlarda tənəffüs yollarının obstruksiyasına daha çox nə səbəb olur?
A) qırtlağın şişi
B) larinqospazm
C) yad cisim
D) qusma
E) larinqotraxeit
Uşaqlar oyuncaqlarla oynayarkən onları tez-tez ağızlarına aparırlar.Uşağın ağzına apardığı oyuncaq hissələri və digər bərk cisimlər uşaq nəfəs aldıqda nəfəs yoluna düşərək tənəffüs yollarının obstruksiyasına səbəb olur.
Ədəbiyyat: N. Tağıyev Neonatologiya .Bakı 2007səh46
415. Dəm qazı ilə zəhərlənmə zamanı ilkin əlamətlər hansılardır?
A) gözün selikli qişasının və nəfəs yollarının qıcıqlanması
B) mədə və qida borusunda kəskin ağrı, qanla qarışıq qusma, ümumi zəiflik
C) ümumi zəiflik hissi, alın və gicgah nahiyəsində ağrı, qulaqda ağırlıq hissiyatı
D) ürək bulanma ,qusma, qarında ağrılar , baş ağrısı
E) bayılma , huşun itməsi, sayıqlama əlamətləri
Dəm qazı ilə zəhərlənmə zamanı ilkin təsir sinir sistemi tərəfindən olur.Dəm qazının təsiri altında sinir sisteminin zədələnməsi üç dövrlə xarakterizə olunur.İlkin dövürdə aşağdakı əlamətlər baş verir:ümumi zəiflik alın və gicgah nahiyəsində baş ağrısı qulaqlarda ağırlıq hissi olur.
Ədəbiyyat: Л. А. Исаева, Л.К.Баженова, «Детские Болезни» Москва 1986, səh 129
Dostları ilə paylaş: |