Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?


) Patoloji cift gəlişləri ən çox hansı qadınlarda ola bilər?



Yüklə 1,41 Mb.
səhifə174/469
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#43499
1   ...   170   171   172   173   174   175   176   177   ...   469
2013-05-13 12-51-04

376) Patoloji cift gəlişləri ən çox hansı qadınlarda ola bilər?
A) Özbaşına düşüklərdə

B) Ürək – damar xəstəliyi olanlarda

C) Təkrar doğan qadınlarda

D) Çoxlu abort edənlərdə

E) İlk doğan qadınlarda
Abortlardan sonra uşaqlığın selikli qişasında destruktiv dəyişikliklər ola bilər. Bu zaman hamiləlik üçün qorxulu ağırlaşma ciftin aşağı seqment nahiyəsinin yerləşməsi ola bilər.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 232; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 232
377) Mərkəzi cift gəlişində daxili müayinə harada aparılmalıdır?
A) Doğum şöbəsində

B) Açıq cərrahi əməliyyat otağına yaxın yerdə

C) Qadın məsləhətxanasında

D) Qəbul şöbəsində

E) Doğuşdan qabaqki otaqda
Mərkəzi cift gəlişində daxili müayinə güclü qanaxmaya səbəb ola bilər və qadının həyatı üçün təhlükə yaranar. Ona görə də cərrahi əməliyyat tələb olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 232; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 232
378) Ciftin uşaqlıq divarına həqiqi bitişməsi olarsa mamanın taktikası nədən ibarətdir?
A) Uşaqlıq divarından ciftin əllə ayrılması

B) Cift sahəsinin xüsusi məhlulla işlənməsi

C) Uşaqlıq boşluğunun əllə yoxlanması

D) Mütləq həkimə müraciət etmək

E) Göbək ciyəsindən dartmaq
Ciftin həqiqi bitişməsinə az rast gəlinir. Bu zaman ciftin lifləri uşaqlığın dərin qatlarına daxil olduğu üçün ayrıla bilmir. Buna görədə qadının həyatını xilas etmək məqsədilə mama mütləq həkimə müraciət etməli və əməliyyat icra edilməlidir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 237; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 273


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   469




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin