734) Uşaqlarda böyük əmgək neçə ayında bağlanır?
A) 9 -10
B) 8- 11
C) 4 -7
D) 12-15
E) 15- 17
Uşaq doğularkən kəllə sümüklərinin birləşmə yerlərində olan kiçik əmgəklər bağlanlr.Alın və təpə sümükləri arasında olan böyük əmgək isə uşagın 12-15 ayında bağlanlr
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 66
735) Uşağı döşdən ayırmaq məsləhətdir?
A) Uşaq xəstələndikdə
B) İlin soyuq aylarında
C) Yoluxucu xəstəliklə kontaktda olduqda
D) İlin İsti aylarında
E) Uşağın çəkisi artmadıqda
Uşağın düzgün inkişafı ücün onu tələb olunan miqdarda qidalandırmaq lazımdır.Bunun ücün ən əlverişli üsul ana südüdür.Buna baxmayaraq ana südü keyfiyyətcə dəyişir,1,5-2 yaşında uşağı döşdən ayırmaq lazım gəlir.Uşağı döşdən soyuq vaxtı ayırmaq olar.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 75
Dostları ilə paylaş: |