468. Revmatizm zamanı uşaqda daha çox hansı orqan zədələnir?
A) Qaraciyər
B) Böyrək
C) Ürək
D) Bağırsaq
E) Dalaq
Uşqalarda revmatizm zamanı əsasən ürək zədələnir. Ona görə deyilir ki, revmatizm oynaqları yalayır, ürəyi dişləyir.
Ədəbiyyat: A.A. Əyyubova, “Uşaq xəstəlikləri”. Bakı-2008, səh 229
469.Sidiklə xaric olan şəkərə görə insulin hansı miqdarda təyin olunur?
A) 10-15 qr
B)5-10qr
C) 2-4 qr
D) 4-5 qr
E) 6-8 qr
Şəkərli diabet xəstəliyi zamanı sidiklə ifraz olunan 4-5 qr şəkərə bir vahid insulun təyin edilir.
Ədəbiyyat: A.A Əyyubova, “Uşaq xəstəlikləri”, Bakı-2008, səh 335
470. Yenidoğulmuşlarda böyük əmgək hansı formada olur?
A) Dairə formasında
B) Üçbucaq formasında
C) Oval formada
D) Romb şəklində
E) Bağlı olur
Yenidoğulmuşlarda böyük əmgək alın və təpə sümükləri arasında yerləşir, romb şəklində olur, adətən 12-15 aylığında bağlanır.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтр 35
471. Peyvənd otağında vaksinlər saxlanan soyuducularda temperatur neçə dəfə yoxlanılır?
A) Həftədə 1 dəfə
B) Gündə 1 dəfə
C) Gündə 2 dəfə, səhər işin əvvəlində və axşam iş qurtaranda
D) Günaşırı
E) Temperaturu yoxlamağa ehtiyac yoxdur
Uşaq poliklinikasında vaksinasiya aparmaq üçün xüsusi peyvənd otağı olur. Otaqda vaksinləri saxlamaq üçün soyuducular qoyulur.Burada tələb olunan temperatur gözlənilməlidir (+2 +8) Ona görə gün ərzində 2 dəfə soyuducunun temperaturu yoxlanılır.
Ədəbiyyat:“Təcrübədə immumlaşdırma” Modul 2, Metodik göstərişlər. Bakı- 2010, səh 15
472. Həll edilmiş AGDT (göy öskürək, difteriya, tetanus əleyhinə) vaksinin istifadə müddəti nə qədərdir ?
A) 5 günədək
B) 7 günədək
C) 1 gün
D) 2-3 saat
E) Vaxt məhdudiyyəti yoxdur
Difteriya göyöskürək və tetanus əleyhinə kombinə olunmuş vaksin (AGDT) duru vaksindir. Sakit halda qaldıqda flakonda çöküntü əmələ gəlir.İstifadə etməkdən əvvəl çalxalamaq ,həll etdikdən sonra isə 5 gün müddətinə istifadə etmək lazımdır.
Ədəbiyyat: “ Təcrübədə İmmunlaşdırma” Modul 2, Metodik göstərişlər. Bakı, 2010,səh 7
Dostları ilə paylaş: |